davat sözü azərbaycan dilində

davat

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • davat • 87.5000%
  • Davat • 9.3750%
  • DAVAT • 3.1250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cəfər bəy Davatdarov
Cəfər bəy Şükür bəy oglu Davatdarov (1831, Mafruzlu, Ağdam rayonu) — Çar ordusunun giziri, mülkədar. == Həyatı == Cəfər bəy Şükür bəy oglu 1831-ci ildə Cavanşir mahalının Məfruzlu obasında (indiki Ağdamən Mahrızlı kəndində) anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Qəza məktəbində təhsil almışdı. Çar ordusunda xidmət еtmişdi. Praporşik rütbəsi vardı. Cəfər bəy Davatdarov rus-Osmanlı müharibəsində iştirak etmişdi. Ordudan tərxis olduqdan sonra Tərtərdə məskunlaşmışdı. Şəhərin abadlıq işləri ilə məşğul olmuşdu.
Davati
Davati (gürc. დავათი) — Gürcüstanda kənd. Msxeta-Mtianeti diyarının Duşeti bələdiyyəsinə aiddir. Dəniz səviyyəsindən hündürlük 1120 metrdir. Duşeti şəhərindən 24 kilometr məsafədə yerləşir. Əhali 157 nəfərdir (2014). 1985-ci ildə arxeoloji qazıntılar zamanı burada yerləşən kilsə ərazisində bir neçə stela tapılmışdır ki, onların birində gürcü əlifbasının erkən nümunələri təsvir edilmişdir.
Stela Davati
Stela Davati (gürc. დავათის სტელა) — Gürcüstanın Duşeti bələdiyyəsinin Davati kəndində tapılan daş barelyefi. Onun üstündə arxangellər Mikayıl və Cəbrayıl əks olunub, onlar ortada qədim gürcü əlifbası Asomtavruli təsviri olan perqament tutublar. Bu, əlifbanın bu günümüzə qədər qalan ilk təsviridir. Gürcü alimi G. Narsidzenin fikrini görə, Stela Davati eramızın IV—VI əsrlərinə aiddir. კ (K), ტ (T), və ჭ (Ç) hərflərində işarə şəklində qeyd var. R.Ramişvilinin ehtimalına görə, bu müəyyən nömrələrə uyğundur. 5000, 300 və 20 yəni = 5320 (qədim gürcü mətnlərindəki nömrələr hərflərlə işarə olunurdu). Bibliyada dünya xronologiyası eramızdan əvvəl 5604-cü ildən hesablandığını nəzərə alsaq, onda 5604-5320=e.ə. 284-cü il.
İbrahim bəy Davatdarov
İbrahim bəy Mirzə Əhməd bəy oğlu Davatdarov (14 sentyabr 1851, Ərəblər, Şuşa qəzası – 3 iyun 1902, Qars, Qafqaz diyarı) — çar ordusunun polkovniki İbrahim bəy Davatdarov 14 sentyabr 1851-ci ildə Şuşa qəzasının Ərəblər kəndində anadan olmuşdur. İlkin evdə təhsil almış, Tiflis Piyada Yunker kursunu bitirmişdir. 1868-ci ildə unter-zabit kimi 16-cı Minqreli Qrenadyor alayında xidmətə başlamışdır. 15 sentyabr 1869-cu ildə Tiflis Piyada Yunker məktəbinə ezam olunmuş, məktəbi 1871-ci ildə müvəffəqiyyətlə bitirdikdən sonra 157-ci Dərbənd alayına dəyişilmişdir. Çar hərbi baxışda Davatdarovu bəyənmiş, ona şəxsən özü praporşik rütbəsi vermişdir. O, bu rütbədən polkovnik rütbəsinədək yüksələ bilmişdi. İbrahim bəy Davatdarov 1902-ci ildə vəfat edib. İbrahim bəy Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə qurmuşdu. Müzəffər bəy adlı oğlu, Mina xanım adlı qızı vardı. İbrahim bəy Davatdarov 1877–1878-ci il Rus-Osmanlı savaşında göstərdiyi şücaətə görə 4-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni, 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni, 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdu.

davat sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] köhn. Mürəkkəbqabı. Bulud havada gedər; Qələm davata gedər. (Bayatı). …Davat və qələmimdən başqa, heç bir şeyə gümanım gəlmir. M.F.Axundzadə. Molla ağzının suyundan bir damla davata damızdırıb qarışdırdıqdan sonra yazmağa başladı. A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / davat

davat sözünün sinonimləri (yaxın mənalı sözlər)

davat sözünün rus dilinə tərcüməsi

davat sözünün ləzgi dilinə tərcüməsi

"davat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#davat nədir? #davat sözünün mənası #davat nə deməkdir? #davat sözünün izahı #davat sözünün yazılışı #davat necə yazılır? #davat sözünün düzgün yazılışı #davat leksik mənası #davat sözünün sinonimi #davat sözünün yaxın mənalı sözlər #davat sözünün əks mənası #davat sözünün etimologiyası #davat sözünün orfoqrafiyası #davat rusca #davat inglisça #davat fransızca #davat sözünün istifadəsi #sözlük