davam sözü azərbaycan dilində

davam

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • davam • 99.8071%
  • Davam • 0.1874%
  • DAVAM • 0.0055%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1, 293.70 dəfə / 1 mln.
2002 ••••••••••• 842.83
2003 ••••••••••••••• 1, 130.26
2004 ••••••••••••••• 1, 121.13
2005 •••••••••••••• 1, 081.01
2006 •••••••••••••• 1, 081.14
2007 •••••••••••••••• 1, 171.94
2008 •••••••••••••••• 1, 218.34
2009 ••••••••••••••••• 1, 257.79
2010 ••••••••••••••••• 1, 271.19
2011 ••••••••••••••••• 1, 301.54
2012 ••••••••••••••••••• 1, 476.75
2013 ••••••••••••••• 1, 158.53
2014 ••••••••••••••• 1, 150.14
2015 •••••••••••••••• 1, 227.24
2016 ••••••••••••••••• 1, 288.19
2017 •••••••••••••••••• 1, 389.96
2018 •••••••••••••••••• 1, 371.65
2019 •••••••••••••••••• 1, 363.91
2020 •••••••••••••••••••• 1, 562.52

davam sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Dözüm, möhkəmlik, taqət, tab; müqavimət qabiliyyəti. Onun soyuğa heç davamı yoxdur. – Dərdə kimin vardır mən tək davamı; Eşqin mərəziyəm, sən ver davamı. M.F.Axundzadə. Var atanın sənə dua, səlamı; Hicranına yoxdur daha davamı. A.Səhhət. 2. Bir şeyin, işin və ya hadisənin daimi və ya müəyyən müddətli olması. …Biz başımıza həmişəlik doğru və sadiq oxucu cəm etmişik, bu, hələlikdə bizə kifayətdir və buna isbat məcmuəmizin davamıdır. C.Məmmədquluzadə. □ Davam etdirmək – başlanmış bir işi eyni qayda və ardıcıllıqla fəaliyyətdə saxlamaq, inkişaf etdirmək. “Kəşkül” “Əkinçi” nin yolunu davam etdirərək, öz səhifələrində gerilik əleyhinə kəskin məqalələr dərc edirdi. M.İbrahimov. [Mingəçevirə] gedənlər işləməklə bərabər, təhsillərini davam etdirə bilərlər. Ə.Sadıq. Davam etmək – 1) dözmək, tab gətirmək, müqavimətə və s.-yə qarşı dayanmaq. [Hacı Bayram:] Axır vətəndən uzaqda davam eləyə bilməyib gəlmişəm. Ə.Haqverdiyev. [Nəbi:] Vallah, mən nökər belə rahatsızlığa davam edə bilmirəm. S.S.Axundov. Ana deyir: – Darıxma, qızım, dərdə et davam. M.Seyidzadə; 2) bir şeyin üzərində möhkəm durmaq, səbat göstərmək. Öz fikrində davam etmək; 3) arasıkəsilmədən sürmək, əvvəlki halında qalmaq, fəaliyyətdə olmaq, təsirini, gücünü, şiddətini olduğu kimi saxlamaq. Yağış iki gündür davam edir. Soyuqlar çox davam etmədi. – Usta Ağabalanın ürəyində cinlərin qorxusu hələ davam edirdi. Çəmənzəminli. Fəhlələrin bir həftə əvvəl başlanmış tətili hələ də davam edirdi. M.Hüseyn. // Başladığı bir işin arasını kəsməmək, dayandırmamaq. [Səlim bəy:] …Geri çəkilmədim. Atışmada davam etdim. S.S.Axundov. – [Şamxal] …Papiros eşib yandırdı. Dalbadal sümürüb tüstünü kənara üfürdü, yenə fikrinə davam etdi. İ.Şıxlı. Davam gətirmək – bax davam etmək 1-ci mənada. Sərçələr belə qışa davam gətirə bilmirdilər. S.S.Axundov. Davam gətirməmək – tab etməmək, dözə bilməmək. Ağ atın ayaqları yerə dəyməyir və qabağında heç bir qüvvə davam gətirməyir. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti

davam sözünün sinonimləri (yaxın mənalı sözlər)

davam sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 DAVAM I is. [ ər. ] Dözüm, möhkəm. Ürək birdən sıxılar, tunel zülmət gecə tək; Bircə anlıq zülmətə davam gətirməz ürək (X.Rza). DAVAM II is. [ ər. ] Başlanmış işi, söhbəti yarımçıq qoymamaq. O dedi: – Məhkəmə davam edəcək; Sualı-sorğusu uzun gedəcək (S.Vurğun).

    Azərbaycan dilinin omonimlər lüğəti

davam sözünün rus dilinə tərcüməsi

  • 1 1. стойкость, устойчивость, выдержка; 2. прочность; 3. продолжение;

    Azərbaycanca-rusca lüğət
  • 2 сущ. 1. продолжение. Oyunun davamı продолжение игры, konsertin davamı продолжение концерта, məkələnin davamı продолжение статьи, davamı var продолжение следует 2. продолжительность. Qaçışın davamı beş dəqiqədir продолжительность бега пять минут, əməliyyatın davamı продолжительность операции 3. стойкость, выдержка. Davamın olsun имей выдержку, davamı yoxdur kimin не обладает выдержкой ◊ davam gətirmək (etmək) проявлять, проявить большую выдержку в чём-л., выдерживать, выдержать, превозмочь. Mühasirəyə davam gətirmək выдержать засаду, zərbəyə davam gətirmək выдержать удар, soyuğa davam gətirmək выдержать холод, susuzluğa davam gətirmək превозмочь жажду; davam etmək: 1. продолжать, продолжить. Yoluna davam etmək продолжать свой путь, sözünə davam etmək продолжать свою речь, продолжать говорить, dərsinə davam etmək 1) продолжать урок 2) ходить в школу, на уроки; 2. продолжаться, продолжиться. Görüşlər davam edir встречи продолжаются, ali məktəblərə tələbə qəbulu davam edir продолжается приём студентов в вузы, davam etdirmək nəyi продолжать, продолжить что. Fikir mübadiləsini davam etdirmək продолжать обмен мнениями, təcrübəni davam etdirmək продолжать эксперимент, işi davam etdirmək продолжать работу, təhsilini davam etdirmək продолжить образование, qurultay öz işini davam etdirir съезд продолжает свою работу, müzakirəni davam etdirmək продолжать обсуждение

    Azərbaycanca-rusca lüğət

davam sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. steadfastness, stableness, firmness; 2. solidity, durability; 3. continuation, extension; məsələnin ~ı continuation of the question; Davamı var To be continued; ~ etmək to continue (d., ger., to inf.), to go* on (with+ger.) to keep* on (+ger.), to proceed (with); Mən işimi davam etdirdim I continued my work, I went on with my work; Onlar oxumağı davam etdirdilər They continued reading / to read; ~ gətirmək (dözmək) 1) to stand* (d.), to bear* (d.), to tolerate, to undergo* (d.), to suffer (d.), to endure (d.); ağrıya ~ gətirmək to suffer pain; soyuğa ~ gətirmək to endure cold; ehtiyaca ~ gətirmək to undergo* hardships pl., to suffer privations pl.; Mən belə ağrıya artıq davam gətirə bilmirəm I can’t bear / stand such pain any longer; ənənəni ~ etdirmək to carry on the tradition; 2) to put* up with; Çox isti idi, lakin səyahətçilər davam gətirməli idilər It was too hot, but the travellers had to put up with it

    Azərbaycanca-ingiliscə lüğət

davam sözünün fransız dilinə tərcüməsi

davam sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. давам (1. эхун, мягькемвал, такьат, таб; 2. са затӀунин, са кардин ва я са вакъиадин даими ва я тайин тир са вахтуналди хьун); davam etdirmək давамар авун, гъиле кьур са кар гьа са къайдада хуьн, вилик тухун, давамарун; davam etmək а) давам авун, давам гъун, эхун, таб гъун, давамун; б) са куьнин кьилел мягькем акъвазун, кӀевиз акъвазун; в) эвел авай гьалда амукьун, вичин гуж, къативал, таъсир авайвал хуьн, ара тагун (мес. марфади); // гъиле кьур са кар акъвазар тавун; davam gətirmək кил. davam etmək а); davam gətirməmək давам тагъун (тавун), таб тавун, эхиз тахьун.

    Azərbaycanca-ləzgicə lüğəti

davam sözünün türk dilinə tərcüməsi

"davam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#davam nədir? #davam sözünün mənası #davam nə deməkdir? #davam sözünün izahı #davam sözünün yazılışı #davam necə yazılır? #davam sözünün düzgün yazılışı #davam leksik mənası #davam sözünün sinonimi #davam sözünün yaxın mənalı sözlər #davam sözünün əks mənası #davam sözünün etimologiyası #davam sözünün orfoqrafiyası #davam rusca #davam inglisça #davam fransızca #davam sözünün istifadəsi #sözlük