* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Yer atmosferini əmələ gətirən qazların, başlıca olaraq azotla oksigenin qarışığı. Havanın təzyiqi. Şara hava doldurmaq. Təmiz havada nəfəs almaq. Rütubətli hava. 2. Yeri əhatə edən boşluq, ənginlik; fəza. Quşlar havada uçur. Təyyarə havaya qalxdı. Hava yolları. – Qatar-qatar olub qalxıb havaya; Nə çıxıbsız asimana, durnalar! M.V.Vidadi. Maşın getdikcə külək onun yavaş-yavaş dən düşən yumşaq qara saçlarını havada oynadırdı. İ.Əfəndiyev. 3. Hər hansı bir yerdə müəyyən vaxtda atmosferin vəziyyəti (buludluluq, rütubət, yığıntı, hərarət və s.). Yağmurlu hava. Havanın dəyişməsi. Havada rütubət hiss olunur. Payız havası. – Artıq günorta yaxınlaşmış, hava istiləşmiş, quşlar da yemlənib qalına çəkilmişdilər. M.Rzaquluzadə. 4. Bir yerin sağlamlıq baxımından vəziyyəti, keyfiyyəti. Sağlam hava. Ağır hava. Oranın havası mənə düşmədi. Dağ havası. – Bir sərin, saf səhər, gözəlcə hava; Bürünüb yamyaşıl çəmən, səhra! A.Şaiq. Biz hələlik üz-üzə gəlirik küləklərlə; Hələlik çox ağırdır Qaraqumun havası. S.Rüstəm. ◊ Hava almaq – evdən kənarda, açıq havada nəfəs almaq, gəzmək, dincəlmək. [Şeyda:] Azacıq hava almaq üçün dışarı çıxmışdım. H.Cavid. [Fizzə xanım Vahidova:] Dedim, bir az hava alarsan. Bütün günü stola yapışıb qalmısan. Ə.Məmmədxanlı. Hava həyəcanı – havadan təhlükə olduğunu, düşmənin gəldiyini bildirən siqnal, təhlükə siqnalı. Hava işıqlanmaq – səhər açılmaq, dan yeri sökülmək. Hava işıqlanana oxşamırdı. Mir Cəlal. Hava qaralmaq (qaranlıqlaşmaq) – axşam olmaq, axşam düşmək, günəş batmağa başlamaq. Həlim Qüdrətov Sağsağanlıya girəndə hava qaralmışdı. Ə.Vəliyev. Hava sınmaq – soyuqlardan sonra hava yumşalmağa, istiləşməyə başlamaq. Hava şarı – 1) yuvarlaq (sferik) aerostat; 2) içi havadan yüngül qazla doldurulmuş, şarşəkilli uşaq oyuncağı. Hava vannası – bədəni möhkəmləndirmək və ya müalicə məqsədilə açıq havada günəş altında uzanma, özünü günəşə vermə. Havada (havadan asılı) qalmaq – bir məsələnin, işin aydınlaşdırılmaması, həll olunmaması haqqında. [Qoşatxan Kərəmə:] Nə deyirik, hamısı qalır havada. M.İbrahimov. Başına hava gəlmək – bax baş.
Azərbaycan dilinin izahlı lüğəti / hava2 is. mus. Səslərin, müəyyən musiqi vəhdəti əmələ gətirən ardıcıllığı; musiqi ahəngi, melodiya. Oyun havası. El havaları. – Çalardı düdükdə yanıqlı hava. H.K.Sanılı. Mahnının Azərbaycan havaları kimi həzin, ruhoxşayıcı olması … Aslanı valeh etdi. S.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / hava3 diri, canlı, həyati (Qədim y. Yeva adının ərəb forması); göy, səma; hərislik; məğrurluq.
Azərbaycan qadın adlarının izahlı lüğəti. / hava4 HAVA1 ə. bax həva1. HAVA2 ə. bax həva2.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / hava5 ру погода en weather de Witterung fr temps es tiempo it tempo
Günəş energetikası terminləri lüğəti / hava1 Ərəb sözüdür, “воздух” mənasında işlədilir. Bundan başqa “istək”, “həyəcan”, “məhəbbət” mənaları da var. “pul havasına hər şeyini satdı” tipli cümlələr var (məs.: M.Süleymanlının “Köç” romanında). Burada hava kəlməsi həvəs sözünün təhrifindən ibarətdir. Adam adı kimi, yəqin ki, Adəmin arvadının adı əsas götürülür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / hava1 HAVA I [ ər. ] coğr. Yer atmosferini təşkil edən fiziki qatışıq qazlar. Boğur insan oğlunu; O yerlərin havası (S.Vurğun). HAVA II is. coğr. Müəyyən mərhələdə və müəyyən vaxt ərzində atmosferin arasıkəsilmədən dəyişilən vəziyyəti, göy. Deyirlər igiddi o nadan Nəbi; Tüfəngi havada oynadan Nəbi! (“Qaçaq Nəbi”). HAVA III is. mus. Musiqi əsərinin əsasını təşkil edən təranə, melodiya. Dostum, kamanını ələ al görək; Bizə bir yanıqlı hava çal görək (S.Rüstəm). HAVA IV is. [ ər. ] Əqlini itirmə, dəli olma. Bu döyülməklə qoçu öldü, Niyazlının da başına hava gəldi (“Qaçaq Nəbi”).
Azərbaycan dilinin omonimlər lüğəti / hava1 1. воздух; 2. погода; 3. муз. мотив, мелодия, напев; 4. дух, характер; 5. климат;
Azərbaycanca-rusca lüğət / hava2 1 I сущ. 1. воздух: 1) образующая атмосферу Земли смесь газов, главным образом, азота и кислорода, необходимых для жизни человека, животных и растений. Təmiz hava чистый воздух, sərin hava прохладный воздух, soyuq hava холодный воздух, şaxtalı hava морозный воздух, dağ havası горный воздух, dəniz havası морской воздух, havanın təzyiqi давление воздуха, havanın çirklənməsi загрязнение воздуха, havanın rütubəti влажность воздуха, təmiz hava ilə nəfəs almaq дышать свежим воздухом, havası çatışmır kimin воздуха не хватает кому, təmiz havada olmaq быть (находиться) на свежем воздухе 2) свободное пространство, простирающееся над землей. Havaya qalxmaq подняться (взлететь) в воздух, havada uçmaq летать в воздухе, havada süzmək парить в воздухе, havaya atmaq стрелять (выстрелить) в воздух, hava ilə (hava yolu ilə) nəql etmək транспортировать по воздуху 2. погода (состояние атмосферы – ясность, облачность, осадки, температура воздуха, влажность и т.п. – в данном месте, в данное время). Qəşəng (gözəl) hava чудесная (прекрасная) погода, əlverişli hava благоприятная погода, pis hava плохая (скверная) погода, yağmurlu hava дождливая погода, küləkli hava ветреная погода, dəyişkən (qeyri-sabit) hava неустойчивая погода, yaz havası весенняя погода, hava haqqında məlumat сообщение о погоде (сводка погоды); hava dəyişdi погода изменилась (переменилась), hava yaxşılaşır погода улучшается, hava pisləşir погода ухудшается (портится), belə havada hara gedirsiniz? куда вы собираетесь (идете) в такую погоду? 3. разг. климат (многолетний режим погоды, свойственный той или иной местности). Bakının havası (iqlimi) климат Баку, mülayim hava умеренный климат, yumşaq hava мягкий климат, sağlam hava здоровый климат, buranın havası sizə düşür здешний климат вам подходит II прил. 1. воздушный: 1) относящийся к воздуху. Hava axını воздушный поток, hava dalğaları воздушные волны, Yerin hava təbəqəsi воздушная оболочка Земли 2) находящийся в воздухе, происходящий в воздухе. Hava rabitə xətləri воздушные линии связи 3) приводимый в движение воздухом; действующий с помощью воздуха. Hava klapanı воздушный клапан, hava tormozu воздушный тормоз 4) относящийся к воздухоплаванию, авиации. Hava nəqliyyatı воздушный транспорт, hava desantı воздушный десант, hava kəşfiyyatı воздушная разведка, hava donanması воздушный флот; hava limanı аэропорт; Azərbaycan hava yolları Азербайджанские авиалинии (АЗАЛ) 2. погодный (относящийся к погоде, связанный с погодой). Hava dəyişmələri воздушные перемены 3. климатический (связанный с климатом). Abşeronun hava (iqlim) şəraiti климатические условия Апшерона ◊ hava almaq дышать, подышать свежим воздухом; havasını dəyişmək переменить климат, переехать на новое местожительство; hava sınır погода становится умеренной, hava qaranlıqlaşır (qaralır) вечереет, смеркается; hava işıqlaşır светает, наступает утро; havadan asılı qalmaq висеть, повиснуть в воздухе; havada qapmaq nəyi ловить, схватывать, расхватывать на лету что; havaya vermək nəyi, haranı проветривать что; havaya sovurmaq бросать, кидать на ветер (обычно о деньгах); havaya hürmək лаять на ветер, başına hava gəlmək помутиться умом; havası özündə olmamaq быть в невменяемом состоянии, вести себя как помешанный; воен. hava həyəcanı воздушная тревога; hava şarı воздушный шар 2 сущ. мотив, напев, мелодия. Azərbaycan xalq havaları азербайджанские народные мелодии (мотивы), oyun havaları танцевальные мотивы, saz havaları мелодии для саза, tarda bir hava çalmaq сыграть на таре какую-нибудь мелодию
Azərbaycanca-rusca lüğət / hava1 I. i. 1. air; təmiz ~ fresh air; açıq ~ open air; təmiz ~ udmaq to take* / to get* / to catch* / to have* a breath of fresh air; ◊ açıq ~da in the open air, out of doors; ~ya çıxmaq to go* out of doors, to go* into the fresh air; 2. climate; isti ~ hot / torrid climate; 3. weather; yumşaq ~ mild / soft weather; yaxşı ~ good* / fine weather; pis ~ bad* weather; qeyri-sabit ~ unsettled weather; ~ haqqında məlumat weather forecast; dəyişkən ~ changeable weather II. i. melody, tune; motif; oyun ~sı dancemusic
Azərbaycanca-ingiliscə lüğət / hava1 is. 1) air m ; təmiz ~ air frais ◊ açıq ~da en plein air ; 2) temps m ; yaxşı ~ beau temps ; ~ haqqında məlumat bulletin m météorologique ; 3) mélodie f ; air m ; oyun ~sı musique f dansante ; musique de danse
Azərbaycanca-fransızca lüğət / hava2 [ər.] сущ. 1. гьава; yaz havası гатфарин гьава; dəniz havası гьуьлуьн гьава; ağır hava залан гьава; rütubətli hava ламу гьава; // гьавадин (мес. чуькьуьн); 2. гьава, цав; havada uçmaq гьавада лув гун (мес. къушари); ** hava almaq гьава кьабулун, ахъа гьавада нефес къачун, къекъуьн, ял ягъун; hava həyəcanı гьавадин тревога (гьавадай, цавай жезвай хатадикай, душман атуникай хабар гудай сигнал); hava işıqlanmaq гьава экуь хьун, экуьнен хьун, югъ хьун; hava qaralmaq (qaranlıqlaşmaq) гьава мичӀи хьун, ряден хьун, рагъ акӀиз авалун; hava şarı гьавадин шар а) шар хьтин элкъвей аэростат; б) къенез гьавадилай кьезил газ ацӀурнавай аялар къугъвадай шар; hava vannası гьавадин ванна (беден мягькемарун ва я сагъарун патал ачух гьавадал ракъиник яргъи хьун, рагъ гун); havada (havadan asılı) qalmaq гьавада (гьавадикай куьрс хьана) амукьун (са месэла, са кар гьял тавуна амукьун манада); başına hava gəlmək кил. baş.
Azərbaycanca-ləzgicə lüğəti / hava(Balakən) evin üstündə kirəmit düzülən hissə, yer, dam örtüyü. – Evin havasını qaldırmışıx
Azərbaycan dilinin dialektoloji lüğəti.