* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Havaya qalxmaq, uçmaq. Göyərçinlər havalandı. – Kamal birbirinin ardınca bir çox təyyarənin havalanıb dik göyə ucaldığını gördü. M.Rzaquluzadə. Birdən [sərçələr] həyəcanla civildəşib havalandılar. H.Seyidbəyli. 2. məc. Cuşa gəlmək, şövqə gəlmək, vəcdə gəlmək, ruhlanmaq, şövqlənmək. Tülkü havalanıb deyir: – Aslanam; Top dağıdan ac aslanlar itibdi. Aşıq Ələsgər. Çal, havalan, santurum; Çal ki, tellər oynasın. A.Şaiq. 3. məc. Azmaq, coşmaq, qızışmaq, özündən çıxmaq; tutması tutmaq, ağlı başından oynamaq. Varlınan dost olub yoxsula gülmə; Çox da havalanıb coşma dünyada. Aşıq Ələsgər. Rəiyyət havalanacaq, Qədim kimilərinin qabağında heç fil də dayanmayacaq. S.Rəhimov. Salman havalanıb pörtərək eybəcər və iyrənc şəklə düşdü. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / havalanmaq1 “Həyəcanlanmaq”, “göyə qalxmaq” deməkdir. Deməli, hava sözü ilə bağlıdır. “Xəyalən göylərdə olmaq” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / havalanmaq1 əsəbiləşmək — hirslənmək — acıqlanmaq — cinlənmək — qızmaq
Azərbaycan dilinin sinonimlər lüğəti / havalanmaq4 1. HAVALANMAQ Bu sözləri deyib, İblis göy gurultusuna bənzər bir səslə qanadlarını açaraq havalandı (A.Şaiq); HAVAYA QALXMAQ Qatar-qatar olub qalxıb havaya; Nə çıxıbsız asimana, dumalar! (M.V.Vidadi); UÇMAQ (bax). 2. HAVALANMAQ Onlar havalanıb göyə güllə atırlar (S.Rəhman); QUDURMAQ Ədə, qardaş, vallah, sən qudurubsan.. (C.Məmmədquluzadə); AĞLI BAŞINDAN OYNAMAQ, TUTMASI TUTMAQ.
Azərbaycan dilinin sinonimlər lüğəti / havalanmaq1 HAVALANMAQ – AĞILLANMAQ İnsan baxır havalanır (M.Müşfiq); Qulaməli fikirləşdi ki, yəqin arvad ağıllanıb, namusla yaşamağın mənasını başa düşüb (İ.Fərzəliyev).
Azərbaycan dilinin antonimlər lüğəti / havalanmaq1 1. подняться в воздух; 2. горячиться, взбеситься, блажить; 3. зазнаваться, зачваниться, поднять нос;
Azərbaycanca-rusca lüğət / havalanmaq2 глаг. 1. подниматься, подняться высоко, набирать, набрать высоту 2. горячиться, разгорячиться, возбуждаться, возбудиться 3. разг. вдохновляться, вдохновиться 4. помешаться (сходить, сойти с ума, становиться, стать психически ненормальным) 5. разг. безл. потеплеть
Azərbaycanca-rusca lüğət / havalanmaq1 I. f. 1. to become* aired; 2. to get* excited, to get* angry, to get* into a temper; 3. (hava) to get* warm(er) II. f. to get* / to become* mad, to go* out of one’s mind; to go* mad
Azərbaycanca-ingiliscə lüğət / havalanmaq1 f. 1) aérer (s’) ; 2) devenir vi (ê) timbré, -e (toqué, -e)
Azərbaycanca-fransızca lüğət / havalanmaq1 гл. 1. гьавадиз (цавуз) хкаж хьун (экъечӀун), лув гун; 2. пер. гьавада гьатун, руьгь акатун, гьевес хкаж хьун, гьевес къарагъун, гьевесдиз атун; 3. пер. къизмиш хьун, ивидал звал атун, къапарай акъатун; кьияр атун, акьул къекъуьн.
Azərbaycanca-ləzgicə lüğəti / havalanmaq