* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [fars.] 1. is. Dəyər, qiymət. Çəkmənin bahası. Bahası on qəpiyə dəyməz. – [Vəli:] A kişi, olar ki, bir at bahası əlimizə düşə… M.F.Axundzadə. Bu sandıqda yüz min dinar bahasında daş-qaş, cavahirat vardır. M.Hüseyn. // Əvəz, qarşılıq. [Mirzə:] Məgər mənim imanımın bahası belə rəftardır? Ə.Haqverdiyev. 2. sif. Yüksək qiymətlə satılan, ya alınan (ucuz ziddi). Baha qiymət. Baha mal. – Bir aydan sonra o, bir gödək berdankanı çox baha qiymətə alıb, samanlıqda gizlətdi. S.Rəhimov. 3. Yönl. halda: bahasına – bir şeyi əldə etmək üçün sərf edərək, qurban verərək. O öz biliyini inadlı əmək bahasına qazanmışdır. – [Azadın] baqi qalan son dəqiqələri, onun hər nəfəsi bir düşmən həyatı bahasına tamam olur. Ə.Məmmədxanlı. // Yolunda, uğrunda. Qədəh bahasına can vermək istərəm, amma; Nə çarə kim, iki aləm olur bəhayi-qədəh. S.Ə.Şirvani. ◊ Baha oturmaq – çox bahaya, böyük səy və zəhmətə mal olmaq, yaxud çox pis nəticələnmək, nəticəsi pis olmaq. [Əlyarov:] Yazıqsan, bala, cavanlığını nəzərə alıram, yoxsa bu səhvin sənə baha oturardı. M.Hüseyn. Od (qızıl) bahasına – çox baha, həddindən artıq baha qiymətə.
Azərbaycan dilinin izahlı lüğəti / baha2 прил. дорогой, дорогостоящий. Baha mal дорогостоящий товар II нареч. 1. дорого. Baha satmaq дорого продать, baha ödəmək дорого заплатить ◊ böyük qurbanlar bahasına ценой огромных жертв; baha başa gəlmək достаться дорогой ценой; bahasına pul vermək приобретать, приобрести за дорогую цену; baha oturmaq: 1. kimə дорого обойтись к ому; 2. дорого поплатиться за что-л.
Azərbaycanca-rusca lüğət / baha1 I. s. dear, expensive; high; costly; ~ kitablar expensive books II. z. dear; məc. dearly; ~ başa gəlmək to cost* dear; ~ satmaq to sell* dear; ◊ ~ oturmaq / başa gəlmək 1) to cost dear; 2) məc. to pay* dearly (for); Bu ona baha başa gələcək / oturacaq It’ll cost* him dear
Azərbaycanca-ingiliscə lüğət / baha1 sif. cher (f chère), coûteu||x, -se, précieu||x, -se (qiymətli) ; ~ qiymətə olmaq coûter cher ; ~ başa gəlmək payer cher qch ; ~ mal marchandise f coûteuse
Azərbaycanca-fransızca lüğət / baha1 [fars.] 1. сущ. мас, къимет; papağın bahası бармакдин мас; // эвез; 2. прил. багьа; масан; baha qiymət багьа къимет; baha mal багьа мал; ** baha oturmaq багьаз ацукьун; гзаф жафа, зегьметдалди гъилиз атун ва я пис куьтягь хьун, нетижа пис хьун (са кардин); od (qızıl) bahasına цӀун (къизилдин) масдай (къиметдай), гзаф багьаз, кьадардилай артух багьа къиметдай.
Azərbaycanca-ləzgicə lüğəti / baha