fəryad sözü azərbaycan dilində

fəryad

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • fəryad • 55.6000%
  • Fəryad • 43.6000%
  • FƏRYAD • 0.8000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fəryad
Fəryad (ing. "The Scream", norv. "Skrik") — norveçli rəssam Edvard Munk tərəfindən 1893-cü ildə çəkilmişdir və hazırda rəsm Norveç milli qalereyasında sərgilənir. Bu əsər dəli bir insanın hallüsinasiyasıdır sanki. Belə ki, Edvard Munkun “Çığırtı”sı heç də dəhşətin spontan ifadəsi olmayıb, real bir hadisənin tam dəqiqliklə kətan üzərinə köçürülməsidir. == Əsərin təsviri == Əsərdə rəssama yaxşı tanış olan yer, Ekeberq təpələrinə gedən yol təsvir olunub. Kətan üzərinə köçürülən bu mənzərə barədə Munk hələ öz gündəliklərində, 22 yanvar, 1892-ci il tarixində, yazır: == Əsər haqqında == Bütün bu yaşananlar, həmin dəqiqə rəsmə köçürülmədi. Munkun arxivindəki sənədlərə nəzər salaq, rəssamın öz əliylə yazdığı qeydlərdən birində deyilir ki, 1893-cü ildə yaradılmış “Çığırtı”, onun 1884-cü ildəki xatirələri əsasında yaradılıb. Bəs nəyə görə Munk, üzərindən 9 il keçsə də, bu hadisəni belə yadında saxlayıb və onu rəsmə çevirməyi qərara alıb? Yalnız 2003-cü ildə fizik Rassel Dyoşer və astrofizik Donald Olson buna aydınlıq gətirə bildilər.
Fəryad (1993)
Fəryad — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmunu == "Ögey ana" filminin baş qəhrəmanı-balaca İsmayıl (Ceyhun Mirzəyev) artıq böyümüş, ailə sahibi olmuşdur. Bu filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, Vətən torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür… Film Qarabağ müharibəsinə həsr olunmuşdur. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir. == Festivallar və mükafatlar == 1) 1994-cü ildə Ssenari müəllifi Vaqif Mustafayevə ssenariyə görə "Tağıyev" Mükafatı verilmişdir. 2) 1994-cü ildə Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilmişdir. 3) 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) ekranda qəhrəmanlıq mövzusunun həllində fədakarlığa və yaradıcılıq axtarışlarına görə Diplom və Priz verilmişdir. == Film haqqında == Film rejissor və aktyor Ceyhun Mirzəyevin kinoda son işidir.
Fəryad (dəqiqləşdirmə)
Fəryad — norveçli rəssam Edvard Munk tərəfindən 1893-cü ildə çəkilmiş rəsm əsəri.
Fəryad (qəzet)
"Fəryad" — Cənubi Azərbaycanda nəşr olunmuş qəzetlərdən biri. == Tarixi == Qəzet 21 fevral 1907-ci ildə Urmiya şəhərində nəşrə başlamışdır. Mahmud Qənizadə tərəfindən nəşr olunan bu qəzetin məsul redaktoru Həbib Urmulu idi. Cəmi 23 sayı işıq üzü görmüşdür. == Fəaliyyəti == "Fəryad" dövrünün inqilabi-demokratik mətbuatının ön sıralarında gedirdi. Həftəlik çıxan bu qəzetin səhifələrində ədəbi-bədii materiallara geniş yer verilirdi. İlk sayları əsasən fars dilində çıxsa da qəzetin yaradıcı kollektivi onun səhifələrində Azərbaycan həyatını əks etdirməyə çalışırdı. Cənubi Azərbaycandakı kütləvi inqilabi hərəkatdan ilham alan redaksiya heyəti 3-cü sayından etibarən qəzetdə Azərbaycan dilində materiallara geniş yer verməyə başlamışdır. Qəzetin adının aşağısında daim belə müraciətnamə verilirdi: Ömrünü qalma-qalla keçirdin, Ey dost, qalx ki, artıq macal çalmağa. Qəzetdə bədii ədəbiyyata, xüsusilə vətənpərvərlik mövzusunda yazılmış şeirlərə xüsusi yer verilmişdir.
Fəryad Xəlilov
Fəryad (film, 1993)
Fəryad — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmunu == "Ögey ana" filminin baş qəhrəmanı-balaca İsmayıl (Ceyhun Mirzəyev) artıq böyümüş, ailə sahibi olmuşdur. Bu filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, Vətən torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür… Film Qarabağ müharibəsinə həsr olunmuşdur. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir. == Festivallar və mükafatlar == 1) 1994-cü ildə Ssenari müəllifi Vaqif Mustafayevə ssenariyə görə "Tağıyev" Mükafatı verilmişdir. 2) 1994-cü ildə Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilmişdir. 3) 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) ekranda qəhrəmanlıq mövzusunun həllində fədakarlığa və yaradıcılıq axtarışlarına görə Diplom və Priz verilmişdir. == Film haqqında == Film rejissor və aktyor Ceyhun Mirzəyevin kinoda son işidir.
Fəryad (film, 1996)
Qışqırıq (ing. Scream) — 1996-cı ildə Ues Kreyven tərəfindən çəkilən və Kevin Uilyamson tərəfindən yazılmış Amerika qorxu filmi. Baş rollarda David Arquette, Neve Campbell, Kourtni Koks Cox, Matthew Lillard, Rose McGowan, Skeet Ulrich və Drü Berrimor oynamışdır. 1996-cı il 18 dekabr tarixində buraxılan "Qışqırıq" filmi, "Ghostface" kimi tanınan sirli bir qatildən bəhs edir. Bu qatil filmdə Kaliforniyanın şəhərindəki lisey şagirdi Sidney Prescottun xarakterini izləyir. Film qorxu və mistika janrında çəkilib və məşhur olub. "Qışqırıq" filmi, Uilyamsonun qorxu filmlərinə ehtirası, xüsusilə "Hellouin" filmindən tərəfindən təsirləndi. Film Dimension Films tərəfindən çəkilmiş və çəkiliş tamamlanmadan əvvəl Weinstein Brothers tərəfindən geri çəkilmişdir. Buradakı film, Amerikanın Motion Picture Assosiasiyası ilə yerli ssenarilərə səbəb olub. "Qışqırıq" filmi, dünya miqyasında 173 milyon dollar qazanaraq, maliyyə və tənqidi bəyənmə qazandı.
Aşıq Maqsud Fəryadi
Aşıq Maqsud Fəryadi (Maqsud Qoca; 1961, Arpaçay ilçəsi, Qars ili) — aşıq, şair. == Həyatı == Aşıq Maqsud Fəryadi 1961-ci ildə Qarsın Arpaçay kəndində dünyaya göz açıb. Azərbaycan əsillidir. 1989-cu ildən İstanbulda yaşayır. 1993-cü ildən Azərbaycanla əlaqələri var. Ustadı Sosgertli Hicrani (1899–1978) olmuşdur. Türkiyənin "Ulusal" kanalında proqram aparıcılığı edən Maqsud Fəryadi eyni zamanda aşıqlıq sənətini yaşadaraq Azərbaycanı layiqincə təmsil edir. == İstinadlar == == Ədəbiyyat == Bekir Karadeniz, Orhan Bahçıvan. "Doğulu Halk Şairleri". KaraMavi, 2009.

fəryad sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] Acı-acı bağırma; nalə, fəğan, ah-nalə, vaveyla. Oğlunu itirmiş ananın fəryadı. – İnilti, qışqırıq, ah, fəryad, gülüş; Bürüyüb aləmi, dönüb tufana. M.Rahim. Bu insan fəryadına; Baxdıqca nələr düşür; Hər baxanın yadına. B.Vahabzadə. □ Fəryad etmək (qoparmaq, çəkmək, qılmaq) – acı-acı bağırmaq, ah-nalə etmək, fəğan etmək. Həqiqət hal, hər həftə fəryad etmək də yaxşı deyil. N.Nərimanov. Gəlin… acı bir fəryad çəkib özündən getdi. Mir Cəlal. // məc. İnləmək, ağlamaq, sızlamaq. Axır günün əvvəl eyləyib yad; Axıtdı sirişkü qıldı fəryad. Füzuli. Külək uğuldadıqca çinarın qurumuş yarpaqları fəryad qoparırdı. Ə.Vəliyev. Üç addım o tərəfdə kiçik bir qız fəryad edir. Ə.Məmmədxanlı. Fəryada gəlmək – bax fəryad etmək. Ələmi-layətənahinin əlindən, Hadi; Yeri vardır nə qədər gəlsən əgər fəryadə. M.Hadi. // Qışqırıq, bağırtı, çığırtı. Xəstənin fəryadı. – İçəridən boğuq bir səs gəldi, ani bir fəryad duyuldu. Çəmənzəminli. □ Fəryad qoparmaq (etmək) – qışqırmaq, bağırmaq, çığırtı salmaq. // İmdada, köməyə çağırış səsi. Fəryadına yetişən olmadı. – Heç kəs Nəbinin səsini, naləsini, fəryadını eşitmirdi… Ə.Abasov.

    Azərbaycan dilinin izahlı lüğəti / fəryad
  • 2 acı-acı bağırma; nalə, fəğan, ah-nalə.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / fəryad
  • 3 f. 1) ah, nalə; 2) şikayət, sızlama; 3) köməyə çağırma, yardım istəmə.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / fəryad

fəryad sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 nalə — fəğan — şivən — müsibət — fəlakət — çığırtı — bağırtı — qışqırtı

    Azərbaycan dilinin sinonimlər lüğəti / fəryad
  • 2 FƏRYAD Badam xalanın fəryadını yalnız özü eşidirdi (M.Hüseyn); AH-FƏRYAD [Paşa bəy:] ..Bu qədər ah-fəryad eləməzdim (Ə.Vəliyev); AH-NALƏ O biri otaqda Səlimnaz arvadın ah-naləsi ucaldı (M.Hüseyn); AH-ZAR (ahü zar), DAD-FƏRYAD (dadü fəryad) Gör hesabın mən çəkdiyim azarın; Bu dadü fəryadın, bu ahü zarın (M.P.Vaqif); FƏĞAN Abbas: Gecə-gündüz qan ağlaram; Artıbdır fəğanım mənim (“Abbas və Gülgəz”); VANƏFSA (köhn.) Yol böyük vanəfsa səsi onları qamçı kimi qovurdu (Ə.Cəfərzadə); VAVEYLA Böyük bir vaveyla qopdu (A.Makulu); NALƏ (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / fəryad

fəryad sözünün rus dilinə tərcüməsi

  • 1 вопль, крик, призыв на помощь

    Azərbaycanca-rusca lüğət / fəryad
  • 2 сущ. вопль (неистовый, исступленный крик как призыв о помощи, выражение ужаса, отчаяния и т.п.). Ana fəryadı материнский вопль; fəryad etmək вопить: 1. неистово кричать; выть 2. причитать по кому-л., над кем-л., чем-л., громко плача; fəryad qoparmaq см. fəryad etmək; fəryada gəlmək неистово и громко кричать

    Azərbaycanca-rusca lüğət / fəryad

fəryad sözünün inglis dilinə tərcüməsi

fəryad sözünün fransız dilinə tərcüməsi

fəryad sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. феряд (1. суза, гьарай, цӀвагъ, агь-вай; fəryad etmək (qoparmaq, çəkmək, qılmaq) феряд авун а) агь-вай авун, гьараюн, цӀугъун; б) пер. шехьун, суза авун; 2. кӀевидаказ гьараюн, цӀугъун, цӀурун, суза авун; fəryad qoparmaq (etmək) сущ. феряд авун, кӀевидаказ гьараюн, цӀвагъун, гьарай кутун, ван кутун; 3. дад-феряд, куьмекдиз эвердай гьараюнин ван).

    Azərbaycanca-ləzgicə lüğəti / fəryad

fəryad sözünün türk dilinə tərcüməsi

"fəryad" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fəryad nədir? #fəryad sözünün mənası #fəryad nə deməkdir? #fəryad sözünün izahı #fəryad sözünün yazılışı #fəryad necə yazılır? #fəryad sözünün düzgün yazılışı #fəryad leksik mənası #fəryad sözünün sinonimi #fəryad sözünün yaxın mənalı sözlər #fəryad sözünün əks mənası #fəryad sözünün etimologiyası #fəryad sözünün orfoqrafiyası #fəryad rusca #fəryad inglisça #fəryad fransızca #fəryad sözünün istifadəsi #sözlük