Fərah sözü azərbaycan dilində

Fərah

Yazılış

  • Fərah • 82.6087%
  • fərah • 17.3913%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fərah
Fərah vilayəti
Fərah (şəhər)
Fərah — Əfqanıstanda şəhər.
Fərah vilayəti
Fərah vilayəti (dəri فراه) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.Mərkəzi Fərah şəhəridir Vilayətin sahəsi 48,471 km² , 2009-cu ilin əvvəlinə olan məlumata əsasən əhalisi 458,5 min nəfər, inzibati mərkəzi isə Fərah şəhəridir. Əhalisinin təxminən 50%-ni puştunlar, 45%-ni taciklər, qalanlarını isə az saylı şiə həzaralar, aymaqlar, bəluclar və Qızılbaş-Əfşarlar təşkil edir. == Rayonları == Vilayətdəki rayonlarda əhalinin etnik tərkibi: Anar Dara (2002-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 30 000 nəfərdir) - 100% tacik. Bakwa - 100% puştun. Bala Buluq - 95% puştun, 5% tacik. Farah City - 50% puştun, 50% tacik. Gulistan - 80% puştun, 20% tacik. Khaki Safed - 70% puştun, 30% tacik. Lash wa Juwayn - 99% tacik, 1% puştun. Pur Chaman - 99% tacik, 1% puştun Pusht Rod - 99% tacik, 1% puştun.
Şəbnəm Fərah
Şəbnəm Fərah – (d. 12 aprel 1972, Yalova), türk musiqiçisi. Şəbnəm Fərah 12 aprel 1972 də Üsküpdən Yalovaya gələn ailənin 3 qızından ən balacası olaraq Yalovada dünyaya gəldi. Balaca yaşda musiqi ilə tanış olmasında ailəsinin rolu böyük olmuşdur. Məktəbdə ikən mandolin və solfecio dərsləri almağa başladı. İlk dəfə məktəb illərindəykən məktəb orkestralarında və balaca topluluqlar qabağında səhnə aldı. Pegasus adlı qrup il əbir müddət işlədikdən sonra 80-ci illərin başında Bursada bir studiyanın köməyi ilə xəyalını qurduğu qız qrupu Volvox u qurdu. 1988-ci ildə Volvox ilə bir çox yerdə səhnə alan sənətçinin instituta girməsi ilə qrup yoldaşlarından bir müddət ayrı qaldı. Qrup üzvləri arasında Özləm Tekin kimi adlarından olduğu Volvox 1994 ilində dağılmasından sonra Şebnem Ferah solo karyerasına üstünlük verdi. Onno Tunc və Sezen Aksunun köməyi ilə ilk albomu "Kadın" çıxdı.
Fərahan şəhristanı
Fərahan şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Fərməhin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 31,152 nəfər və 8,900 ailədən ibarət idi.
Fərahim Novruzov
Gülşiftə Fərahani
Gülşiftə Fərahani — İran kino və teatr aktrisası. İran aktoru Behzad Fərahaninin qızı və Şəqayiq Fərahaninin kiçik bacısıdır. Gülşiftə Fərahani teatrda altı yaşından, kinoda isə 14 yaşından rol alıb Gülşiftənin adını dünyada dillərə salan, onun 2007-ci ildə Leonardo Di Kaprio ilə birlikdə oynadığı film "Bir Ovuc Yalan" (ingiliscə: Body of Lies) olmuşdur.
Mirzə Əbülqasım xan Qaimməqam Fərahani
Mirzə Əbülqasim Mirzə İsa oğlu Fərəhani (fars. قائم‌مقام فراهانی‎; 1779–1835) — İranın baş naziri. Mirzə Əbülqasim Fərəhani 1779-cu ildə İranın Ərak əyalətində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Qaemməqam ləqəbini daşıyırdı. Qayemməqam Abbas Mirzənin islahatlarını daha da genişləndirərək, bütün İranda Avropa tipli ordu yaratmış, hərbi sənayenin və toxuculuq sənayesinin əsasını qoymuşdu. Mirzə Əbülqasim Fərəhani Məhəmməd şah Qacarın dövründə sədri-əzəm (baş nazir) vəzifəsini daşımışdı. Mirzə Əbülqasim Fərəhani 1835-ci ildə Tehranda vəfat edib. Mirzə Əbülqasim Əli adlı oğlu vardı.
Xəlil ibn Əhməd əl-Fərahidi
Xəlil ibn Əhməd (ərəb. أبو عبد الرحمن الخليل بن أحمد الفراهيدي‎; 718, Bəsrə – 1 noyabr 790, Bəsrə) — VIII əsrin məşhur ərəb filoloqu və musiqişünası Bəsrə məktəbinin nümayəndəsidir. Əl-Bəsri təxəllüsü ilə də tanınmışdır. Əruz nəzəriyyəsinin ("əl-Əruz" risaləsi və s.) yaradıcılarındandır. "Kitab ül-eyn" adlı ilk ərəb dili izahlı lüğətini tərtib etmişdir. Sibaveyhi onun rəhbərliyi ilə ərəb dilinin "əl-Kitab" adlı ilk normativ qrammatikasını yaratmışdır. Musiqi nəzəriyyəsinə dair əsərləri də ("əl-nəğam" və s.) var. X. İ. Əhmədin müəyyən etdiyi əruz qəliblərində bölgüləri təfilələr (ərəbcə "fə’ələ" feilindən yaranmış müxtəlif ifadələr), uzun və qısa hecaların yerini isə təfilələrdəki uzun və qısa hecalar müəyyən edir. X. İ. Əhmədin əruz nəzəriyyəsinin ən kiçik anlayışından (vahidindən) ən böyük anlayışına qədər olan inkişafını sxem şəklində aşağıdakı kimi təsvir etmək olar: Müxtəlif kombinasiyaları nəticəsində 6 rükn yaranır: ↓ Müxtəlif kombinasiyaları nəticəsində 8 əsli təfilə yaranır: ↓ Müxtəlif dəyişmələr – zihaflar nəticəsində 60-dan çox törəmə təfilə yaranır: ↓ Müxtəlif kombinasiyaları nəticəsində qəliblər yaranır: ↓ Yarandığı əsli təfilələrdən asılı olaraq 16 bəhrdə (16-cı bəhr — Mütədarik alimin davamçıları tərəfindən yaradılmışdır) qruplaşdırılır: ↓ Ritmik yaxınlıqlarına görə 5 dairədə qruplaşdırılır: ↓ Sxemdən göründüyü kimi X. İ. Əhmədin nəzəriyyəsində ən kiçik vahid (ünsür) ritmik yox, qrafiki xarakter daşıyır. Ən kiçik ritmik vahidlər isə 6 rükndən ibarət qəbul olunmuşdur.
Ədibülməmalik Fərahani
Mirzə Sadıq xan Hacı Mirzə Hüseyn oğlu Ədibülməmalik Fərahani (1861-1917)—İran şairi, Məşrutə hərəkatının üzvü. Mirzə Sadıq xan Ədibülməmalik Fərahani öz ədəbi fəaliyyətinə 1898-ci ildə Təbrizdə "Ədəb" dərgisində başladı. O, şeir və məqalələrini bu dərgidə dərc etdirirdi. 1903-cü ildə Tehranda "İrani-Sultani" qəzetinin redaktoru oldu. 1905-ci ildə Bakıda mütərəqqi ideyaları ilə tanınan "İrşad" qəzetində çalışmağa başladı. 1905-1906-cı illərdə artıq məşhur şair idi. Mirzə Sadıq xan Ədibülməmalik Fərahani 1906-cı ildə İranda çıxan "Məclis" qəzetinə başçılıq edirdi. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.

fərah sözünün leksik mənası və izahı

"fərah" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fərah nədir? #fərah sözünün mənası #fərah nə deməkdir? #fərah sözünün izahı #fərah sözünün yazılışı #fərah necə yazılır? #fərah sözünün düzgün yazılışı #fərah leksik mənası #fərah sözünün sinonimi #fərah sözünün yaxın mənalı sözlər #fərah sözünün əks mənası #fərah sözünün etimologiyası #fərah sözünün orfoqrafiyası #fərah rusca #fərah inglisça #fərah fransızca #fərah sözünün istifadəsi #sözlük