fəsad sözü azərbaycan dilində

fəsad

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • fəsad • 97.7500%
  • Fəsad • 2.0000%
  • FƏSAD • 0.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fitnə-fəsad
Fitnə Fitnənin lüğətdə mənası, qarışıqlarının çıxarılması və xalisləşdirilməsi üçün qızılın közərdilməsi deməkdir. Fitnə sözü bir nəfər və ya bir cəmiyyətdən asayiş və əmin-amanlığın alınması, iki və ya daha çox insanı bir-birinin canına salıb ikitirəlik yaratmaq, həmçinin xalqa əziyyət və işgəncə vermək deməkdir. == Fitnənin növləri == Qurani-Kərimdə müşriklərin törətdiyi fitnənin qətl törətməkdən də ağır günah olduğu qeyd olunur və bu fitnə aradan qalxanacan onlarla vuruşma tövsiyə edilir: "Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!. Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur." "Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır." Peyğəmbəri (s): "Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs." Əli ibn Əbu Talib: "Fitnə üç şeydədir: qadın düşkünü olmaq – bu şeytanın qılıncıdır, şərab içmək – bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadın düşkünü olsa, ömrünün faydasını görməz, kim şərab düşkünü olsa, cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar." Fitnəkarlıq növlərindən biri də zalim hakimlər üçün casusluq etməkdir. Bunun böyük günah sayılıb bir çox ziyan və fəsadlarının adam öldürməkdən böyük olması isə çox aydın bir məsələdir. Çünki bir fitnəkar cəsusun çoxlu qətl və cinayətlərə səbəb olması mümkündür.
COVID-19 pandemiyasının sosial-iqtisadi fəsadları
COVID-19 pandemiyası, dünya miqyasında ciddi sosial-iqtisadi fəsadlara səbəb oldu. Bu fəsadlar bir çox sahədə özünü göstərdi: İqtisadi Geriləmə: Pandemiya səbəbindən bir çox ölkədə iqtisadi fəaliyyətlər dayandı. Qlobal ticarət azaldı, istehsal zəncirləri pozuldu və bir çox müəssisə bağlandı. İşsizlik Artışı: Bir çox sektorda, xüsusən xidmət sahələrində (restoranlar, turizm, qonaqpərvərlik) iş yerləri itirildi. Bu, yüksək işsizlik səviyyələrinə səbəb oldu. Mikro və Kiçik Bizneslərin Bağlanması: Xüsusilə kiçik bizneslər pandemiyanın təsirindən daha çox zərər gördü, bir çoxu fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Sosial Bərabərsizlik: Pandemiya, zəif sosial təbəqələrin daha çox təsirə məruz qaldığını ortaya qoydu. Aşağı gəlirli ailələr, işlərini itirərək, daha çətin şəraitdə yaşamağa başladı. Sağlamlıq Sisteminə Təsir: Sağlamlıq sistemləri, COVID-19-un yayılması ilə mübarizədə yükləndi. Bunun nəticəsində, digər xəstəliklərin müalicəsində gecikmələr oldu.

fəsad sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Nifaq, qarışıqlıq, fitnə, intriqa. Bizdə görünməz nə fəsadü nifaq; İşləməyə bir-birimizdən qoçaq. M.Ə.Sabir. Hiyləgər ruhanilərin fəsad torlarını yırtıb, o tordan çıxmaq üçün zəhmət çəkib dünya elmlərini təhsil eləyirlər. C.Məmmədquluzadə. □ Fəsad düşmək – hərc-mərclik düşmək, qarmaqarışıqlıq düşmək, asayiş, əmin-amanlıq pozulmaq, dava düşmək, nifaq düşmək. Fəsad salmaq – hərc-mərclik salmaq, ara qarışdırmaq, nifaq salmaq, intriqa salmaq. Aralarına fəsad salmaq. – Həm də olurdu uşaq dərsdə bədetiqad; Məzhəbə rəxnə vurub, dinə salırdı fəsad. M.Ə.Sabir. 2. tib. Xəstəliyin törətdiyi ağır, qorxulu nəticələr; pozuqluq. Deyiblər ki, tənbəllik bədən üçün fəsaddır. “Qabusnamə”.

    Azərbaycan dilinin izahlı lüğəti / fəsad
  • 2 qarışıqlıq, nifaq; çaşqınlıq; qan alan.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / fəsad
  • 3 ə. 1) pozğunluq, çürüklük; 2) qarışıqlıq, nifaq.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / fəsad
  • 4 \ – olmayan, yaxud yox olan şeylərə deyilir. Fəlsəfi terminologyada ―kövn‖ sözünün ziddidir. ―Fəsədə‖ \ yox olmaq, ortadan itmək mənasına gəlir.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / fəsad

fəsad sözünün etimologiyası

fəsad sözünün sinonimləri (yaxın mənalı sözlər)

fəsad sözünün rus dilinə tərcüməsi

  • 1 кляуза, козни, интрига, каверза

    Azərbaycanca-rusca lüğət / fəsad
  • 2 сущ. 1. склока (ссора, враждебные отношения, перебранка, препирательства, драка на почве мелких интриг) 2. козни, интрига 3. смута (раздор, распря, нелады) 4. мед. осложнение (новое заболевание, являющееся следствием какой-л. болезни); fəsad düşdü началась склока, интрига; произошла ссора; fəsad salmaq (törətmək): 1. вносить раздор, сеять раздор 2. плести интриги, строить козни 3. вызывать беспорядки, сеять смуту

    Azərbaycanca-rusca lüğət / fəsad

fəsad sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (qarışıqlıq) sedition, disturbance; (nifaq) discord, dissension; (fitnə) intrigue; ~ törətmək to sow* / to spread* discord, to sow* dissension, to stir up; 2. tib. complication, after-effect; xəstəliyin ~ları after-effects of the illness

    Azərbaycanca-ingiliscə lüğət / fəsad

fəsad sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) chicane f ; dénonciation f ; discorde f ; intrigue f ; ~ törətmək chercher chicane ; 2) tib. complication f ; xəstəliyin ~ ları complications f pl de la maladie

    Azərbaycanca-fransızca lüğət / fəsad

fəsad sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. фасад, фитне, акахьайвал, интрига; // fəsad düşmək фитне гьатун, араяр акахьун, алаш-булаш хьун, асайишвал чӀур хьун, дяве гьатун, мидявал гьатун; fəsad salmaq фитне ттун, араяр акадарун, мидявал ттун, интрига ттун; 2. мед. азарди арадал гъидай залан, чӀуру (пис) нетижа (гьал).

    Azərbaycanca-ləzgicə lüğəti / fəsad

"fəsad" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fəsad nədir? #fəsad sözünün mənası #fəsad nə deməkdir? #fəsad sözünün izahı #fəsad sözünün yazılışı #fəsad necə yazılır? #fəsad sözünün düzgün yazılışı #fəsad leksik mənası #fəsad sözünün sinonimi #fəsad sözünün yaxın mənalı sözlər #fəsad sözünün əks mənası #fəsad sözünün etimologiyası #fəsad sözünün orfoqrafiyası #fəsad rusca #fəsad inglisça #fəsad fransızca #fəsad sözünün istifadəsi #sözlük