* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Arzu, məqsəd, niyyət, dilək, istək, kam. Sən muradım əksinə, ey çərx, rəftar eylədin. S.Ə.Şirvani. Aşıq Ələsgərəm, söylənir adım; Budur ürəyimdə mətləb, muradım. Aşıq Ələsgər. Ürək dəmir deyil, daş da deyil ki? Min bir muradı var, min bir arzusu! S.Vurğun. □ Murada (muradına) irmək – bax murada çatmaq. Kaş ki, Kərəm muradına ireydi; Qismət olub yarın üzün göreydi. “Əsli və Kərəm”. Bir gülən yox bu qayğılı dünyadə; Çoxlar nakam olub irməz murada. H.Cavid. Murada (muradına) yetirmək – arzusuna çatdırmaq, istəyini yerinə yetirmək. Bivəfa dünyada, dəhrifənada; Fələk məni yetirmədi murada. M.V.Vidadi. Muradım ol məhəlində şəhid olmaqdır; Nolur yetirsə fələk rəhm edib muradə məni. S.Ə.Şirvani. [Süleyman:] Əcəb elərsən, Allah səni də tez muradına yetirsin, bizi də… Ü.Hacıbəyov. Murada (muradına) yetmək (çatmaq) – arzusu hasil olmaq, məqsədinə, diləyinə, kamına çatmaq. Saldıqca cavanlıqda keçən günləri yadə; Dərdim olur on qat; Yarəb yetərəm birdəmi dünyadə muradə? M.Ə.Sabir. Hacı Qara nəinki muradına çatmadı, hətta həbsə düşdü. N.Nərimanov. Muradı hasil olmaq – bax murada (muradına) yetmək (çatmaq). [Bəlli Əhməd:] Koroğlunun dəlilərdi imdadı; Qılınc çəkdi, hasil ola muradı. “Koroğlu”. Muradını vermək – muradına, arzusuna çatdırmaq, istəyini yerinə yetirmək. Bu Xətayi xəstənin vergil muradın, ya ilah! Xətayi. Mən Zakirəm, pir fələkə neylədim; Vermədi muradım, dedim, söylədim. Q.Zakir.
Azərbaycan dilinin izahlı lüğəti / murad3 ə. 1) xahiş, istək, kam; 2) məqsəd, məram.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / murad2 сущ. предмет желаний, стремлений; мечта. Murada yetişmə достижение цели, muradını vermək kimin дать осуществиться желаниям чьим, murada çatmaq (yetmək) достигнуть, достичь желаемого; murada çatdırmaq (yetirmək) kimi содействовать кому-л. в исполнении, достижении желания; muradı gözündə qaldı kimin не осуществилась мечта чья; muradını gözündə qoymaq kimin не дать осуществиться желанию, мечте кого; muradı hasil olmaq см. murada çatmaq (yetişmək)
Azərbaycanca-rusca lüğət / murad1 i. 1. wish (for), desire (for), longing (for), hunger (for); 2. aim, intention, purpose; ~a çatmaq to achieve / to gain / to attain one’s object / end; to secure one’s object
Azərbaycanca-ingiliscə lüğət / murad1 is. désir m, souhait m, voeu m ; intention f, but m, fins f pl ; ~a yetmək en venir à ses fins, arriver à ses fins
Azərbaycanca-fransızca lüğət / murad1 [ər.] сущ. мурад, ният, макьсад, тӀалаб, кӀани затӀ, кам; // murada (muradına) yetirmək мураддихъ агакьарун, мурад кьилиз акъудун; murada (muradına) yetmək (çatmaq) мураддихъ агакьун, мурад кьилиз акъатун, макьсаддихъ агакьун.
Azərbaycanca-ləzgicə lüğəti / murad