Əmrah Dadaşov
Əmrah Nemət oğlu Dadaşov - Tarix elmləri doktoru, dekan müavini, Bakı Dövlət Universitetinin qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru.
1939-cu ildə Bakının Balaxanı qəsəbəsində anadan olmuşdur.Qəsəbədəki 204 saylı orta məktəbi bitirmişdir
1960-1963-cü illərdə ordu sıralarında hərbi xidmət etmişdir
1973-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini) bitirib
Namizədlik dissertasiyası – «Azərbaycan ərazisində paleometal dövründə əkinçilik istehsalı». 1986-cı il.
Doktorluq dissertasiyası – «Azərbaycan ərazisində paleometal dövrü cəmiyyətlərinin əkinçilik-maldarlıq iqtisadiyyatı». 2004-cü il
1967-ci ildə Bakı Dövlət Universitetinin hərbi kafedrasında, 1968-ci ildən isə universitetin Tarix fakültəsi Ümumi tarix kafedrasında laborant, 1981-ci ildən indiyədək isə Qədim dünya və orta əsrlər tarixi kafedrasında işləyir
Kafedranın professorudur
Qədim Şərq və Antik tarix fənlərini tədris edir
Magistraturada 2 problem üzrə kurs oxuyur
100-dən çox məqalənin, 3 monoqrafiyanın, üç kitabın müəllifidir
Rektorluğun tərəfindən BDU-nun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 9 dəfə təşəkkür almışdır
Paleometal dövrü əkinçilik-maldarlıq iqtisadiyyatı
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
Azərbaycan Milli Elmlər Akademiyasında, Sankt-Peterburqda, Kiyevdə, Vülnüsdə, Tbilisidə və sairə yerlərdə keçirilən Beynəlxalq konfrans və simpoziumlarda iştirak etmişdir.
«К вопросу об изучении остатков древних злаковых растений периода палеометалла Азербайджана», - Bakı Universitetinin Xəbərləri, 2003, №2
«Обзор скотоводческой экономики периода палеометалла», - Bakı Universitetinin Xəbərləri, 2003, №3.
«Основные археологические источники по изучению древнего скотоводческого хозяйства Азербайджана».- Bakı Universitetinin Xəbərləri, 2003, №4.
«Древнейшие земледельческие орудия в историографии Азербайджана» - Tarix və onun problemləri», 2003, №2
«Основные археологические источники по изучению древнего скотоводческого хозяйства Азербайджана» . – Bakı Universitetinin Xəbərləri, 2004, №1
«О проблемах возникновения ранних форм производства» - Bakı Universitetinin Xəbərləri, 2006, №4
Земледельческое производство эпохи палеометалла на территории Азербайджана (тысячелетие до н.э.). Baku, 1991.