Əmrahov sözü azərbaycan dilində

Əmrahov

Yazılış

  • Əmrahov • 98.7179%
  • ƏMRAHOV • 1.2821%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Emin Əmrahov
Emin Əvəz oğlu Əmrahov (9 iyun 1989; Ağstafa rayonu, Azərbaycan SSR — 27 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Əmrahov 1989-cu il iyunun 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 1996-2007-ci illərdə Gəncə şəhərində M. Hadi adına 10 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Dörd övladı yadigar qaldı. == Hərbi xidməti == Emin Əmrahov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Emin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Əmrahov oktyabrın 27-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub.
Mais Əmrahov
Mais İsrail oğlu Əmrahov — Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda şöbə müdiri == Həyatı və təhsili == 1948-ci il mayın 2-də Şəki rayonunun Cəfərabad kəndində anadan olmuşdur.1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.1984-cü ildə namizədlik («Böyük Vətən müharibəsi illərində Azərbaycanda xalq maarifi. 1941— 1945-ci illər»), 2006-cı ildə doktorluq («Azərbaycan mədəniyyəti İkinci Dünya müharibəsi illərində») dissertasiyası müdafiə etmişdir. == Əmək fəaliyyəti == 1970—1973-cü illərdə Şəki rayonunun Cəfərabad kənd məktəbində tarix müəllimi 1973—1979-cu illərdə Göybulaq kənd məktəbində direktor 1979—1989-cu illərdə Şəki Şəhər Partiya Komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri 1989—1991-ci illərdə Şəkidəki 43 saylı texniki peşə məktəbində direktor 1992-ci ildə PKİA və YH Baş İnstitutunun Şəki filialında müəllim 1992—1994-cü illərdə Şəki Şəhər Təhsil Şöbəsində metodist və inspektor 1994—1998-ci illərdə Şəki Şəhər İcra hakimiyyətində baş məsləhətçi və şöbə müdiri 1999-cu ildə PKİA və YH Baş İnstitutunda metodist və kabinet müdiri 2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində böyük metodist 2001—2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında kabinet müdiri 2007—2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əlavə təhsil üzrə direktor müavini 2009-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası» kafedrasında professor2019-cu ildən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda şöbə müdiri == İctimai əsaslarla apardığı vəzifələr == Tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş 4 dissertasiyanın rəsmi opponenti 2010—2012-ci illərdə Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən D.02.161 Dissertasiya Şurasının üzvü2012—2017-ci illərdə AAK-nın «Tarix və siyasi elmlər» Ekspert Şurasının üzvü 2107-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu nəzdində 5502.01-«Ümumi tarix», 5503.02-«Vətən tarixi», 5507.01- «Beynəlxalq münasibətlər tarixi» və 55-9.01-Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsuları» ixctisasların üzrə elmlə doktoru və tarix üzrə fəlsəfə dokoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.161 Dissertasiya Şurasının üzvü2020 AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu nəzdindəki ED1.30 Dissertasiya Şurasının üzvü Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsinin redaksiya heyətinin üzvü == Mükafatlar == 1979-cü ildə «Qabaqcıl maarif xadimi» döş nişanı [mənbə göstərin]2012-ci ildə «Qabaqcıl təhsil işçisi» döş nişanlı == Beynəlxalq seminar,simpozium və konfranslarda iştirakı == 1.2004-cü il.Ненасилия как образ жизни. ХХВ Международной научно-практической конференций по проблемам педагогики ненасилия. Санкт - Петербург 15 апреля 2004 г. 2.2010-cü il.Современные проблемы гуманитарных и естественных наук. Четвертой международной научно-практической конференции. Москва, 18-20 октября 2010 г. 3.2011-cü iil.Наука и современность.
Rasim Əmrahov
Rasim İmran oğlu Əmrahov (12 oktyabr 1988;Yevlax rayonu, Azərbaycan — 8 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rasim Əmrahov 12 oktyabr 1988-ci ildə [Yevlax rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Rasim Əmrahov 2006–2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2014-cü ildən eyni hərbi birləşmədə xidmətini müddətdən artıq xidmət edən qulluqçu kimi davam etmişdir. 2018-ci ildə general-polkovnik Zakir Həsənovun əmri ilə xidmətdə fərqləndiyinə görə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilmişdir.Azərbaycan Ordusunun əsgəri olan Rasim Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rasim Əmrahov 8 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Əmrahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Əmrahov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rasim Əmrahov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Saməddin Əmrahov
Saməddin Şamil oğlu Əmrahov (2 oktyabr 1978; Kəlbəcər, Azərbaycan SSR — 4 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saməddin Əmrahov 1978-ci il oktyabrın 2-də Kəlbəcər şəhərində anadan olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Əmrahovlar ailəsi Oğuz rayonunun Calut kəndində yaşamağa başlayıblar. 1985-1993-cü illərdə Kəlbəcər şəhərində 3 nömrəli tam orta məktəbdə, 1993-1996-cı illərdə isə Calut kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Aysu adında qızı və Şamil adında oğlu yadigar qaldı. == Hərbi xidməti == Saməddin Əmrahov 1996-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Saməddin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Saməddin Əmrahov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Teymur Əmrahov
Teymur Əmrah (Teymur Həşim oğlu Əmrahov; 8 oktyabr 1971, Kirovabad) — Azərbaycanın klassik estrada müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2012). == Həyatı == Teymur Əmrah 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Əmirov olmuşlar. 1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən Teatr və Kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb. 1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda Solo konsert keçirib. 2005-ci ildə Azəristar layihəsinin Vokal müəllimi kimi fəaliyyət göstərib. 2020-ci ildə Heydər Əliyev adına Sarayda "Bu dünya bir nərdivandı" adlı solo konserti keçirilib. == Fəaliyyəti == Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs demişdir.
Vüqar Əmrahov
Vüqar Mübariz oğlu Əmrahov (17 avqust 1994; Xatınlı, Tovuz rayonu — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüqar Əmrahov 1994-cü il avqustun 17-də Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 2000–2011-ci illərdə F. Qasımov adına Xatınlı kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Vüqar Əmrahov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüqar Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Əmrahov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. Dekabrın 25-də Tovuz rayonunun Xatınlı kəndində dəfn olunub.
Ziyad Əmrahov
Ziyad Əmrahov (24 iyun 1980, Mingəçevir) — Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin aparıcı elmi işçisi == Həyatı == Əmrahov Ziyad Cümşüd oğlu 24 iyun 1980-ci ildə Mingəçevir şəhərində anadan olub. Sonralar ailəsi ilə birlikdə Ağcabədi şəhərinə köçüb. == Təhsili == 1997-ci ildə Ağcabədi şəhərində 3 saylı orta məktəbi bitirib.1999—2003-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr (tədqiqat mövzusu -“Azərbaycan Xalq Cümhuriyyəti-Osmanlı münasibətlərinin tarixşünaslığı (Çağdaş dövr)”, 2003—2005-ci illərdə Tarix fakültəsinin magistr pilləsində təhsil alıb (tədqiqat mövzusu-“Osmanlı İdarəçiliyində ermənilərin fəaliyyəti tarixi tədqiqatlarda”). 2007-ci ildə həmin universitetin Tarix fakültəsinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrası” nın aspiranturasına qəbul olub,2010-ci ildə "Osmanlı ərazisində “erməni məsələsi”nin meydana çıxması Türkiyə tarixşünaslığında” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfədoktoru elmi dərəcəsini almışdır == Fəaliyyəti == 2005-ci il avqust ayının 11-dən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Beynəlxalq Əlaqələr Şöbəsi” ndə aparıcı məsləhətçi vəzifəsində çalışmışdır.Bununla yanaşı, 2007-ci ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrası” nın saathesabı qaydada müəllimi kimi çalışıb.“Azərbaycanın tarixi coğrafiyası” fənnindən mühazirə, Mənbəşünaslıq və Tarixşünaslıq fənlərindən isə məşğələlər aparmışdır.2016-2019-cu illərdə Xəzər Universitetində müəllim, 2019-cu ildən ADBİA-da müəllim kimi çalışmışdır. 2012—2013-cü illərdə Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin dəvəti ilə Başbakanlık Osmanlı Arxivində araşdırmaçı kimi çalışmışdır 2016-cı ildən AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq şöbəsi”nin müdiri vəzifəsinə təyin olunmuş, 2017-ci ildən isə həmin institutda Elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.2017-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası, Elm Tarixi İnstitutu, Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri işləmişdir , 2022-ci ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutnda “Şimali Azərbaycanın 19-20-ci əsrin əvvələri tarixi şöbəsi”nin aparıcı elmi işçisi olmuş,hazırda həmin institutun "Qərbi Azərbaycan tarixi " şöbəsinin aparıcı elmi işçisidir. == Beynəlxalq konfranslarda iştirakı == 2006-cı il oktyabrın 6—12-si Fransanın Strasburq şəhərində “Sərhədsiz Televiziya üzrə Avropa Komitəsi” nin Daimi Komitəsinin 41-ci sessiyasında Şuranın Beynəlxalq Əlaqələr Şöbəsindən ekspert kimi 2006-cı il dekabrın 12—16-sı arasında Türkiyənin paytaxtı Ankarada təşkil olunmuş “Sərhədsiz Televiziya üzrə Avropa Komitəsi” nin ekspertlər qrupunun iclasında Azərbaycanlı nümayəndə heyətinin tərkibində iştirak edib. The conference on “Human Rights and Gender Equality” organized by UN Association of Georgia, 1—8 July, 2012 As an expert in the meeting “Azerbaijan-Europe: Forum on inter-cultures dialogue” held in Brussels on 15—18 March in 2011 == Əsərləri == Kitabları 1.Osmanlı imperiyasında “erməni məsələsi” problemi. Bakı: Elm və Təhsil, 2017, 272 s. 2.The sources of the Azerbaijan history. Baku, Khazar University publising, 2017, 127 p.
Əmrah Əmrahov
Əmrah Bala oğlu Əmrahov (1923, Kürdəxanı – 18 noyabr 1988, Bakı) — jurnalist, "Azərbaycan pioneri" qəzetinin baş redaktoru. == Həyatı == 1923-cü ildə Bakının Kürdəxanı kəndində anadan olub. Kürdəxanı kənd məktəbinin 1-ci sinfində bir neçə ay oxuduqdan sonra göz həkimləri ona oxumağı qadağan ediblər. Beş il müalicə olunduqdan sonra 1936-cı ildə yenidən məktəbə gedir. 1944-cü ildə 9-cu sinfi bitirərək Azərbaycan Dövlət Universitetinin hazırlıq şöbəsinə daxil olub. 1945-ci ildə ADU-nin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Eyni zamanda "Azərbaycan pioneri" qəzeti redaksiyasında xüsusi müxbir işləyib. 1950-ci ildə universiteti müvəffəqiyyətlə bitirib və həyatını həmişəlik "Azərbaycan pioneri" qəzeti ilə bağlayıb. Əmrah müəllim ömrünün sonuna kimi, 38-il bu qəzetdə çalışıb. Əbədi işçi, şöbə müdiri, məsul katib, nəhayət qəzetin redaktoru.
Emin Əmrahov- "İkinci Qarabağ müharibəsi iştirakçısı"
Emin Əvəz oğlu Əmrahov (9 iyun 1989; Ağstafa rayonu, Azərbaycan SSR — 27 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Əmrahov 1989-cu il iyunun 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 1996-2007-ci illərdə Gəncə şəhərində M. Hadi adına 10 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Dörd övladı yadigar qaldı. == Hərbi xidməti == Emin Əmrahov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Emin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Əmrahov oktyabrın 27-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub.
Şəfəq Əmrahova
Şəfəq Əmrahova (d. 28 mart 1982) — Azərbaycanlı atıcı. == Karyerası == Şəfəq Əmrahova 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Şəfəq Əmrahova, səngər stendi yarışlarının finalında 37 xal topladı və 6 idmançı sırasında 2-ci yeri tutaraq IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazandı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.37 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••••••• 1.18
2004 •••••••• 1.35
2005 •••• 0.67
2006 •••••••• 1.35
2007 ••• 0.42
2008 •••••••••••••••••• 2.92
2009 ••••••• 1.12
2010 •••••••••••••••••• 3.00
2011 ••••••• 1.03
2012 ••••••••• 1.46
2013 •••••• 1.02
2014 ••••••• 1.03
2015 0.17
2016 ••••••• 1.04
2017 ••••• 0.81
2018 ••••••• 1.20
2019 ••••••••• 1.39
2020 ••••••••••• 1.86

"əmrahov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əmrahov nədir? #əmrahov sözünün mənası #əmrahov nə deməkdir? #əmrahov sözünün izahı #əmrahov sözünün yazılışı #əmrahov necə yazılır? #əmrahov sözünün düzgün yazılışı #əmrahov leksik mənası #əmrahov sözünün sinonimi #əmrahov sözünün yaxın mənalı sözlər #əmrahov sözünün əks mənası #əmrahov sözünün etimologiyası #əmrahov sözünün orfoqrafiyası #əmrahov rusca #əmrahov inglisça #əmrahov fransızca #əmrahov sözünün istifadəsi #sözlük