ikrah sözü azərbaycan dilində

ikrah

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ikrah • 97.9328%
  • İkrah • 1.8088%
  • İKRAH • 0.2584%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

ikrah sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] İyrənmə, çimçişmə, diksinmə, nifrət. Bu bədheybət adam xanın gözünə sataşdıqda sanki xanda ona qarşı bir ikrah hissi əmələ gəldi. Çəmənzəminli. O, üz-gözünə boya vuranda və səliqəli geyinəndə, sədrinə xoş gəldiyini bilsə də, ürəyində çoxdan bəri ona qarşı qüvvətli bir ikrah hissi duyur. M.Hüseyn. // İyrəndirmə, nifrətləndirmə. [Şeyx Sədra:] Xayır, artıq bu pək fəna təhqir; Səni ikrah üçün bu bir tədbir… H.Cavid. □ İkrah etdirmək – iyrəndirmək, çimçişdirmək, diksindirmək, nifrət oyatmaq. [Sevda:] Çirkinliyim etdirməsin ikrah; Könlüm səni öpmək dilər. H.Cavid. İkrah etmək (eyləmək, olmaq, qılmaq) – iyrənmək, nifrət etmək, zəhləsi getmək. Zahida, sən fariq ol, ahimdən ikrah eyləmə; Kim, mənim bağrımda çoxdur qəmzələrdən yarələr. Xətayi. Gəz bir neçə gün mənimlə həmrah; İnsan deyib etmə məndən ikrah. Füzuli. Xah yüz döndərsən ondan, xah ikrah eyləsən; Axır, ey əbrukaman, Qövsi sənə qurban olur. Qövsi. İkraha gəlmək – bax ikrah etmək. …Bu hadiseyiəlimənin dəhşəti bütün aləmə əsər etdi, hamı nifrət və ikraha gəldi. Ü.Hacıbəyov.

    Azərbaycan dilinin izahlı lüğəti / ikrah

ikrah sözünün sinonimləri (yaxın mənalı sözlər)

ikrah sözünün rus dilinə tərcüməsi

  • 1 отвращение, омерзительность, антипатия

    Azərbaycanca-rusca lüğət / ikrah
  • 2 сущ. 1. отвращение, омерзение. İkrah hissi чувство отвращения. Onun gülüşü ikrah hissi doğururdu его смех вызывал отвращение, aşkar ikrah нескрываемое отвращение; kimə, nəyə qarşı ikrah отвращение к кому, к чему 2. антипатия, неприязнь, нерасположение; ikrah etmək (eyləmək, qılmaq): 1. чувствовать отвращение 2. чувствовать неприязнь, нерасположение; ikraha gəlmək см. ikrah etmək; ikrah etdirmək: 1. вызывать у кого-л. чувство отвращения; 2. вызывать чувство антипатии к кому-л. у кого-л.

    Azərbaycanca-rusca lüğət / ikrah

ikrah sözünün inglis dilinə tərcüməsi

ikrah sözünün fransız dilinə tərcüməsi

ikrah sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. икрагь, такӀанвал, такӀан хьун, зурзун алахьун, нифрет; такӀанарун; ikrah etmək (eyləmək, olmaq, qılmaq) икрагь авун (хьун), кирих хьун, такӀан хьун, нифрет авун, зегьле фин; ikraha gəlmək кил. ikrah etmək.

    Azərbaycanca-ləzgicə lüğəti / ikrah

ikrah sözünün türk dilinə tərcüməsi

"ikrah" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ikrah nədir? #ikrah sözünün mənası #ikrah nə deməkdir? #ikrah sözünün izahı #ikrah sözünün yazılışı #ikrah necə yazılır? #ikrah sözünün düzgün yazılışı #ikrah leksik mənası #ikrah sözünün sinonimi #ikrah sözünün yaxın mənalı sözlər #ikrah sözünün əks mənası #ikrah sözünün etimologiyası #ikrah sözünün orfoqrafiyası #ikrah rusca #ikrah inglisça #ikrah fransızca #ikrah sözünün istifadəsi #sözlük