* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Qüsur və nöqsanlarını aradan qaldıraraq yaxşı hala salma, yaxşılaşdırma, düzəltmə, yaxşılaşdırılma, düzəldilmə, düzəlmə. Həzrət Əşrəf bilir ki, maarif, nəqliyyat, ziraət, ticarət və sair işlərimizin islaha böyük ehtiyacı vardır. M.S.Ordubadi. İndi ki sən gördün özün-özünü; İslah yolundasan, oğlan, sən demək. B.Vahabzadə. □ İslah etmək – düzəltmək. [Qüdrət:] Məncə, şərtlərdə qüsur yoxdur, qüsuru şəxsən özünüzdə axtarıb tapsanız və onu tezliklə islah etsəniz, həm biz qazanarıq, həm də siz. M.Hüseyn. Müəllimə fikrə gedir; Şagirdinə “iki” yazıb; Nöqsanını islah edir. M.Dilbazi. İslah qılmaq köhn. – bax islah etmək. Bari xudaya, özün islah qıl; Ta edələr pirü cavan sülh, sülh. M.Ə.Sabir. ◊ İslah evi – cinayətkarları islah etmək üçün xüsusi yer; dustaqxana. Bu danışıqdan sonra hökumət məmurları şəhərə döndülər, dustağı da şəhər islah evinə keçirdilər. E.Sultanov. İslah evi şəhərin bir kənarında, rayon milis idarəsinin yaxınlığında idi. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / islah3 ə. 1) yaxşı hala salma; yaxşılaşdırma; 2) nöqsan və eyiblərini düzəltmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / islah1 Ərəbcə sülh sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / islah2 I сущ. 1. улучшение, усовершенствование. İslaha ehtiyac нужда в усовершенствовании, islah yolunda на пути улучшения 2. исправление (освобождение от каких-л. недостатков, пороков). Cinayətkarın islahı исправление преступника II прил. 1. исправительный. İslah koloniyası исправительная колония, islah müəssisələri исправительные заведения 2. поправочный. İslah yamsalı тех. поправочный коэффициент; islah etmək: 1. улучшать, улучшить. Vəziyyəti islah etmək улучшить положение; 2. реформировать, реорганизовать, обновлять, обновить; 3. исправлять, исправить (устранять, устранить недостатки, ошибки); islah olmaq исправляться, исправиться, улучшаться, улучшиться, избавившись от каких-л. недостатков, пороков; islah edilmək (olunmaq) исправляться, быть исправленным
Azərbaycanca-rusca lüğət / islah1 I. i. amendment; correction; mətni ~ etmək to amend the text II. s. reformatory, corrective, correctional; ~ koloniyası reformatory; amer. approved school
Azərbaycanca-ingiliscə lüğət / islah1 is. amélioration f ; rééducation f ; mətni ~ etmək amender vt un texte ~ koloniyası colonie f réformatrice
Azərbaycanca-fransızca lüğət / islah1 [ər.] сущ. нукьсанар, айибар, кимивилер арадай акъудун, дуьзрун, хъсан гьалда ттун, хъсанарун; хъсан хьунухь, дуьз хьунухь; islah etmək дуьзрун; islah qılmaq куьгьн. кил. islah etmək; ** islah evi къазамат, дустагъ (тахсиркарар ислягь ийидай чка).
Azərbaycanca-ləzgicə lüğəti / islah