israr sözü azərbaycan dilində

israr

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • israr • 98.3278%
  • İsrar • 1.3378%
  • İSRAR • 0.3344%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

israr sözünün leksik mənası və izahı

  • 1 [ər.] 1. is. Dediyi sözün, tələb etdiyi şeyin, irəli sürdüyü fikir və ya iddianın üstündə durma, təkid göstərmə, dediyindən dönməmə; inad, təkid. Bəsdir, dəxi millət qəmini eyləmə təkrar; Olmaz belə israr! M.Ə.Sabir. Rəmziyyə nə qədər danışdısa, Əhməd qəbul etməyib israrında davam etdi. A.Şaiq. Məhkəmənin israrına görə Molla Xəlil etiraf etdi ki, qadını gözü ilə görməmiş, fəqət qulağı ilə eşitmişdir. S.Hüseyn. □ İsrar etmək – dediyi sözün, tələb etdiyi şeyin, irəli sürdüyü fikir və ya iddianın üstündə durmaq, dediyindən dönməmək, təkid göstərmək. [Bəhram:] Pəri!… Elə bil ki, bir qulluqçudur, evdə saxlamısınız, fəqət israr edirsənsə, əlbət ki, sözünü sındırmıram. C.Cabbarlı. Qadınlar eylədi sözündə israr; Töküb göz yaşını, qıldı ah-zar. H.K.Sanılı. 2. İsrarla şəklində zərf – təkidlə, inadla. Kimdən şübhələnirsiniz? – deyə jandarm zabiti israrla soruşdu. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / israr
  • 2 İSRAR1 ə. sözünün üstündə möhkəm durma, təkid etmə. İSRAR2 ə. sirr saxlama, gizləmə.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / israr

israr sözünün etimologiyası

israr sözünün sinonimləri (yaxın mənalı sözlər)

israr sözünün rus dilinə tərcüməsi

  • 1 1. настояние (на чем-либо); 2. настойчивость;

    Azərbaycanca-rusca lüğət / israr
  • 2 сущ. настаивание, настояние (настоятельная просьба, требование). İsrarına görə kimin по настоянию кого, israrına baxmayaraq несмотря на настояние; israr etmək, eləmək настаивать (добиваться исполнения чего-л.), israrından dönməmək упорно настаивать на своем, xahişinə israr etmək настаивать на своей просьбе, qətiyyətlə israr etmək решительно настаивать

    Azərbaycanca-rusca lüğət / israr

israr sözünün inglis dilinə tərcüməsi

  • 1 i. insistence, persistence; urgency; ~ etmək to persist (in+ger.), to insist (on / upon+ger.); öz dediyində ~ etmək to have* one’s own way, to stand* one’s ground

    Azərbaycanca-ingiliscə lüğət / israr

israr sözünün fransız dilinə tərcüməsi

israr sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. кӀевивал, кӀевиз акъвазун (лагьай гафунал, фикирдал, тӀалабдал), лагьайдалай элкъуьн тавун; инад; israr etmək лагьай гафунал, фикирдал кӀевиз акъвазун, кӀевивал авун, лагьайдалай элкъуьн тавун, кӀвачер (чиле) акӀурун (пер.).

    Azərbaycanca-ləzgicə lüğəti / israr

israr sözünün türk dilinə tərcüməsi

"israr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#israr nədir? #israr sözünün mənası #israr nə deməkdir? #israr sözünün izahı #israr sözünün yazılışı #israr necə yazılır? #israr sözünün düzgün yazılışı #israr leksik mənası #israr sözünün sinonimi #israr sözünün yaxın mənalı sözlər #israr sözünün əks mənası #israr sözünün etimologiyası #israr sözünün orfoqrafiyası #israr rusca #israr inglisça #israr fransızca #israr sözünün istifadəsi #sözlük