idbar sözü azərbaycan dilində

idbar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • idbar • 92.1875%
  • İDBAR • 4.6875%
  • İdbar • 3.1250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2010 ••••••••• 0.18
2011 •••• 0.09
2012 •••• 0.09
2013 •••••••••••••••••••• 0.44
2014 •••••••••••••••• 0.34
2015 •••••••• 0.17
2018 ••••••• 0.15
2019 ••••••• 0.14
2020 ••••••• 0.13

idbar sözünün leksik mənası və izahı

  • 1 [ər.] 1. sif. Çirkin, kifir, eybəcər. Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi; Vaqqıldama bayquş kimi, idbar dilənçi. M.Ə.Sabir. Mahmuda atası öləndən sonra yalnız bir bacı qalmış ki, o da indi kifirin və idbarın biridir və heç kəs də onu almaq istəməyir. B.Talıblı. 2. is. klas. Bəxtsizlik, talesizlik, uğursuzluq, düşkünlük, tale dönüklüyü (iqbal ziddi). Getdi başından, könül, ol sərv qəddin sayəsi; Ağla kim, idbarə təbdil oldu iqbalın sənin. Füzuli. Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çıraq; Gecəki iqbalı gör, gündüzdəki idbarə bax! M.P.Vaqif. Nəql edim bir-bir sənə mən hər yerin əhvalını; Bax, düşün, gör onların idbarını, iqbalını. Ə.Qəmküsar.

    Azərbaycan dilinin izahlı lüğəti / idbar

idbar sözünün sinonimləri (yaxın mənalı sözlər)

idbar sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 İDBAR – GÖZƏL Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi! Vaqqıldama bayquş kimi idbar, dilənçi! (M.Ə.Sabir); Özünüz gözəl və göyçəksiniz (C.Əmirov). İDBAR – İQBAL Sübh söndü şəb ki, xəlqə qəbilə idi bir çıraq; Gecəki iqbalı gör, gündüzdəki idbarə bax! (M.P.Vaqif).

    Azərbaycan dilinin antonimlər lüğəti / idbar

idbar sözünün rus dilinə tərcüməsi

idbar sözünün inglis dilinə tərcüməsi

idbar sözünün fransız dilinə tərcüməsi

idbar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] 1. прил. кӀвечӀи, иер тушир, кифир, эйбежер; 2. сущ. клас. бахтсузвал, татугайвал, кьисметди (бахтуни) ччин элкъуьрун, татугун.

    Azərbaycanca-ləzgicə lüğəti / idbar

idbar sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) talesizlik, bəxtsizlik; 2) geri çəkilmə; 3) m. çirkin, kifir; 4) m. pinti; 5) m. eybəcər, gülünc.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"idbar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#idbar nədir? #idbar sözünün mənası #idbar nə deməkdir? #idbar sözünün izahı #idbar sözünün yazılışı #idbar necə yazılır? #idbar sözünün düzgün yazılışı #idbar leksik mənası #idbar sözünün sinonimi #idbar sözünün yaxın mənalı sözlər #idbar sözünün əks mənası #idbar sözünün etimologiyası #idbar sözünün orfoqrafiyası #idbar rusca #idbar inglisça #idbar fransızca #idbar sözünün istifadəsi #sözlük