* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Hər hansı bir iş (dövləti, elmi, ictimai, ticarət, təsərrüfat və s.) sahəsinə baxan, müəyyən ştatı, müdiriyyəti olan təşkilat. Dövlət idarələri. Elmi tədqiqat idarəsi. Mərkəzi statistika idarəsi. İctimai idarələr. Sığorta idarəsi. – Mehriban zavod idarəsinin uzun, işıqlı dəhlizi ilə gedib sola döndü. H.Seyidbəyli. Rüstəm kişi paltosunun ətəyini yellədə-yellədə özünü maarif idarəsindən çölə atdı. M.İbrahimov. // Həmin təşkilatın və ya orqanın yerləşdiyi bina. İdarə saat 9-da açılır. İdarəyə getmək. İdarədə bu gün növbətçi kimdir? – Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçulardan gündə biri idarə bağlandıqdan sonra qalıb, təcili məktubları, teleqramları qəbul edərdi. Ə.Haqverdiyev. Ağayar donquldana-donquldana idarədən çıxanda, əvvəl raykoma getmək istədi. Ə.Əbülhəsən. 2. Rəhbərlik etmə, rəhbərlik, başçılıq. □ İdarə heyəti – hər hansı bir idarənin, təşkilatın və s.-nin başında duran seçkili orqan. Azərittifaqın idarə heyəti. – Qulu iki dəfə döşünü qabardıb idarə heyəti adından [İmi ilə Cimiyə] irad tutdu. İ.Əfəndiyev. Həmin gün Səməd idarə heyətinin iclasını çağırmışdı. İ.Hüseynov. İdarə etmək – 1) rəhbərlik etmək, başçılıq etmək, dolandırmaq. Dövləti idarə etmək. Ölkəni idarə etmək. Təsərrüfatı idarə etmək. // Müdirlik etmək, rəislik etmək, bir idarənin başçısı olmaq. İnstitutu idarə etmək. – Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy” adı ilə məşhur idi. Ə.Haqverdiyev. Toy gecələrini idarə edənə sərpayı deyərdilər. H.Sarabski; 2) dirijorluq etmək. Orkestri idarə etmək. Xoru idarə etmək; 3) hər hansı vasitələrdən, mexanizmlərdən, cihazlardan və s.-dən istifadə edərək, bir şeyin işini, hərəkətini nizama salmaq, müəyyən tərəfə yönəltmək, istiqamətləndirmək. Parovozu idarə etmək. Avtomatı idarə etmək. Gəmini idarə etmək. Ekskavatoru idarə etmək. – Qazıma zamanı buruğu və qazıma prosesini mütəxəssis qazıma ustası idarə edir. S.Quliyev; 4) yetmək, çatmaq, kifayət etmək, dolandıra bilmək, ödəmək. Ailəsini güclə idarə edir. Bu vəsait tələbatı idarə etməyəcək. 3. Qrammatikada: tabeedici sözün tələbinə görə tabe sözün müəyyən hallara düşüb dəyişməsi. İdarə əlaqəsi.
Azərbaycan dilinin izahlı lüğəti / idarə2 ə. 1) rəhbərlik etmə; 2) ictimai və ya dövlət işlərinə rəhbərlik edən orqan; 3) kontor; 4) üsul, quruluş. İdarei-inzibatiyyə inzibati idarə; idarei-müstəbidə mütləqiyyət, istibdad ibarəsi (bir şəxsin dövləti təkbaşına idarə etməsi); idarei-nəşriyyat nəşriyyat idarəsi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / idarə3 -Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır
Terminlər lüğəti / idarə4 1) müəssisə, təşkilat; 2) müəssisənin, təşkilatın yerləşdiyi bina; 3) dövlət idarəetmə, dövlət hakimiyyəti orqanı; 4) xidmətlər sahəsində, mənəvi informasiya məhsulunun istehsalında təsərrüfat, sosial-mədəni fəaliyyəti həyata keçirən təşkilat; 5) hər hansı bir iş, fəaliyyət sahəsinə (dövləti, elmi, ictimai, ticarət, təsərrüfat və s.) baxan, müəyyən struktura malik personalı, ştatı, müdiriyyəti olan təşkilat; 6) Azərbaycan Respublikasında dövlət idarələri və ictimai idarələr fəaliyyət göstərir. İdarə hüquqi şəxs hesab olunmur. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / idarə2 I сущ. 1. управление: 1) деятельность по руководству кем-л., чем-л., руководство кем-л., чем-л. Nəqliyyatın idarəsi (idarə olunması) управление транспортом, dövlətin idarəsi (idarə olunması) управление государством 2) деятельность органов государственной власти. Dövlət idarə orqanları органы государственного управления 3) административное учреждение или отдел учреждения. Mərkəzi idarə центральное управление, tikinti-quraşdırma idarəsi строительно-монтажное управление, dəmir yolu idarəsi управление железной дороги, idarənin rəisi начальник управления, idarəyə rəhbərlik etmək руководить управлением 4) здание, помещение, в котором находится управление. İdarənin ünvanı адрес управления 5) совокупность, система приборов, приспособлений, посредством которых осуществляется управление. Avtomatik idarə автоматическое управление, эл.-тех. idarə bloku блок управления, idarə sistemi система управления, idarə dövrəsi цепь управления 6) лингв. синтаксическая связь, при которой одно слово обусловливает употребление другого слова в определенном падеже. Feli idarə глагольное управление, hal forması idarəsi управление падежной формой 2. учреждение (организация, ведающая какой-л. областью управления, хозяйства, торговли и т.п.). Dövlət idarələri государственные учреждения, elmi idarələr научные учреждения, inzibati idarələr административные учреждения 3. ведомство (отрасль государственного управления и система обслуживающих её учреждений). Hərbi idarələr военные ведомства II прил. 1. управленческий. İdarə heyəti управленческий аппарат, idarə xərcləri управленческие расходы 2. учрежденческий. İdarə planı учрежденческий план, idarə işləri учрежденческие работы 3. ведомственный. İdarə evi ведомственный дом, idarə arxivi ведомственный архив; idarə etmək управлять: 1. руководить работой, деятельностью кого-л., чего-л. Təsərrüfatı idarə etmək управлять хозяйством, zavodu idarə etmək управлять заводом 2. регулировать ход, движение чего-л. при помощи специальных приспособлений. Maşını idarə etmək управлять машиной, gəmini idarə etmək управлять кораблем 3. лингв. обусловливать употребление слова в определенной падежной форме; özünü idarə etmək управлять собой
Azərbaycanca-rusca lüğət / idarə1 I. i. 1. office; nəşriyyat ~si publishing office; 2. institution, establishment; dövlət ~ləri state institutions; ~ etmək 1) (rəhbərlik etmək) to govern (d.); (ölkəyə) to rule (d. over); 2) (müəssisəyə və s.) to control (d.), to run (d.); 3) (maşını) to operate (d.); 4) (avtomobil) to drive* (d.); 5) (orkestri) to conduct (d.); 3. qram. qovernment II. s. management (attr.), administrative, managerial; ~ xərcləri administrative / management expenses; ~ heyəti administrative personnel, managerial staff
Azərbaycanca-ingiliscə lüğət / idarə1 is. administration f, gouvernement m ; institution f ; organisation f
Azərbaycanca-fransızca lüğət / idarə1 [ər.] сущ. 1. идара; 2. регьбервал авун, регьбервал, чӀехивал; idarə etmək идара авун а) регьбервал авун, чӀехивал авун, кьиле акъвазун (са майишатдин, девлетдин ва мс.); б) дирижёрвал авун (мес. оркестрдиз, хордиз); в) жуьреба-жуьре машинар, механизмар ва мс. гьерекатдиз гъун ва я абурун гьерекат къайдадик кутун; идара авун (мес. кран); гьалун (мес. трактор, гими); г) бес хьун, агакьун, акъакьун; акъакьариз хьун, хуьз хьун (мес. хзан); 3. грам. табийрун, вичелай аслу авун, дегишун (са гафуни маса гаф).
Azərbaycanca-ləzgicə lüğəti / idarə