* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər] 1. Bütün nöqtələri mərkəz nöqtədən bərabər uzaqlıqda olan qapalı, əyri həndəsi fiqur; çevrə. Dairə cızmaq. Dairə xətti. 2. riyaz. Həmin çevrənin daxilində qalan yuvarlaq səth. Dairənin səthi. // Həmin şəkildə olan sahə, səth və s. Dairə şəklində balaca bostanın dövrəsini bürümüş gül-çiçək elə uzaqdan da qızarışırdı. M.Hüseyn. □ Dairə salmaq – dairə şəkli almaq, girdələnmək. Ay dairə salıb. Dairə vurmaq – 1) dairə şəklində yığılmaq, düzülmək, dövrə vurmaq; 2) məc. az rəqs etmək, oynamaq. 3. Respublika, rayon, şəhər və b. sözlərdən sonra gələrək, həmin inzibati bölgünün bütün sahəsi mənasında işlənir. Respublika dairəsində. Rayon dairəsində. Şəhər dairəsindən çıxmaq. 4. Bir şeyin yayıldığı və təsir etdiyi sahə. Nüfuz dairəsi. – Dənizdən əsən soyuq dekabr küləyi alovu üfürdükcə yanğının dairəsi genişlənirdi. M.Hüseyn. Parovozlar isə təhlükəli dairədən qatarları çəkərək uzağa apardılar. Ə.Sadıq. // məc. Hüdud, çərçivə. Özünə verilən tapşırıq və səlahiyyət dairəsində ondan iş tələb etməliyik. M.S.Ordubadi. 5. Mühit, fəaliyyət sahəsi. Bizim əqidəmizə görə, müəllimin ürəyində atəş olsa, bu maneələrin çoxuna qalib gələ bilər və öz dairəsində əvvəlinci şəxs ola bilər. F.Köçərli. 6. Dövlət sahəsinin inzibati, siyasi, təsərrüfat, hərbi və s. nöqteyi-nəzərindən bölgüsü. Seçki dairəsi. Hərbi dairə. 7. tar. 1917-ci il inqilabından qabaq və inqilabın ilk illərində inzibati-ərazi bölgüsü; rayon. Bu şəxs Ağdam dairəsində olur. Ə.Haqverdiyev. Balaxanı-Sabunçu dairəsindəki dəmiryol qatarı yenə adəti üzrə yubanmışdı. M.S.Ordubadi. 8. tar. Bəzi idarələrin adı. Məhkəmə dairəsi. Gömrük dairəsi. – Şəhərin əyan və nücəbası, sərkərdələr və yüksək vəzifədə olanlar dəstə-dəstə hökumət dairəsinə gəlib Sultan Toğrulu salamladılar… M.S.Ordubadi. 9. Girdə şəkildə olan şeylərin ətrafı. Ayın dairəsi. Quyunun dairəsi. 10. məc. Yalnız cəm şəklində – hər hansı bir ictimai, ya həmkarlar qrupu, mühiti. Ədəbi dairələr. Ziyalı dairələri. 11. tib. Orqanizmin ayrıca hissəsi, bədənin hər hansı bir nahiyəsi. Ürək dairəsində ağrı. Döş dairəsi.
Azərbaycan dilinin izahlı lüğəti / dairə2 1) bütün nöqtələri mərkəzindən eyni məsafədə olan qapalı əyri xətt; 2) həmin xəttin içərisində qalan yuvarlaq yer; sahə; 3) binanın bölündüyü hissələrdən hər biri; 4) dövlət idarəsi, şəhər idarəsi; 5) rayon, region; 6) böyük ev, bina; 7) qaval, dəf; 8) m. çərçivə, hədd, hüdud. Dairei-istiva ekvator; dairei-qütbi qütb dairəsi; dairei-nisfünnəhar meridian; dairei-üfüqi üfüq dairəsi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dairə1 Ərəb mənşəli hesab edirlər. Məncə, dəyirmi sözünün ərəb tələffüzünə uyğunlaşdırılmış formasıdır və türk mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dairə2 сущ. 1. круг (часть плоскости, ограниченная окружностью). Dairənin mərkəzi центр круга, dairə xətti линия круга, dairənin kvadraturası квадратура круга 2. окружность (замкнутая кривая, все точки которой равно удалены от центра). Dairə (çevrə) çəkmək начертить окружность 3. диск. Günəşin dairəsi диск Солнца 4. округ: 1) истор. административно-политическое и т.п. подразделение государственной территории. Evenk milli dairəsi Эвенкийский национальный округ; seçki dairəsi избирательный округ 2) военное подразделение государственной территории. Hərbi dairə военный округ, Bakı hava hücumundan müdafiə dairəsi Бакинский Округ противовоздушной обороны (ПВО) 5. предел, границы, рамки чего-л. Dairəsində nə, nəyin в пределах чего, geniş dairədə в широких пределах, nəzakət dairəsində в пределах (рамках) приличия 6. сфера (область какой-л. деятельности). Xidmət dairəsini genişləndirmək расширять сферу обслуживания 7. разг. бубен 8. геогр., астр. широта. Coğrafi en dairəsi географическая широта 9. во мн. ч. круги (общественные, профессиональные группировки людей). İşgüzar dairələr деловые круги, hakim dairələr правящие круги, rəsmi dairələr официальные круги, ədəbi dairələr литературные круги II прил. 1. круговой. мат. Dairə seqmenti круговой сегмент, dairə sektoru круговой сектор 2. окружной. Dairə seçki komissiyası окружная избирательная комиссия
Azərbaycanca-rusca lüğət / dairə1 I. i. 1. circumference; circle; ~ yerin ~si the earth’s circumference; siyasi ~lərdə in political circles; rəsmi ~lər official circles / quarters; rəhbər ~lər the ruling circles; inhisarçı ~lər the monopolist circles; ailə ~sində in the family circle; ~nin sahəsi riyaz. area of a circle; beş kilometr ~sində five kilometres round, within a radius of five kilometres; 2. sphere; təsir ~si sphere of influence II. s.: ~ seçki komissiyası district electoral committee
Azərbaycanca-ingiliscə lüğət / dairə1 is. cercle m, circonférence f, milieu m, sphère f ; təsir ~si sphère f d’influence
Azərbaycanca-fransızca lüğət / dairə1 [ər.] сущ. 1. элкъвей цӀар (вири нукьтаяр юкьван нукьтадилай сад хьтин яргъивиле авай кьил-кьилик хкӀур цӀар, гедев цӀар); dairə cızmaq элкъвей цӀар чӀугун; 2. мат. круг (площаддин элкъвей цӀарцӀе авай пай); 3. элкъвер (са республикадин, райондин, шегьердин ва мс. элкъвез-элкъвез вири чка, чил манада); şəhər dairəsindən çıxmaq шегьердай (шегьердин элкъвердай) къерехдихъ экъечӀун; 4. са затӀунин чкӀидай, са затӀуни таъсир (эсер) ийидай кьван чка (мес. цӀун ва мс.); // пер. часпар; 5. кӀвалах тухудай са хел, са чка, шартӀар; 6. округ; 7. ист. бязи идарайрин тӀвар (мес. суддин, таможнидин ва мс.); məhkəmə dairəsi суддин идара; 8. гедев затӀарин элкъвер (мес. вацран, фурун ва мс.); ayın dairəsi вацран элкъвер; 9. гз. пер. чпин фикирар ва метлебар сад тир ва я чеб са кар авун патал тешкил хьанвай ксарин группа, кӀватӀал; 10. мед. организмдин чарадаказ са пай, бедендин гьи хьайитӀани са чка; döş dairəsi хур.
Azərbaycanca-ləzgicə lüğəti / dairə