* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər] 1. Uzunmüddətli, uzun müddət üçün olan, müvəqqəti olmayan, sürəkli. Qatarların daimi cədvəli. Daimi iş. Daimi körpü. – Mədəniyyət uğrunda çalışmaq birgünlük, biraylıq kampaniya deyil, daimi işdir. Ə.Sadıq. // Əbədi, ölməz, həmişəlik, yoxolmaz, məhvolmaz. Daimi deyilik nə siz, nə də mən; Bizdən bu dünyada hünər qalacaq. S.Vurğun. 2. Həmişəlik, əbədi, sabit, möhkəm, dəyişməz. Xalqlar arasında daimi sülh və əmniyyət. 3. Ardıcıl, arası kəsilməyən, arasıkəsilməz, həmişə davam edən və ya etdirilən. Daimi məşq. □ Daimi cərəyan elektr. – həmişə eyni istiqamətdə nəql olunan cərəyan. Daimi kapital iqt. – kapitalın istehsal vasitələrinə (xammal, köməkçi materiallar, əmək vasitələri) çevrilən və istehsal prosesində dəyəri dəyişməz (sabit) qalan hissəsi. Daimi kəmiyyət riyaz. – dəyişən kəmiyyətdən fərqli olaraq, ancaq bir qiyməti olan kəmiyyət. Daimi ordu (qoşun) – sülh dövründə saxlanılan ordu (qoşun).
Azərbaycan dilinin izahlı lüğəti / daimi2 DAİMİ Daimi deyilik, nə siz, nə də mən (S.Vurğun); BAQİ Lakin yenə həmişəki kimi öz fikrində baqi qaldı (Çəmənzəminli); HƏMİŞƏLİK [Qəmər:] Mən burada həmişəlik doktor işləməyəcəyəm (S.Rəhman); ƏBƏDİ (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / daimi1 DAİMİ – MÜVƏQQƏTİ Yalan müvəqqətidir, doğruluqsa daimidir (S.Rüstəm).
Azərbaycan dilinin antonimlər lüğəti / daimi2 прил. 1. постоянный. Daimi bitərəflik постоянный нейтралитет, daimi nümayəndəlik постоянное представительство, daimi iş постоянная работа, мед. daimi çəpgözlük постоянное косоглазие, daimi tövşümə постоянная одышка, daimi protez постоянный протез, физ. daimi cazibə постоянное тяготение, daimi maqnit постоянный магнит, daimi maqnetizm постоянный магнетизм, daimi otlaqlar с.-х. постоянные пастбища, daimi codlug хим. постоянная жесткость; daimi kapital экон. постоянный капитал, daimi kəmiyyət мат. постоянная величина 2. вечный. Daimi qar zonası зона вечных снегов, daimi donuşluq вечная мерзлота 3. хронический. Daimi bronxit мед. хронический бронхит 4. стационарный. Daimi kitabxana библ. стационарная библиотека 5. непробудный. Daimi sərxoşluq непробудное пьянство
Azərbaycanca-rusca lüğət / daimi1 s. 1. constant, permanent; ~ müşahidə constant observation; ~ küləklər constant winds; ~ ünvan permanent address; ~ məkan permanent residence; 2. regular, standing; ~ müştərilər regular customers; ~ ordu hərb. regular / standing army; ~ cərəyan fiz. direct / continuous current
Azərbaycanca-ingiliscə lüğət / daimi1 sif. constant, -e, permanent, -e, habituel, -le, continu, -e ; ~ cərəyan courant m continu
Azərbaycanca-fransızca lüğət / daimi1 [ər.] прил. 1. даими, вахтуналди тушир, гьамишан; daimi iş даими кӀвалах; 2. мидаим, эбеди.
Azərbaycanca-ləzgicə lüğəti / daimi