* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf [ər.] Həmişə, hər vaxt, müttəsil, arasıkəsilmədən. Daim işləmək. Daim artmaq. Daim oxumaq. – Sordum ki, rəqib ilə oturmaq nədir, ey şux? Güldü, dedi: gül daim olur xar yanında. S.Ə.Şirvani. Könül bir quşdur ki, sevməz əsarət; Daim çırpınır, istəyir hürriyyət. A.Səhhət. Dünyada istedad, hər böyük hünər; Daima vərdişlə inkişaf edər. A.Şaiq. Çünki bəşər daima uçduqca uçmaq istər; Hər gün yeni və məchul bir qapı açmaq istər. M.Müşfiq.
Azərbaycan dilinin izahlı lüğəti / daim2 DAİM(A) ə. 1) davam edən, arası kəsilməyən; 2) həmişə, daim.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / daim1 нареч. всегда, постоянно, всё время. Daim nəzarət altında olmaq постоянно находиться под контролем, daim diqqətini cəlb etmək kimin постоянно привлекать чьё внимание, daim qayğı göstərmək kimə, nəyə постоянно заботиться о ком-л., чём-л., daim məşğul olmaq nə ilə постоянно заниматься чем, daim təkmilləşdirmək постоянно совершенствовать что, kitab fondunu daim zənginləşdirmək постоянно пополнять книжный фонд, öz dünyagörüşünü daim genişləndirmək постоянно расширять свой кругозор, daim eyni şeyi təkrar etmək все время твердить одно и то же, qəhrəmanların xatirəsi daim qəlbimizdə yaşayacaqdır память о героях всегда будет жить в наших сердцах, daim yadda saxlamaq kimi, nəyi всегда помнить кого, что
Azərbaycanca-rusca lüğət / daim1 z. always, at all times, constantly, continually; Günəş daim şərqdən çıxır The sun always rises in the east
Azərbaycanca-ingiliscə lüğət / daim1 zərf. toujours, de tout temps, constamment, régulièrement, éternellement
Azərbaycanca-fransızca lüğət / daim