* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2010 | •••••••••••••••••••• | 0.36 |
2013 | ••••••••• | 0.15 |
1 sif. [ər.] Hər hansı bir baxımdan edilməsinə, görülməsinə, işlənməsinə icazə verilən; icazəli, rüsxətli, ən münasib, ən uyğun. [Xacə] fikir etdi ki, qibleyi-aləmin sualında həqiqəti gizlətmək caiz deyil. M.F.Axundzadə. [Əbülhəsənbəy:] Eşq, məhəbbət məktubunu gündüz yazmaq caiz deyil! – dedim, – onu gecə saat birdən sonraya buraxmalısan. M.S.Ordubadi. [Səfi bəy:] Həcər xanım, düşmənin ailəsinə mərhəmət etmək caizmidir? S.S.Axundov. □ Təbir caizsə, təbir caiz görülsə köhn. – əgər belə demək olarsa. Təbir caiz görülsə, demək olar ki, Hacı Aslan bu küçənin can damarı misalında idi. S.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti1 разрешимый, допустимый, дозволенный, невозбраняемый
Azərbaycanca-rusca lüğət2 I прил. устар. 1. разрешимый, дозволенный, невозбраняемый 2. допустимый. мат. caiz koordinatlar допустимые координаты, caiz çevirmə допустимое преобразование; caiz olmaq разрешаться, допускаться, дозволяться, не возбраняться II предик. caizdir nə разрешается, допускается (допустимо), дозволяется, не возбраняется что; caiz deyil не разрешается, не допускается, не дозволяется; не следует. Həqiqəti gizlətmək caiz deyil не следует скрывать истину (правду) ◊ təbir caizsə, təbir caiz görülsə если можно так выразиться
Azərbaycanca-rusca lüğət1 s. allowable; solvable, permissible; possible; Təbir cayizdirsə... If one may put it that way...
Azərbaycanca-ingiliscə lüğət1 sif. soluble, permis, -e ; possible ; təbir cayiz görülsə. . . si on peut le dire. .
Azərbaycanca-fransızca lüğət1 [ər.] прил. ижаза ганвай, ижаза авай, рухсат авай, кутугай; меслят тир.
Azərbaycanca-ləzgicə lüğəti\ – icra edilməsində dini hökmlərə əks olmayan, günah olmayan şeylər. Hər hansı bir şeyin, yaxud hərəkətin caiz olması islam dinində ilk növbədə Quranla, sonra hədislərlə, sonra isə müsəlman fəqihlərinin rəylərinə əsasən müəyyən olunur. Caiz sözü dilimizdə daha çox islam fəlsəfəsi mətnlərində işlədilir. Kəlmənin kökündə olan cəzə \ felindən dilimizdə geniş yayılan icazə sözü də əmələ gəlmişdir. Ərəb dilində icazə sözü-nün feli IV babda əcəzə felidir. İcazə sözü onun məsdəridir. Ərəbcədə müənnəs qadın cinsini bildirən -ətun şəkilçisi dilimizə qısa ə olaraq keçmişdir \.
Fəlsəfə terminlərinin izahlı lüğətiə. bax cayiz.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti