* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] 1. Əlindən iş gəlməyən, bacarıqsız, zəif. Aciz uşaq. Aciz adam. O çox aciz adamdır. – Bizim söhbətimizə gəldikdə, tələbə Əbdülhəsənzadə Xəlil, necə ki axırda məlum oldu, heç də aciz deyilmiş. C.Məmmədquluzadə. // Nə edəcəyini bilməyən, çaşıb qalmış. Mən bu işdə acizəm. – [Hacı Kərim:] Mən ki zərgərəm, yövmiyyə xərcimdən ötrü acizəm. M.F.Axundzadə. □ Aciz etmək – iqtidarsız etmək, bacarmaz hala gətirmək, son dərəcə zəif salmaq. Xəstəlik onu lap aciz edib. Aciz qalmaq, aciz olmaq – bir iş görmək iqtidarından məhrum olmaq, bacarmamaq. Olsun aləmlərə hökmün nafiz; Qalsın əmrində təbiət aciz. A.Səhhət. Murovlar, pristavlar, naçalniklər, hətta qubernatorun özü onun [Əbdülkərimin] əlində aciz qalıb, öhdəsindən gələ bilmirdilər. Ə.Haqverdiyev. [Yusif:] Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hər cür oyun çıxarır, amma bu balacalıqda qızın əlində aciz qalmışam. S.S.Axundov. Çox zaman qəşəng söz deməyi bacaran adamlar çətin hallarda qəhrəmanlıq göstərməkdən aciz olurlar. M.Hüseyn. 2. Cəsarətsiz, qətiyyətsiz, qorxaq. Aciz adam. // İs. mənasında. [Heydər bəy:] Əlbəttə, acizləri həmişə tuturlar. Malını alıb tənbih edirlər. M.F.Axundzadə. // Yazıq, fağır, məzlum, əlsiz-ayaqsız. [Fəxrəddin:] İlan insanları ehtiyatsızlığa sövq etmək üçün özünü aciz göstərir. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / aciz2 ə. əlindən iş gəlməyən, fağır.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / aciz1 ACİZ – BACARIQLI Mən ki zərgərəm, yövmiyyə xərcindən ötrü acizəm (M.F.Axundzadə); Güləbətin hələ evlərində olanda Səlim xanımın bacarıqlı bir dəllala ərə getdiyini eşitmişdi (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / aciz2 I прил. 1. беспомощный, слабый, бессильный. Aciz uşaq беспомощный ребёнок 2. неспособный, неумелый. Aciz rəhbər неумелый руководитель 3. несмелый, нерешительный. Aciz adam несмелый человек, aciz hərəkətlər нерешительные действия 4. жалкий, униженный, безответный. O çox aciz görünürdü он выглядел очень жалким, Allahın aciz bəndəsi безответное существо, aciz yetim жалкий сирота II в знач. сущ. 1. слабый, беспомощный; aciz qalmaq nəyin qarşısında не находить выхода из чего; aciz olmaq: 1. быть беспомощным, неспособным к чему-л.; 2. быть несмелым, нерешительным; aciz etmək kimi делать, сделать беспомощным, бессильным кого ◊ acizin qənimi молодец против овец …
Azərbaycanca-rusca lüğət / aciz1 I. s. 1. helpless, humble; aciz uşaq a helpless child; aciz olmaq to be* helpless; 2. (gücsüz, küt) feeble; impotent, effete; 3. (yazıq) pitiful II. z. helplessly; pitifully; impotently
Azərbaycanca-ingiliscə lüğət / aciz1 sif. impuissant, -e ; inoffensi//f, -ve ; faible ; mal assuré, -e
Azərbaycanca-fransızca lüğət / aciz1 [ər.] прил. 1. ажуз, гъиляй кар текъвер, кар алакь тийир, зайиф; aciz adam ажуз кас; 2. кичӀе, рикӀ ажуз; тӀува къведай, язух, фагъир, мазлум.
Azərbaycanca-ləzgicə lüğəti / aciz