* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Hirs, hiddət, qeyz, qəzəb. Acığın cana ziyanı var. (Ata. sözü). [Əziz bəy:] Bir güzgüyə bax, gör gözlərin acığından qan çanağına dönübdür. M.F.Axundzadə. İçərimdə zəhərli ilan kimi bir acıq və kin qıvrılırdı. M.İbrahimov. Cəmil … güləndə acığından Tahirin əlləri titrəməyə başladı. M.Hüseyn. □ Acığa düşmək – tərslik etmək, inad etmək. Nəsrəddin bu hadisələrdən acığa düşdü. M.S.Ordubadi. Acığa salmaq – öz hərəkəti, ya sözü ilə birisinin tərslik etməsinə, inad etməsinə səbəb olmaq. Acığı soyumaq (yatmaq) – hiddəti keçmək, qəzəbi keçmək, sakitləşmək. Qaraca qız anladı ki, ağıllı köpək onu bir tövr ölümdən qurtarmışdır. Ona görə də dərhal acığı yatdı və qara köpəyin başını sığallayıb onu əzizlədi. S.S.Axundov. Acığı tutmaq – hirslənmək, hiddətlənmək, qəzəblənmək. Uşaqlar içində düşər gülüşmək; Sənin də acığın tutar, ağlarsan. M.V.Vidadi. Bilmədim kimə acığım tutsun və kimin üstünə hirslənim. C.Məmmədquluzadə. Qaraca qız … düşünürdü: – Mən Ağca xanıma nə etdim ki, anasının mənə acığı tutdu. S.S.Axundov. [Qulunun] bütün məzlum, zavallı görkəmi Surxayda təzadlı bir duyğu oyandırdı: bir yandan ona yazığı gələrdi, ürəyi yanardı, o biri yandan da acığı tutardı. M.İbrahimov. Acığı(na) gəlmək – xoşlamamaq, xoşlanmamaq, xoşuna gəlməmək. [Qənbərqulu:] …Mən özüm əslində az danışan adamam, heç çox danışmağı sevmirəm və çox danışan adamlardan da acığım gəlir. B.Talıblı. Daha artıq böyüdükcə, onun [Azadın] bu xasiyyəti mənim acığıma gəlməyə başlayırdı. M.İbrahimov. Həbib fikirləşdikcə özündən acığı gəlirdi. Ə.Vəliyev. Acığını basmaq (yemək) – özünü saxlamaq, hiddətini yatırmaq. Acığını çıxarmaq – heyfini almaq, əvəzini çıxmaq. İndi Molla Kərim orucluğun və məhərrəmliyin də acığını çıxarmaq istəyirdi. B.Talıblı. Acığını tutdurmaq – hirsləndirmək, acıqlandırmaq. Yay girəndə Səmədin dəliliyi şiddətlənirdi. Görürdün, yol gedəndə gözləri çanağından çıxıb oynayır, … acığını tutduranı döyməmiş olmurdu. Çəmənzəminli. Acıq almaq – intiqam almaq, əvəzini çıxarmaq, heyfini almaq. Acıq çəkmək – arzu edilməyən, xoşa getməyən səbəblər üzündən hirslənmək, acıqlanmaq, daxili iztirab çəkmək. Acıq çıxartmaq (çıxmaq) – bax acıq almaq. Acıq eləmək – küsmək, inciyib getmək. Acıq vermək – birini acıqlandırmaq, birisinin acıq çəkməsinə səbəb olmaq. [Topçular:] – Boşa gedəcək, nə qədər atsanız boşa gedəcək! – deyə uzaqdanuzağa düşmənə acıq verirdilər. Ə.Əbülhəsən. – [Ağca xanım] pərdəni salmaq, sakitcə evə girməklə Zoyaya acıq vermək, “yandırmaq” istəyirdi. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / acıq2 ACIQ (nəyəsə qarşı oyanan psixi bir narahatlıq) Cəmil... güləndə acığından Tahirin əlləri titrəməyə başladı (M.Hüseyn); HİRS Məmməd bəyin qan beyninə vurdu, hirsindən titrədi... (Çəmənzəminli); QƏZƏB Mən... həya və qəzəbdən boğular kimi olub söz tapa bilmədim (M.İbrahimov); QEYZ Pası yırğalana-yırğalana qeyz və istehza ilə: – Mən neyləmişəm?! – dedi (S.Rəhimov); HİKKƏ Bu gülüş, yamanca dəydi hədəfə; Dala da baxmadı o hikkəsindən (B.Vahabzadə); KİN [Həmid] məcrasına sığmayan çay kimi, kini, hiddəti coşub-daşırdı (H.Abbaszadə); HİDDƏT (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / acıq2 сущ. 1. зло, злоба, злость, гнев. Acığını kimin üstünə tökmək срывать зло на ком, acıq onu boğurdu злоба душила его 2. досада, огорчение. Acıqdan ağlamaq плакать от огорчения ◊ acıq(-ğını) almaq kimdən мстить кому; вымещать, выместить злобу (гнев) на ком; kimə acıq vermək дразнить, озлобить кого; acıq eləmək (etmək) обидеться на кого; отстраниться от чего-л.; acıq çıxartmaq (çıxmaq) kimdən см. acıq almaq, acıq çəkmək досадовать, переживать; acığa düşmək упорствовать, упрямиться, заупрямиться; идти наперекор, делать назло, из принципа; kimi acığa salmaq злить, разозлить, озлоблять, озлобить; acığı gəlmək kimdən, nədən не терпеть, не переваривать кого, чего; acığına gəlmək kimin nə обидеться на что; acığın gəlməsin … не обижайся, но …; acığı soyumaq (yatmaq) успокоиться, перестать сердиться, гневаться; acığı tutmaq сердиться, рассердиться, гневаться, прогневаться, злиться, разозлиться; acığını basmaq (yemək) подавить гнев, злобу; acığını tutdurmaq kimin сердить, рассердить, злить, разозлить; гневить, прогневить, разгневать кого; acığımı tutdurma не зли меня; acığı tutduğundan под горячую руку; acığından zəncir çeynəmək быть вне себя от злости; acığından partlamaq лопнуть от злости; kimin acığına eləmək (etmək) сделать что-л. назло к ому
Azərbaycanca-rusca lüğət / acıq1 i. 1. anger, spite; bir kəsin acığına to spite smb.; acıqla out of / for / from spite; acıqdan yanmaq to burn with anger; bir şeydən acığı tutmaq to be* angered by smth.; 2. vexation; Mənim acığımı təsəvvür edin! Imagine my vexation; acıq çıxmaq / almaq to take* vengeance (on, for); acıq vermək to tease (d.), to excite (d.), to stir up anger; acığa düşmək to persist (in), to be* stubborn / obstinate; acığı soyumaq to calm / to quiet / to settle down; bir kəsə acığı tutmaq to be* vexed / angry / cross with smb.; Mənə acığın tutmasın Don’t be angry / cross with me; acığa salmaq to irritate; acığı gəlmək to vex (at), can’t stand (d.); Onun hərəkətindən mənim acığım gəlir His / Her conduct vexes me; özündən acığı gəlmək to be* vexed with oneself; Vaxtında gəlmədiyi üçün onun özünə acığı tutmuşdu He / She was vexed with himself / herself for not coming in time; acıqdan zəncir çeynəmək to blaze with indignation / fury, to fly* / to get* into a rage; acıqdan gözü heç nə görməmək to be* blind with rage; acıqdan partlamaq to flush with anger; acıqdan yanmaq to burn* with anger; acıqdan özünə yer tapmamaq to spite and to spurn; acıqdan dəli olmaq to get* mad with rage
Azərbaycanca-ingiliscə lüğət / acıq1 is. haine f ; mal m: méchanceté f ; colère f ; rage f ; furie f, ◊ acığını tökmək exhaler vt ; acığından ağlamaq pleurer de chagrin (d’affliction) ; ~ vermək taquiner vt ; harceler vt ; irriter, agacer qn ; ~ eləmək (etmək) vexer (se) ; offenser (s’) ; acığınız tutmasın ne vous en déplaise ; acığa düşmək obstiner (s’) ; persister vi ; entêter (s’) ; acığa salmaq fâcher vt ; faire enrager vt ; agacer vt ; mettre en colère ; irriter vt ; acığı soyumaq tranquilliser (se) ; rassurer (se) ; ~ qıcıq vermək taquiner vt ; exciter vt ; irriter vt ; tez acıqlanan colérique
Azərbaycanca-fransızca lüğət / acıq1 сущ. 1. хъел; acığı tutmaq хъел атун, хъел акатун; 2. acıqla нареч. хъиляй; къастунай, кьасухдай.
Azərbaycanca-ləzgicə lüğəti / acıq