* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••• | 6.85 |
2003 | ••••••••••••••• | 28.74 |
2004 | •••••••••••• | 23.58 |
2005 | ••••••• | 12.82 |
2006 | ••••••••••••••• | 30.18 |
2007 | •••••••• | 15.43 |
2008 | •••••••••••••••••• | 36.30 |
2009 | •••••••••••••••••••• | 38.88 |
2010 | •••••••••••••••••• | 36.13 |
2011 | •••••••••••••••• | 31.06 |
2012 | •••••••••••••••• | 31.58 |
2013 | •••••••••• | 20.13 |
2014 | ••••••••••• | 21.79 |
2015 | ••••••••• | 17.01 |
2016 | ••••••• | 12.15 |
2017 | •••••• | 11.38 |
2018 | •••••••••••••••••••• | 40.45 |
2019 | ••••••••••••••••• | 33.80 |
2020 | ••••••••••• | 20.42 |
1 is. Xalq xanəndəsi; həm oxuyan, həm çalan, həm də söz qoşan el sənətkarı. Xalq aşığı. Aşıq havaları. – Aşığın sözü qurtaranda “neylim-neylim” deyər. (Məsəl). El aşıqları incə Azərbaycan dilində xalqımızın mərdliklərini tərənnüm edən ölməz dastanlar qoşurdular. İ.Əfəndiyev. Dindir, aşıq qardaş, dindir bir sazı; Onunla gülmüşdür ömrümün yazı. Z.Xəlil.
Azərbaycan dilinin izahlı lüğəti / aşıq2 is. 1. anat. Diz qapaqlarından çıxan oynaq sümüyü. // Uşaqların aşıq-aşıq oyununda işlətdikləri həmin (adətən qoyunların diz qapağından çıxarılan) sümük. [Tükəz:] Uşaq aşıq yığan kimi bu qədər pulu yığıb nə edəcəksən? M.F.Axundzadə. Uşaq vaxtı küçədə aşıq oynayanda hərdənbir savaşırdıq. C.Məmmədquluzadə. Bozbaşı yedikdən sonra, evin uşağı kasalara göz gəzdirərək sümükdən aşıqları çıxardıb bir yerə yığardı. H.Sarabski. 2. Tağalaq, qarqara, sap sarınan balaca taxta. 3. Tüfəngin çaxmağı ilə ayağı arasındakı məsafə. ◊ Araz aşığından, Kür topuğundan – heç bir şeydən qorxusu, çəkinəcəyi olmayan, heç bir dərdi, fikri, qayğısı olmayan, kefi kök adam haqqında. [Əsgər bəy:] Əlbəttə, bizim Araz aşığımızdandır, Kür topuğumuzdan. M.F.Axundzadə. [Cənnətəli:] Mənə də Cənnətəli ağa deyərlər… Mənim Araz aşığımdandır, Kür topuğumdan… N.Vəzirov. Aşığı (maçası) alçı durmaq – bəxti gətirmək, işi rast gəlmək.
Azərbaycan dilinin izahlı lüğəti / aşıq1 Dal ayağın incik sümüyü ilə bud sümüyünü birləşdirən sümükdür, ondan oyun üçün istifadə olunur. Mənası “oynaq, hərəkət edən” deməkdir. M.Kaşğaridə arpasıs at aşımas (arpasız at qaçmaz) cümləsi var. Burada aşımaq “hərəkət etmək” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Bu sözü, bir qayda olaraq, ərəb mənşəli aşiq kəlməsi ilə bağlayırlar. Tarixdə ən böyük sevən, yəni aşiq Füzuli olub, amma ona “aşıq” deməyiblər. Bədəndəki oynaqların hamısı aşıq adlanır (heyvanın dal dizlərindəki sümüklərindən isə aşıq-aşıq oyununda istifadə edilir). Aşıq hərəkət anlayışı ilə bağlıdır, ona görə də oynaqlar “aşıq” adlanır. Saz-söz sənətkarı da ömrü boyu hərəkətdə olur: Ələsgər onu “diyar-diyar gəzən” adlandırıb. “Dədə Qorqud”da isə deyilir: “Qolça qopuz götürüb eldən-elə, bəgdən bəgə ozan gəzər”. Ozan və gəzən eyni kökə malik ola bilməzmi? Varsaq məhz varmaq (getmək, gəzmək) sözü ilə qohum deyilmi? Hər gəzən aşıq olmur, aşıq-“ağıllı və gəzən” deməkdir (ozan sözündə həm də “ağıl” mənasının olmasına məndə qətiyyən şübhə yoxdur). Türk dillərində uz (us) “ağıllı”, “yaxşı” demək olub, usta sözü də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / aşıq1 AŞIQ (sazla çalıb oxuyan, həm də söz qoşan şair) Aşıq, bu yerləri son xəbər alsan; Ayıldı dünyanın şöhrəti insan (S.Vurğun); OZAN (arx.) [Dədə Qorqud:] Ata ayağı iti, ozan dili çevik olar (Anar); YANŞAQ (arx.) Cəfər Paşa Koroğluya: Yanşaq, indi de sən özün kimsən? Kimin yanşağısan? (“Koroğlu”).
Azərbaycan dilinin sinonimlər lüğəti / aşıq1 AŞIQ I is. [ ər. ] Yaradıcılığında şairlik, nəğməkarlıq, çalğıçılıq, bədii qiraət və rəqs sənətlərini üzvi surətdə birləşdirən xalq sənətkarı. AŞIQ II is. anat. Diz qapaqlarından çıxan oynaq sümüyü. Bozbaşı yedikdən sonra evin uşaqları, kasalara göz gəzdirərək, sümükdən aşıqları çıxarıb, bir yerə yığırdı (H.Sarabski). AŞIQ III is. Uşaq oyunlarından birinin adı. Uşaq vaxtı küçədə aşıq oynayanda hərdənbir savaşardıq (C.Məmmədquluzadə).
Azərbaycan dilinin omonimlər lüğəti / aşıq1 1. ашуг, народный певец-музыкант; 2. альчик, бабка (для игры); 3. ашугский;
Azərbaycanca-rusca lüğət / aşıq2 1 I сущ. ашуг (народный певец-сказитель). Aşıq saz çalır, söz qoşur, oxuyur ашуг играет на сазе, слагает песни и поёт II прил. ашугский. Aşıq sənəti ашугское искусство, aşıq poeziyası ашугская поэзия, aşıq mahnısı ашугская песня 2 I сущ. бабка: 1. надпяточная кость, таранная кость 2. та же кость, служащая для игры II прил. 1. надпяточный, таранный. Aşıq sümüyü анат. надпяточная, таранная кость; aşıq sümüyü vərəmi туберкулёз таранной кости 2. голеностопный. Aşıq oynağı анат. голеностопный сустав ◊ Araz aşığındandır, Kür topuğundan kimin кому море по колено; aşığı alçı durur kimin везёт кому
Azərbaycanca-rusca lüğət / aşıq1 i. 1. (simli musiqi alətlərində) tuning peg 2. ashug (Caucasian folk poet and singer) 3. knuckle-bone; aşığı alçı durmaq ~ to be* very lucky, to have* great success in life
Azərbaycanca-ingiliscə lüğət / aşıq1 is. 1) achoug m (chanteur et narrateur populaire azerbaïdjanais) ; 2) anat. paturon m ; tex. poupée f ; 3) osselet m ◊ onun Araz aşığındandır Kür topuğundan il n’a peur de rien ; il ne s’en souci guère ; Onun aşığı alçı durur il a de la chance ; il a de la veine (fam.)
Azərbaycanca-fransızca lüğət / aşıq1 сущ. мазан, ашукь; el aşıqları элдин мазанар; // мазанрин, ашукьрин (мес. межлис); aşıq havaları ашукьрин макьамар.
Azərbaycanca-ləzgicə lüğəti / aşıq2 сущ. 1. анат. некшуь; mal aşığı малдин некшуь; keçi aşığı цӀегьрен некшуь, цӀех; 2. алух; еб алчукдай гъвечӀи чарх ва я кьул; 3. тфенгдин чахмахдинни кӀвачин арада авай мензил; ** Araz aşığından, Kür topuğundan пер. яц кьейитlа – як, гъел хайитlа – цlай; aşığı (maçası) alçı durmaq некшуь бег акъвазун, бахтуни гъун.
Azərbaycanca-ləzgicə lüğəti / aşıqXalq xanəndəsi, həm oxuyan, həm çalan, həm də söz qoşan saz şairi. (“Koroğlu” dastanının lüğəti) Sazın kəllə hissəsində yerləşən, simlərin bağlandığı tağalaq şəkilli detal. (“Koroğlu” dastanının lüğəti) Aşıq sazın simlərini dartıb-boşaltmaqla onların kökünün eyni səs yüksəkliyində saxlamaq vəzifəsi daşıyır. Mən bayaq sazı çalanda aşığının birini sındırmışam. Belə apara bilmərəm. Aşıq Cünun mənim atamı yandırar. (“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikası