* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Qapalı olmayan, örtülü olmayan. Açıq pəncərə. Açıq qutu. Açıq kitab. – Səhər Sona yuxudan ayılıb medalyonu açıq (z.) gördü. N.Nərimanov. // Qıfılsız, bağlı olmayan. Açıq şkaf. Açıq qapı. 2. Örtüksüz, üstü örtülü olmayan, damı olmayan. Açıq səhnə. Açıq avtomobil. Açıq kinoteatr. Açıq balkon. □ Açıq havada – qapalı bina xaricində. Yığıncaqdan sonra artistlər açıq havada konsert verdilər. S.Rüstəm. 3. Heç bir tərəfdən məhdud olmayan, geniş, vüsətli. Açıq səhra. Açıq dəniz. Açıq tarla. – Qayıq dəniz buruqlarının böyründən şütüyərək açıq dənizə çıxdı. M.Hüseyn. // Hasarı, hüdudu olmayan. Açıq həyət. Açıq meydan. 4. Sərbəst, maneəsiz, heç bir şeylə məhdud olmayan. Açıq yol. Açıq satış. Açıq müzayidə. // Zərf mənasında. [Humay] ta çocuqluqdan bəzən açıq və sərbəst olaraq böyümüşdür. H.Cavid. 5. Buludsuz, aydın, təmiz, tutqun olmayan. Açıq hava. – [Keşikçilər] açıq səmanın fonunda xırdaca qarışqalara bənzəyirdilər. İ.Şıxlı. 6. is. Açıqlıq, boşluq, meydan. Şəhərin ortasındakı açıqda bağ salınmışdır. – Qalın qara meşənin ortasındakı açığı; Buludlu göydən işıqlandırır Ayın işığı. A.Səhhət. 7. Rəngi tünd, tutqun olmayan, zəif. Açıq çay. Açıq məhlul. Açıq paltar. Açıq rəng. Açıq ton. 8. Sahibsiz, boş, heç kəs tərəfindən tutulmamış (vəzifə, yer). İdarəmizdə üç açıq yer var. □ Açıq qalmaq – boş qalmaq, tutulmamaq. 9. Müdafiəsiz, hücuma məruz qala bilən. Cəbhənin açıq yerlərinə qüvvə göndərmək. // Müdafiə edilməyən, möhkəmləndirilməyən, istehkamsız, qeyri-hərbi. Açıq liman. Açıq şəhər. 10. Çılpaq, üryan, örtüsüz. Açıq baş. Açıq döş. Açıq qol. – Qüdrətin qulağının dibindən tutmuş açıq boynuna qədər qırmızı bir zolaq uzanır. M.İbrahimov. 11. Hamı üçün sərbəst olan, gizli olmayan. Açıq iclas. – Sən amansız olmalısan, – deyə Əlyarov əlinin hərəkəti ilə sözünün təsirini gücləndirmək istədi, – onların hamısını açıq məhkəmə eləmək lazımdır. M.Hüseyn. 12. Səmimiyyət ifadə edən, səmimi. Açıq adam. Açıq söhbət. Açıq ürək. // Zərf mənasında. Heç bir şeyi gizlətmədən, heç bir şeydən çəkinmədən. [Fərhad:] Siz mənimlə açıq danışın; mən də sizin kimi bir adamam; nə qədər açıq danışsanız, bir elə mən sizdən razı olaram. Ə.Haqverdiyev. [Gəldiyev] Verdiyevin söhbətə ayrı rəng verdiyini görüb açıq danışa bilmədi. Mir Cəlal. □ Açıq adam – gülərüzlü, safqəlbli. Açıq olmaq – səmimi olmaq, fikrini gizlətməmək. Açıq ürəklə – səmimiyyətlə, sədaqətlə. [Dilaranın anası] buna görə də qızını yola salarkən, açıq ürəklə Həsəni evə gətirməyi ona tapşırırdı. M.İbrahimov. Arası açıq olmaq – yaxın olmaq, aralarında rəsmi münasibət olmamaq. Onunla aramız açıqdır. – Saday onu yaxşı tanısa da, araları bir o qədər açıq deyildir. M.Hüseyn. 13. Aşkar, bəlli, aydın, heç bir şeylə gizlədilə bilməyən; şübhəsiz. Açıq düşmənçilik. Açıq ədavət. Açıq mübarizə. Açıq yalan. 14. məc. Aydın anlaşılan, məntiqli. Açıq fikir. Açıq ifadə. Açıq sübut. – [Sabirin] yazdığı şeirlərin çoxu açıq və sadə ana dilində olub məişətimizin eynini göstərməyə görə əzbər öyrənilirdi. F.Köçərli. // Qabaqcıl, mütərəqqi. Tələbələrdən Qurban Mərəndi adlı birisi öz açıq fikirləri və cəsarətli hərəkətləri ilə Firidunun diqqətini cəlb etmişdi. M.İbrahimov. ◊ Açıq əl məc. – səxavət, comərdlik. Açıq gözlə baxmaq (etmək, getmək və b.k.) – məqsədi, vəzifəni başa düşərək, aydın anlayaraq; şüurlu surətdə. [Zaman:] O da istəməzmi ki, açıq gözü ilə dünya işığına baxsın? Ə.Haqverdiyev. Açıq qapı – qonaqpərəstlik, mehmannəvazlıq, müsafirpərəstlik mənasında. Hacı Kamyabın qapısı hər gələn üçün açıq idi. Ə.Haqverdiyev. Açıq qapı günü – ali məktəbə, işə girmək istəyənlərin məktəb və sənaye müəssisəsi ilə tanış olmaları üçün ayrılan gün. Açıq məktub – 1) poçt kartoçkası; 2) birisinə xitabən qəzet və ya məcmuədə dərc edilən məktub və s. Açıq seçki – açıq səsvermə üsulu ilə keçirilən seçki. Açıq səsvermə – gizli olmayıb, adətən əl qaldırmaqla səsvermə üsulu. Açıq sifət – qəmgin olmayan, şad mənasında. Açıq tamaşa – hər kəsin gələ biləcəyi tamaşa; biletsiz, müftə tamaşa. Açıq yara – hələ sağalmamış yara.
Azərbaycan dilinin izahlı lüğəti / açıq2 Mürəkkəb rəng adlarının qabağına gətirilərək, onların tünd, qəliz olmadığını, açığa çaldığını göstərir; məs.: açıq-abı, açıqbənövşəyi, açıq-qırmızı, açıq-sarı, açıqçəhrayı, açıq-yaşıl və s.
Azərbaycan dilinin izahlı lüğəti / açıq3 sif. 1. mal. □ Açıq bazar – tədavüldə olan pul kütləsinə və kreditlərin həcminə təsir məqsədi ilə mərkəzi bank tərəfindən qiymətli kağızların alışı və satışı əməliy-yatları. Bir qayda olaraq açıq bazar qısamüddətli, hərdən də orta və uzunmüddətlı hökumət qiymətli kağızları ilə aparılır. 2. sos. □ Açıq cəmiyyət - dinamik sosial strukturlu cəmiyyət. Müxtəlif təsnifatlandırmalarda cəmiyyət tiplərindən biri. «Açıq cəmiyyət» anlayışı ingilis filosofu Karl Paumind Popperin (1902-1994) fəlsəfi irisinin məhsulu kimi totalitar cəmiyyət anlayışına antiteza olaraq irəli sürülmüşdür və sonradan azadlığa nail olmanın ictimai şərtləri kim təyinat almışdır. Açıq cəmiyyət həmçinin London iqtisadi məktəbinin nümayəndəsi Fridrix fon Hayekin (1899-1992) «konstitusiya azadlığı» siyasi və iqtisadi anlayışına sosial ekvivalent olaraq götürülür. 3. təhs. □ Açıq sual - test üsulu ilə imtahanda variantsız təqdim edilən sual.
Yeni sözlər və yeni mənalar lüğəti / açıq1 AÇIQ – BÜKÜLÜ İndi xanım da görürdü ki, Güləbətinin qolu dirsəyə qədər açıqdır (M.İbrahimov); Bükülü o qədər ağır idi ki, Güləbətin zorla yeriyir... (M.İbrahimov). AÇIQ – DONUQ Təbrizin açıq-mavi göyləri, ayna kimi təmiz üfüqləri daralmağa, onu boğmağa başlayırdı (M.İbrahimov); Bizi çeşmək taxmış, donuq sifətli, yaşlı bir qadın qarşıladı (“Azərbaycan”). AÇIQ – GİZLİ Tələbələrdən Qurban Mərəndi adlı birisi öz açıq fikirləri və cəsarətli hərəkətləri ilə Firidunun diqqətini cəlb etmişdi (M.İbrahimov); Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var (S.Vurğun). AÇIQ – TUTQUN Yığıncaqdan sonra artistlər açıq havada konsert verdilər (S.Rüstəm); İndi də hava boğuq və tutqun idi (M.İbrahimov). AÇIQ – TÜND Mən də belə düşünürəm, yoldaş mayor, qəhvəyi rəngli avtomobil günəş şüası altında açıq rəngli, kölgədə isə tünd görünə bilər (C.Əmirov). AÇIQ – YUMULU Buyurun, qapımız açıqdır sizə; Yurdu tapşırırıq əllərinizə (S.Vurğun); Bağır Nurcabbarın yumulu gözlərinə baxa-baxa başını buladı (İ.Məlikzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / açıq1 1. открытый, раскрытый, распахнутый; 2. прямой, откровенный, явный; 3. светлый, бледный; 4. непокрытый, неприкрытый; 5. ясный, непасмурный; 6. легальный; 7. открыто, явно, ясно; прямо, откровенно; разборчиво; легально;
Azərbaycanca-rusca lüğət / açıq2 I прил. 1. открытый: 1. незакрытый, незапертый. Açıq pəncərə открытое окно, açıq qapı открытая дверь, açıq şkaf открытый шкаф 2) непокрытый, не в помещении. Açıq səhnə открытая сцена, açıq meydança открытая площадка, açıq həyət открытый двор, açıq havada на открытом воздухе, под открытым небом 3) не защищённый. Açıq cinah открытый фланг 4) не ограждённый, не стеснённый ничем. Açıq dəniz открытое море, açıq kosmos открытый космос 5) свободный для доступа. Açıq şəhər открытый город, açıq liman открытый порт 6) обнажённый. Açıq baş открытая голова, açıq üz открытое лицо 7) расстёгнутый. Açıq yaxa открытый ворот 8) мед. внешне заметный, не скрытый, не внутренний. Açıq sınıq открытый перелом 9) свободный для посещений, участия. Açıq iclas открытое собрание, açıq müsabiqə открытый конкурс, açıq dərs открытый урок 10) явный, нескрываемый. Açıq mübarizə открытая борьба, açıq vuruşmada в открытом бою, açıq yalan открытая ложь, açıq düşmənçilik открытая вражда, açıq təzyiq открытое давление 2. раскрытый, развёрнутый. Açıq xalça развёрнутый ковёр, açıq yelpik раскрытый веер 3. вакантный (незанятый). Üç açıq yer var имеется три вакантных места 4. безоблачный, чистый, ясный. Açıq səma безоблачное небо, açıq hava ясная погода 5. светлый. Açıq boya светлая краска, açıq ipək светлый шёлк 6. некрепкий. Açıq çay некрепкий чай 7. прямой. Açıq suiistifadə прямое (непосредственное) злоупотребление 8. откровенный, искренний, чистосердечный. Açıq söhbət откровенная беседа, açıq adam откровенный, искренний человек, açıq boynuna alma (etiraf) чистосердечное признание 9. прогрессивный, передовой. Açıq fikirlər прогрессивные мысли 10. публичный. Açıq dissertasiya müdafiəsi публичная защита диссертации, açıq mühazirə публичная лекция, açıq təhqir публичное оскорбление 11. сквозной. Açıq deşik сквозное отверстие, açıq küləkləmə сквозное проветривание 12. проходной. Açıq həyət проходной двор 13. развёрнутый. мат. Açıq bucaq развёрнутый угол, açıq sxem развёрнутая схема 14. разомкнутый. физ., тех. Açıq şəbəkə разомкнутая сеть, açıq dövrə разомкнутая цепь 15. незамкнутый. Açıq dövr физ. незамкнутый цикл 16. разборчивый. Açıq imza разборчивая подпись II нареч. 1. открыто, откровенно, начистоту, прямо. Açıq demək открыто сказать, açıq söhbət etmək откровенно беседовать, açıq danışmaq говорить начистоту 2. ясно. Açıq görürəm ясно вижу 3. разборчиво. Açıq yazmaq разборчиво писать III сущ. открытая местность, пустырь ◊ açıq səsvermə открытое голосование; açıq seçkilər открытые выборы, açıq məktub открытое письмо; açıq yara открытая рана (незажившая рана); açıq qapı günü день открытых дверей; açıq qalmaq (məsələ haqqında) оставаться, остаться открытым (о вопросе); məsələni açıq qoymaq оставить вопрос открытым; açıq olmaq kimlə быть открытым, искренним с кем; açıq qıfıla açar salmaq, açıq qapını qırmaq ломиться в открытую дверь; açıq qapıya it girər, açıq qaba it dəyər в открытую дверь и собака войдёт; arası açıq olmaq kimlə быть на короткой ноге с кем, быть в близких отношениях с кем; süfrəsi açıq гостеприимный; qapısı açıq kimin üçün открытые двери для кого; açıq gözlə baxmaq nəyə с открытыми глазами смотреть на что; açıq adam прямодушный, искренний человек; açıq ürəklə (qəlblə) с открытым сердцем (душой); açıq qapı siyasəti политика открытых дверей; sözün açığı откровенно говоря
Azərbaycanca-rusca lüğət / açıq1 I. s. 1. open; ~ qapı open door; ~ bazar open market; ~ iclas open meeting; ~ məktub 1) (zərfsiz) postcard; 2) (mətbuatda dərc edilən) open letter; ~ heca dilç. open syllable; ~ məsələ open question; ~ hava open air; ~ havada in the open air; out of doors; ~ ürəkli open heart ed; ~ yara open wound; ~ dəniz open sea; ~ səsvermə open ballot, voting by show of hands; ~ liman open port; 2. overt; ~ düşmənçilik overt hostility; f. ~ çay weak tea; 3. (aydın) serene, clear; ~ səma clear / serene sky II. z. openly, open, frankly, publicly; ~ danışmaq to speak* openly / frankly; ~ hərəkət etmək to act openly; qapını ~ qoymaq to leave* the door open; bir kəslə ~ olmaq to be* open with smb.; f. ağzı ~ qalmaq to be* amazed (at smth.) / charmed / taken (with); to be* taken back
Azərbaycanca-ingiliscə lüğət / açıq1 I sif. ouvert-e ; découvert, -e ; évident, -e ; clair, -e ; fran//c, -che ; ~ qapı siyasəti politique f des portes ouvertes ; ~ qəlblə à coeur ouvert ◊ ~ danışmaq appeler un chat un chat ; açığını desək à dire franchement ; ~ dəniz large m ; pleine mer f ; ~ mübarizə lutte f ouverte ; ~ müdaxilə intervention f ouverte ; ~ səsvermə vote m à mains levées ; ~ havada yatmaq dormir à la belle étoile ; ~ şəhər (qeydiyyat icazəli) ville f franche ; ~ söhbət conversation f franche ; ~ səma un ciel sans nuage (serein, clair) ; ~ heca dilç. syllabe f ouverte ; ~ təhqir avanie f ; outrance f ; ~ düşmənçilik hostilité f (haine f) évidente ; başı ~ tête f nue, nu-tête ; bir az ~ entr’ouvert, -e ; süfrəli ~ hospitali//er, -ère ; sözün açığı à parler franchemnt II bənövşəyi sif. lilas-clair adj
Azərbaycanca-fransızca lüğət / açıq1 прил. 1. ахъа; açıq qapı ахъа рак; 2. ачух, гегьенш, генг (мес. майдан); 3. экуь, ачух; açıq rəng экуь ранг; 4. буш, садани кьун тавунвай (къуллугъ, чка); 5. ахъа, кьецӀил; açıq döş ахъа хуру.
Azərbaycanca-ləzgicə lüğəti / açıq