alıq sözü azərbaycan dilində

alıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • alıq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alıqan
Monqol və buryat mifologiyasında istiqamətlərə görə göydəki tanrıların mövqelərini ifadə edər. Alıqan xan - 99 cənub tanrısının başında tapılar. (Nümayəndəsi Usan Xandır.) Sargay xan - 88 orta (mərkəz) tanrısının başında tapılar. Soqto xan - 77 şimal tanrısının başında tapılar. (Nümayəndəsi Tatay Xandır.) Hürmüz xan - 55 qərb tanrısının başında tapılar. (Bu tanrıların anaları Manzan Xatundur.) Atay xan - 44 şərq tanrısının başında tapılar. (Bu tanrıların anaları Mayas Xatundur.) == İstiqamətlərə görə tanrılar == Xüsusilə monqol və buryat mifologiyasında istiqamətlərə görə göydəki tanrıların ədədləri və başlarında olan tanrılar bu şəkildədir: === Alıqan === Alıqan Xan - türk, altay və monqol mifologiyasında cənub tanrısı. Monqolların 99 cənubi Tanrısının başıdır. Monqollarda buddizmin təsiriylə ilk istiqamətin şərq olaraq deyil, cənub olması ehtimal edilir. Alığ Xan ilə də əlaqəsinin olması mümkündür.
Alıqul Osmonov
Alıqul Osmonov ( 21 mart 1915, Aulie-Ata qəzası[d], Rusiya Türkistanı general-qubernatorluğu – 12 dekabr 1950, Bişkek) — Qırğız əsilli şair, dramaturq və tərcüməçi. Əsas uğurları daxili duyğu, gündəlik həyat və milliyyətçiliyə vurğu edərək dünyəvi mövzulara yönəlmiş şifahi xalq şeirinin qeydidir. Uilyam Şekspirin, Şandor Petöfinin və Aleksandr Puşkinin əsərlərini qırğız dilinə tərcümə edib. == Həyatı == 21 mart 1915-ci ildə Qırğızıstanın Panfilov kəndində dünyaya gəlmişdir. Kiçik yaşındaykən yetim qalmış və uşaqlığını Bişkek uşaq evində keçirtmişdir. İlk təhsilini 1929-cu ildə Bikşeş Pedaqoji məktəbində almışdır. Ancaq keçirtdiyi xəstəliyə görə təhsilini yarımçıq saxlamışdır. Buna baxmayaraq, jurnalistik karyerasına başlayaraq Sovet dövründə erkən qırğızdilli bir neçə qəzetdə, o cümlədən "Çabul" ("Hücum"), "Leninçil Yaş" ("Lenin Gəncliyi") və "Qızıl Qırğızıstan" da çalışdı. "Qırğızıstan Qırğızıstan", "Qırğızıstan Tusu" adı altında bu günə qədər də mövcuddur. 1939-1940-cı illərdə Qırğızıstan Milli Yazıçılar Birliyində baş katib vəzifəsində çalışmışdır ("Bu gün də mövcuddur.
Alıqulu
Alıqulu — Azərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Pircahan inzibati ərazi vahidində olan bu kənd Şəlvə çayının (Həkəri çayının qolu) sahilində, Mıxtökən silsiləsinin yamacındadır. Keçmiş adı Əliqulukənd olmuşdur. Əliqulular nəslinin adı ilə bağlıdır. Etnotoponimdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Mədəniyyəti == Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, qarışıq mallar mağazası, feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi. Bundan əlavə Alıqulu kəndinin ətrafında "Yalkənd" adlanan dağın üstündə kiçik həcmli televizor ötürücü stansiyası fəaliyyət göstərirdi. Kəndin idarə və müəsisələri, 50-ə yaxın fərdi yaşayış evi telefonlaşdırılmışdır.
Ramiz Alıquliyev
Ramiz Məhəmməd oğlu Alıquliyev (20 mart 1961, Bərdə rayonu) — texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü. == Həyatı == Ramiz Məhəmməd oğlu Alıquliyev 20 mart 1961-ci ildə Azərbaycan Respublikası Bərdə rayonunda anadan olmuşdur. 1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Tətbiqi riyaziyyat” fakültəsini bitirmişdir. 1983-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda mühəndis, 3-cü dərəcə mühəndis-konstruktor vəzifələrində çalışmışdır. 1988-ci ildə AEA Riyaziyyat və Mexanika İnstitutuna köçürülmüşdür. 1988-2002-ci illərdə AEA Riyaziyyat və Mexanika İnstitutunda aparıcı konstruktor, aparıcı mühəndis, elmi işçi vəzifələrində işləmişdir. 2003-cü ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda sektor müdiri vəzifəsinə işə qəbul edilmişdir. 2004-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri işləyir. == Tədqiqat sahələri == Data mining; big data analitika; text mining; süni intellekt, onlayn sosial şəbəkələrin analizi; elektron dövlətin analizi; elmmetriya; təkamül və sürü intellektinə əsaslanan alqoritmlər (evolutionary and particle swarm algorithms). == Elmi fəaliyyəti == 2000-2002-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda dissertanturada təhsil almışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.32
2010 •••••••••••• 0.18
2013 •••••••••• 0.15

alıq sözünün leksik mənası və izahı

  • 1 is. köhn. Öküz, kəl və başqa yük heyvanlarının belinə palan əvəzinə qoyulan çul, keçə və s. yumşaq şey. Sən ki alığa da möhtac olursan; Əbəs yerə neçin zəhmət elərsən. M.V.Vidadi. Sahibləri çulun, alığın soydu. Q.Zakir. ◊ Alığını aşırmaq – öhdəsindən gəlmək, devirmək. Bəyi … yola salmışıq, lap bizim hökuməti quran günlər bəylərin alığını aşırdıq. S.Rəhimov. Çox belələrinin alığını aşırmışam. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / alıq

alıq sözünün etimologiyası

  • 1 Əbu-Həyyan bu sözü heyvan dərisindən olan “örtük”, “paltar” kimi açıqlayıb. Bu­rada al kəlməsi “yuxarı”, “üst” mənasındadır. Palan (çul) sözünün sinonimi olub.  qərb dialektlərində alığını almaq (nazını yatırtmaq, köpünü yatırmaq) ifadəsi var; Alıq “Qutadqu bilik”də “kapriz” anlamında işlədilib. 

    Azərbaycan dilinin etimologiya lüğəti / alıq

alıq sözünün rus dilinə tərcüməsi

  • 1 покрывало, заменяющее вьючное седло "палан", или попону крупного рабочего скота

    Azərbaycanca-rusca lüğət / alıq
  • 2 сущ. диал. покрывало, войлок, попона, подседельник ◊ alığını aşırmaq kimin победить, побороть кого; alığını almaq kimin пристыдить кого

    Azərbaycanca-rusca lüğət / alıq

alıq sözünün inglis dilinə tərcüməsi

alıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. куьгьн. алух (яцран, гамишдин ва мс. парцин гьайванрин винел паландин патахъай вегьидай затӀ, лит ва мс. хъуьтуьл шей); ** alığını aşırmaq вагьтедай атун (фин), ярхарун.

    Azərbaycanca-ləzgicə lüğəti / alıq

"alıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#alıq nədir? #alıq sözünün mənası #alıq nə deməkdir? #alıq sözünün izahı #alıq sözünün yazılışı #alıq necə yazılır? #alıq sözünün düzgün yazılışı #alıq leksik mənası #alıq sözünün sinonimi #alıq sözünün yaxın mənalı sözlər #alıq sözünün əks mənası #alıq sözünün etimologiyası #alıq sözünün orfoqrafiyası #alıq rusca #alıq inglisça #alıq fransızca #alıq sözünün istifadəsi #sözlük