aylıq sözü azərbaycan dilində

aylıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • aylıq • 90.7629%
  • Aylıq • 9.2209%
  • AYLIQ • 0.0162%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Minimum aylıq əməkhaqqı
Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi , işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir. == Azərbaycanda minimum əməkhaqqı == Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.
Orta aylıq temperatur
== Temperatur == Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. == Orta aylıq temperatur == Orta aylıq temperatur orta sutkalıq temperaturların toplanıb ayın günləri sayına bölünməsindən alınır. Havanın orta sutkalıq temperaturunu isə meteoroloji məntəqədə 8 dəfə ölçmə işləri aparılırsa, bütün ölçmə işlərinin nəticələrinin cəmini 8- ə bölməklə alınır. Bundan başqa orta illik və orta sutkalıq temperaturlar da hesablamaq mümkündür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 135.99 dəfə / 1 mln.
2002 ••••••••••• 106.21
2003 •••••••••• 89.37
2004 ••••••••••••••••• 160.35
2005 ••••••••••••••••• 164.65
2006 ••••••••••••• 123.88
2007 ••••••••••••• 125.80
2008 ••••••••••••••• 138.13
2009 •••••••••••••• 126.23
2010 ••••••••••• 97.76
2011 •••••••••••• 107.58
2012 ••••••••••••• 120.12
2013 •••••••••••••••• 149.96
2014 ••••••••••••••• 137.29
2015 ••••••••••••••• 138.14
2016 ••••••••••••••••• 163.65
2017 •••••••••••••••• 152.18
2018 ••••••••••••••• 139.19
2019 •••••••••••••••••••• 194.03
2020 •••••••••••••••••• 174.38

aylıq sözünün leksik mənası və izahı

  • 1 1. sif. Ayda bir dəfə olan, hər ay olan, bir ayda görülən, bir aya məxsus, ayda bir dəfə çıxan. Aylıq iş planı. Aylıq hesabat. Aylıq məcmuə. 2. sif. Bir ay müddəti, bir ay davam edən, bir ay tələb edən, bir ayda hasil olan (əmələ gələn). Aylıq gəlir. Aylıq məzuniyyət. Aylıq məhsul. // Saylarla bərabər – bir, iki, üç … aylıq. Biz qaçanların hamısının özünü və ailəsini bir aylıq məsariflə təmin etmişik. M.S.Ordubadi. [Fikrət:] Bəzən bir boran altı-yeddi aylıq əməyimizi bircə dəqiqənin içərisində puça çıxarır. M.Hüseyn. 3. is. dan. Bir ayda alınan maaş, məvacib, zəhmət haqqı. Aylığımızı dünən almışıq. Aylığımız artmışdır. – Papaqçı dedi: – Bala, mənə şagird durarsanmı? Rəsul dedi: – Nə üçün durmaram. Aylığım neçə olacaq? “Aşıq Qərib”. Kərim baba inəkləri aylıq ilə güdərdi. A.Şaiq. [Bayram:] Mədəndə bundan dörd qat az alırdım, indi, şükür Allaha, aylığım pis deyil. M.Hüseyn. 4. is. Hər hansı bir işi, ictimai kampaniyanı keçirmək üçün bir aylıq müddət. Şəhəri yaşıllaşdırma aylığı. – Cabbarlı 1929-cu ildə Zaqafqaziya xalqlarının mədəni birliyi aylığında iştirak etmişdi. M.Arif. 5. Yaşı bir ay olan, 30 günlük. Aylıq uşaq. Aylıq quzu.

    Azərbaycan dilinin izahlı lüğəti / aylıq

aylıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

aylıq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 AYLIQ I is. dan. Maaş, əməkhaqqı. Mədəndə bundan dörd qat az alırdım, indi, şükür Allaha, aylığım pis deyil (M.Hüseyn). AYLIQ II sif. Bir aya aid, bir ay üçün nəzərdə tutulan iş. Bir aylıq mənzili bir gündə kəsər; Köhlən bəsləmişəm, gərək Qıratım (Dastanlar).

    Azərbaycan dilinin omonimlər lüğəti / aylıq

aylıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. ежемесячный, помесячный; 2. месячная зарплата, жалованье; 3. месячный;

    Azərbaycanca-rusca lüğət / aylıq
  • 2 I сущ. 1. разг. жалованье. Aylıq verirlər выдают жалованье, aylığım məni görmür жалованья мне не хватает 2. месячник. Nəqliyyat təhlükəsizliyi aylığı месячник безопасности движения, kitab aylığı месячник книги II прил. 1. месячный. Aylıq plan месячный план, aylıq hesabat месячный отчёт, aylıq uşaq месячный ребёнок, aylıq fasilə месячный перерыв, aylıq maaş месячный оклад, aylıq suaxımı геогр. месячный сток 2. ежемесячный, помесячный. Aylıq məcmuə ежемесячный журнал, aylıq yoxlama ежемесячный осмотр, ежемесячная проверка

    Azərbaycanca-rusca lüğət / aylıq

aylıq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. monthly salary, salary / wage paid for monthly work II. s. monthly, per month; ~ maaş monthly wage / salary; ~ hesabat monthly report; orta ~ maaş average monthly wage; ~ bilet a monthly ticket; ~ məcmuə monthly

    Azərbaycanca-ingiliscə lüğət / aylıq

aylıq sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) mensuel,-le adj ; 2) de mois (təyin kimi) ; ~ jurnal revue f mensuelle ; ~ əmək haqqı salaire m mensuel ; ~ gəlir revenu m mensuel ; ~ üzvlük haqqı mensualité f ; ~ hesabat compte m rendu mensuel ; rapport m mensuel

    Azərbaycanca-fransızca lüğət / aylıq

aylıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. прил. вацран; altı aylıq ругуд вацран; // вацра садра акъатдай (мес. журнал); 2. сущ. рах. са вацра къачудай мажиб, дуллух; 3. сущ. варз (са гьихьтин ятӀани кампания, кӀвалах кьиле тухудай варз); 4. са вацран (мес. дуллух); // яш са варз тир; aylıq uşaq са вацран аял.

    Azərbaycanca-ləzgicə lüğəti / aylıq

aylıq sözünün türk dilinə tərcüməsi

"aylıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aylıq nədir? #aylıq sözünün mənası #aylıq nə deməkdir? #aylıq sözünün izahı #aylıq sözünün yazılışı #aylıq necə yazılır? #aylıq sözünün düzgün yazılışı #aylıq leksik mənası #aylıq sözünün sinonimi #aylıq sözünün yaxın mənalı sözlər #aylıq sözünün əks mənası #aylıq sözünün etimologiyası #aylıq sözünün orfoqrafiyası #aylıq rusca #aylıq inglisça #aylıq fransızca #aylıq sözünün istifadəsi #sözlük