yaylıq sözü azərbaycan dilində

yaylıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yaylıq • 87.2000%
  • Yaylıq • 10.8000%
  • YAYLIQ • 2.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yaylıq
Yaylıq (albom)
Yaylıq (albom)
Yaylıq – Azərbaycan reperi PRoMetenin 2013-cü ildə buraxdığı EP albomudur. == Hazırlanması == PRoMetenin "Yaylıq" adlı Sailor-la birgə işlənən EP albomu 2013-cü ilin yay aylarında dinləyicilərə bir-bir təqdim olunub. Albom 4 trekdən ibarətdir.
Yaylıq (xalq mahnısı)
Yaylıq — Azərbaycan Xalq mahnısı. Duet şəklində oxunur. Mahnı məhəbbət mövzusundadır. === Mahnının sözləri === "Yaylıq" QIZ: Anamdan bir yaylıq aldım, Heç bilmirəm harda saldım. Səndədirsə, ver yaylığı, Yaylıq salar ayrılığı, gülüm, Gözəl oğlan, ver yaylığı. Yaylıq salar ayrılığı, yarcan, Gözəl oğlan, ver yaylığı.OĞLAN: Yaylığını tanı, ay qız, Məndə yaylıq hanı, ay qız? Kim deyir yaylıq məndədir? Bəlkə qalıb, çəməndədir, ay gözəl, Gəl axtar, tap yaylığını.QIZ: Ay kələkbaz oğlan, oğlan, İnciyərəm səndən, inan. Gəlməsə yaylıq qarşıma, Xəbər verrəm qardaşıma, yar, yarcan, Gözəl oğlan, ver yaylığı. Xəbər verrəm qardaşıma, yarcan, Gözəl oğlan, ver yaylığı.OĞLAN: Qurban olum göz-qaşına, Gedib demə qardaşına.
Qırmızı yaylıqlı qovağım mənim
Qırmızı yaylıqlı qovağım mənim — Çingiz Aytmatovun yazdığı kitab == Haqqında == Yaşamaq üçün idealların yoxdursa və ya bu idealların xəmiri bayağılıqla yoğurulubsa, Abakirə çevrilir, özün özünə düşmən olursan. “İlk müəllim” povestində müəllim Duyşəndən söhbət açılır. Duyşən elə bir müəllimdir ki, özü oxuyub-yazmağı güclə bacarır, savadı azdır, lakin kənddə təkbaşına məktəbaçır, bildiklərini uşaqlara öyrədir, onların oxuması üçün əlindən gələni edir, hətta canından keçməyə hazır olur. Onun hekayəsini isə bir vaxtlar şagirdi olmuş, indi isə ölkənin ən nüfuzlu alimlərindən olan Altınay danışır. O Altınay ki, Duyşən olmasaydı, həyatı gecə kimi qaranlıq olacaqdı.
Yaylıqqaçırtdı
Yaylıqqaçırtdı — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yaylaqqaçırtdı oyunu Novruz bayramı günlərində və toy mərasimləri zamanı eləcə də digər günlərdə keçirilən milli atüstü oyunlardan biridir. == Oyunun qaydaları == Oyunda atçapanlardan biri əlindəki ipək yaylığı yuxarı qaldıraraq meydançada dövrə vurur. Digərləri yaylığı ondan almağa çalışır. Qaliblərə gümüşlə bəzədilmiş yəhər mükafat verilir. Oyunun digər adı "gərdəkqaçırtdı"dır. Xüsusən kəndlərdə toy günü gəlin gətirilərkən fayton yola düşdükdən sonra özünə güvənən igid atlılar faytonun arxasında dayanaraq müəyyən olunmuş vaxtda at sürməklə yarışa başlayırlar. Hansı atlı bəy evinin həyətinə birinci daxil olarsa qırmızı gərdəyi alıb gəlin gətirən faytonun qarşısına çıxar. Bəyin atası və ya qohum-əqrəbası qalib atlıya müxtəlif hədiyyələr verirdilər. == Mənbə == Novruz bayramı ensklopediyası.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.53 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.57
2004 ••••••••• 0.67
2006 ••••••••• 0.68
2007 ••• 0.21
2009 ••••••••••••• 0.96
2010 ••••••••••••• 1.00
2011 ••••••••• 0.69
2012 ••••••••• 0.69
2013 •••••••••• 0.73
2014 •••••••••••••• 1.03
2016 ••••• 0.35
2018 •••••• 0.45
2020 •• 0.13

yaylıq sözünün leksik mənası və izahı

  • 1 is. Üçkünc və ya dördkünc parçadan ibarət qadın baş örtüsü. Yaylığı başına örtmək. Başında yaylıq. Başını yaylıqla sarımaq. – [Xırdaxanım:] Pəri, otaqda … bir yaylıq var, ört başına, onu sənə bağışladım. N.Vəzirov. [Qadın] başından nimdaş yaylığını da çıxarıb körpəni bürüyür. Ə.Məmmədxanlı. // Burun, üz, tər silmək üçün dördkünc parça. İpək yaylıq. Burun yaylığı. – Yaylığı kirli balam; Qəlbi fikirli balam; Cahıl-cuhul içində; Mənim şəkilli balam. (Bayatı). Hə, … bölükdən xoşun gəldimi? – deyə, kapitan yaylıqla alnının tərini sildi. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / yaylıq
  • 2 sif. Yay fəslinə aid olan, yaya məxsus, yay üçün ayrılmış (hazırlanmış). Yaylıq paltar. – [Bəbir bəy] qalxıb Məşədi Cahangirə bir boşqab yaylıq üzüm gətirdi. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / yaylıq

yaylıq sözünün etimologiyası

  • 1 Fars mənşəli dəsmal sözünün bizim dildəki qarşılığıdır. Mənbələrdə bu kəlmə yağlıq kimi əks etdirilib. Deməli, yayla yox, yağla bağlıdır (əlin, ağızın yağını silən vasitə). Dilimizdə yaylıq yerinə curamal (su silən) kəlməsi də işlədilib. Bəzi dillərdə yağ yerinə may, yaylıq əvəzinə isə maylıq işlədilir ki, bu da yuxarıdakı mülahizənin doğruluğuna dəlalət edir, heç fars sözü olan dəsmal (dəst və mal) sözünün özündə də “yay” (leto) əlaməti yoxdur. Bu sözün bir sinonimi də suvluq olub. Görünür, “suyu silən, qurulayan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yaylıq

yaylıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

yaylıq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 YAYLIQ I is. Dəsmal, örtük. Görürkən yuxuda qoçaq babamı; Hönkürüb ağlaram əlimdə yaylıq... (S.Vurğun). YAYLIQ II sif. Yayda hasil olan, yetişən. Bizim bağda çoxlu yaylıq alma ağacı var.

    Azərbaycan dilinin omonimlər lüğəti / yaylıq

yaylıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. головной платок; 2. платок;

    Azərbaycanca-rusca lüğət / yaylıq
  • 2 1 сущ. платок: 1. кусок ткани, обычно квадратный, повязываемый на голову. Baş yaylığı головной платок, güllü yaylıq цветастый платок, ipək yaylıq шёлковый платок, çit yaylıq ситцевый платок, şal yaylıq шерстяной платок, yaylıq bağlamaq носить платок, yaylığını açmaq снять платок 2. носовой платок. Yaylıqla ağız-burnunu silmək утираться, утереться платком, yaylıqla gözünün yaşını silmək вытирать, вытереть слёзы платком, yaylıqla üzünün tərini silmək вытирать, вытереть пот с лица платком, cibindən yaylığını çıxartmaq вытащить платок из кармана 2 сущ. 1. предназначенный для лета, на лето 2. относящийся к лету, летний

    Azərbaycanca-rusca lüğət / yaylıq

yaylıq sözünün inglis dilinə tərcüməsi

yaylıq sözünün fransız dilinə tərcüməsi

yaylıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. ягълух (пуд ва я кьуд пипӀен парчадикай ибарат тир дишегьлийрин кьилин ппек); 2. ягълух (гьекь, нер ва мс. михьун патал жибинда твадай); ipək yaylıq пекдин ягълух; burun yaylığı нерин ягълух.

    Azərbaycanca-ləzgicə lüğəti / yaylıq
  • 2 прил. гатуз талукь (махсус) тир; гатун (мес. ппек, ич).

    Azərbaycanca-ləzgicə lüğəti / yaylıq

"yaylıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yaylıq nədir? #yaylıq sözünün mənası #yaylıq nə deməkdir? #yaylıq sözünün izahı #yaylıq sözünün yazılışı #yaylıq necə yazılır? #yaylıq sözünün düzgün yazılışı #yaylıq leksik mənası #yaylıq sözünün sinonimi #yaylıq sözünün yaxın mənalı sözlər #yaylıq sözünün əks mənası #yaylıq sözünün etimologiyası #yaylıq sözünün orfoqrafiyası #yaylıq rusca #yaylıq inglisça #yaylıq fransızca #yaylıq sözünün istifadəsi #sözlük