daşlıq sözü azərbaycan dilində

daşlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • daşlıq • 81.5789%
  • Daşlıq • 18.4211%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Daşlıq dələsi
Daşlıq dələsi (lat. Martes foina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Qısa təsviri == Bədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər. == Yayılması == Daşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.
Daşlıq göyərçini
Qayalıq göyərçini (lat. Columba rupestris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Daşlıq sahə
Daşlıq səhra – zəif aşınmış ana süxurlar (əsas) üzərində yerləşən, səthi çınqıl və digər daşlarla örtülü, demək olar ki, torpaq – bitki örtüyü olmayan sahədir..

daşlıq sözünün leksik mənası və izahı

  • 1 is. Daş çox olan yer, daşla örtülü yer. Daş daşlığa yağar, dolu dəryaya. (Ata. sözü). Atlar … Kür sahilindəki daşlığın xəlvət bir yerində söyüd ağaclarına bağlanmışdı. M.Hüseyn. Dərinlərə düşmüş dərə ağ daşlıq və çınqıllıq üzrə uzanıb gedirdi. S.Rəhimov. // sif. Daş çox olan, daşla örtülü. Daşlıq yer. Daşlıq çöl. – Daşlıq yolun kənarlarında ot-ələf elə ucalmışdı ki, deyərdin, buralar xüsusi biçənək yeridir. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / daşlıq

daşlıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. каменистая местность; 2. каменистый;

    Azərbaycanca-rusca lüğət / daşlıq
  • 2 I сущ. 1. каменистое место 2. геогр. каменник II прил. 1. каменистый, обильный камнями. Daşlıq səxralar геогр. каменистые пустыни; daşlıq hüceyrələr мед. каменистые клетки 2. каменный. зоол. Daşlıq qaratoyuğu каменный дрозд, daşlıq dələsi каменная куница

    Azərbaycanca-rusca lüğət / daşlıq

daşlıq sözünün inglis dilinə tərcüməsi

daşlıq sözünün ləzgi dilinə tərcüməsi

"daşlıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#daşlıq nədir? #daşlıq sözünün mənası #daşlıq nə deməkdir? #daşlıq sözünün izahı #daşlıq sözünün yazılışı #daşlıq necə yazılır? #daşlıq sözünün düzgün yazılışı #daşlıq leksik mənası #daşlıq sözünün sinonimi #daşlıq sözünün yaxın mənalı sözlər #daşlıq sözünün əks mənası #daşlıq sözünün etimologiyası #daşlıq sözünün orfoqrafiyası #daşlıq rusca #daşlıq inglisça #daşlıq fransızca #daşlıq sözünün istifadəsi #sözlük