analıq sözü azərbaycan dilində

analıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • analıq • 82.1782%
  • Analıq • 17.4917%
  • ANALIQ • 0.3300%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Analıq medalı
Analıq medalı - SSRİ Ali Sovetinin 8 iyul 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. == Qalereya == == Xarici keçidlər == Медаль Материнства.
Surroqat analıq
Surroqat analıq — başqa şəxs və ya şəxslər üçün uşağın qadın tərəfindən bətndə saxlanılması və doğulması. Çox vaxt embrionun formalaşması üçün genetik material (sperma və oositlər) uşağın valideynləri tərəfindən verilir. Bəzi hallarda surroqat ana eyni zamanda genetik ana da ola bilir. Surroqat analıq hamiləliyin və doğuşun arzuolunmaz olduğu və ya tibbi baxımdan mümkün olmadığı, hamiləlik riskinin nəzərdə tutulan ana üçün çox təhlükəli olduğu və ya tək kişi və ya kişi cütlüyün uşaq sahibi olmaq istədiyi zaman tətbiq edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, surroqat analıq köməkçi reproduktiv texnologiya kimi təsnif edilir. Bəzi ölkələrdə surroqat analıq qanunsuzdur və insan alverinin bir növü hesab olunur. Surroqat ana ilk dəfə 1986-cı ildə ABŞ-da genetik olaraq övladı olmayan uşağı dünyaya gətirib.

analıq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Ananın öz uşaqları ilə olan əlaqə və münasibəti, ana vəzifəsi. Analıq hissi. Analıq borcu. Analıq etmək. Analıq insan sevincinin tükənməz mənbəyidir. – Cəmalə indi bilirdi ki, onun elmi işləri ilə yanaşı, bir analıq vəzifəsi də vardır. S.Rəhimov. Ceyran Səltənətin uşağına, analığına, sadəliyinə gülürdü. Mir Cəlal. 2. Ögey ana, ana vəzifəsini görən qadın. [Sara:] Hərçənd biz bir günah iş görmürük, amma hər halda Gülnisə mənim analığımdır. C.Cabbarlı. 3. sif. Anaya məxsus, anaya aid olan. Analıq hüququ.

    Azərbaycan dilinin izahlı lüğəti / analıq

analıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 3 1. ANALIQ (ana vəzifəsini görən) [Şamxal] anasına haqq versə də atası ilə necə rəftar edəcəyini, ona nə deyəcəyini, evə tezə gətirilmiş analığı ilə necə oturub-duracağını aydınlaşdıra bilmirdi (İ.Şıxlı); ÖGEY ANA (Əlibəy:) Bunda qalmamışdır nə namus, nə ar; Vəfasız olurmuş ögey analar (S.Vurğun). 2. ANALIQ (ananın öz uşaqlarına olan münasibəti, ana vəzifəsi) Cəmilənin analıq vəzifəsi də vardır (S.Rəhimov); NƏNƏLİK [Hacı Murad:] Durub təzədən ona nənəlik edə bilmərəm ki... (S.S.Axundov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / analıq

analıq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 ANALIQ I is. Ögey ana, doğma olmayan ana. Hərçənd biz bir günah iş görmürük, amma hər halda Gülnisə mənim analığımdır (Çəmənzəminli). ANALIQ II is. Ana üzərinə düşən vəzifə, ananın öz uşaqlarına olan əlaqə və münasibəti. Cəmilə indi bilirdi ki, onun elmi işləri ilə yanaşı bir analıq vəzifəsi də vardır (S.Rəhimov).

    Azərbaycan dilinin omonimlər lüğəti / analıq

analıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. материнство; 2. не родная мать, мачеха;

    Azərbaycanca-rusca lüğət / analıq
  • 2 сущ. 1. материнство: 1) беременность, роды, кормление ребёнка как функция женщины – матери. Analığın mühafizəsi охрана материнства 2) родственная связь матери с детьми. Analıq hissiyyatı чувство материнства, analığı müəyyən etmə установление материнства 2. неродная мать, мачеха: 1) жена отца по отношению к его детям от другого брака 2) перен. о ком-л., чём-л. неприятном, враждебном, чужом ◊ analıq etmək заменять, заменить мать (родную) кому

    Azərbaycanca-rusca lüğət / analıq

analıq sözünün inglis dilinə tərcüməsi

analıq sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) maternité f ; 2) belle-mère f (pl belles-mères) ; belle-maman f (pl bellesmamans) (ügey ana) ; dan. marâtre f ; 3) adj maternel, -le ; ~ və uşaqların mühafizəsi protection f de la maternité et de l’enfance ; ~ hissi sentiment m maternel

    Azərbaycanca-fransızca lüğət / analıq

analıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. дидевал; analıq etmək дидевал авун; 2. тахай диде; 3. прил. дидевилин; дидедиз хас тир, дидедиз талукь тир; analıq hissi дидевилин гьисс.

    Azərbaycanca-ləzgicə lüğəti / analıq

Oxşar sözlər

#analıq nədir? #analıq sözünün mənası #analıq nə deməkdir? #analıq sözünün izahı #analıq sözünün yazılışı #analıq necə yazılır? #analıq sözünün düzgün yazılışı #analıq leksik mənası #analıq sözünün sinonimi #analıq sözünün yaxın mənalı sözlər #analıq sözünün əks mənası #analıq sözünün etimologiyası #analıq sözünün orfoqrafiyası #analıq rusca #analıq inglisça #analıq fransızca #analıq sözünün istifadəsi #sözlük