Analar Günü
Analar Günü — anaların şərəfinə keçirilən beynəlxalq bayramdır. Həmin gün Beynəlxalq Qadınlar Günündən fərqli olaraq, anaları və hamilə qadınları təbrik etmək qəbul olunub. Bir çox ölkələrdə bu gün müxtəlif günlərə təsadüf edilir. Ümumiyyətlə, dünyada "Analar Günü" may ayının ikinci bazar günü qeyd edilir.
İngiltərədə XVII əsrdən XIX əsrədək "Anaların Bazar Günü" adlı bayram qeyd olunurdu. Anaların təbrik edilməsinə həsr edilmiş bu bayram Böyük pəhriz adlanan dini bayramın dördüncü bazar günündə keçirilirdi.
ABŞ-də "Analar Günü" ilk dəfə 1872-ci ildə məşhur ingiltere pasifisti Culiya Uord Houv tərəfindən dəstəklənmişdir. C. Uordun qənaətinə görə, həmin gün anaların Yer kürəsində sülh naminə mübarizədə birliyi günüdür. Lakin onun bu konsepsiyası nə ABŞ-də, nə də digər ölkələrdə öz təsdiqini tapmamışdır.
1907-ci ildə ABŞ-nin Filadelfiya ştatından olan Anna Carvis anaların təbrik olunması təşəbbüsü ilə çıxış etmişdir.