ağalıq sözü azərbaycan dilində

ağalıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ağalıq • 52.8090%
  • Ağalıq • 45.6929%
  • AĞALIQ • 1.4981%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağalıq
Ağalıq (torpaq mülkiyyəti)
Ağalıq (Şabran)
Ağalıq (əvvəlki adı: Beynəlmiləl) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Dəvəçi rayonunun Beynəlmiləl kənd inzibati-ərazi vahidi tərkibindəki Beynəlmiləl kəndi Ağalıq kəndi, Beynəlmiləl kənd inzibati-ərazi vahidi Ağalıq kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Əhalisi == Kəndin əhalisi 5400 nəfər təşkil edir (2020).
Ağalıq bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağalıq (torpaq mülkiyyəti)
Ağalıq (türk. Ağalık) — Osmanlı imperiyasında vergi yığan mülkədar olan ağa tərəfindən idarə olunan feodal vahidi. Bosniya tarixində "ağalıq" adətən bir ağaya məxsus torpaq mənasında işlənir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.68 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2006 ••• 0.45
2007 ••••••• 1.06
2008 ••• 0.49
2009 •••••• 0.96
2010 •••••• 0.91
2011 •••• 0.60
2012 •••••• 0.95
2013 •••••• 1.02
2014 ••••••• 1.03
2015 ••••••••• 1.53
2018 •••••• 0.90
2019 0.14
2020 •••• 0.53

ağalıq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Hakimiyyət, hökmranlıq. // Böyüklük, başçılıq. □ Ağalıq etmək – hakimiyyət sürmək, hökmranlıq etmək. Hər əli silah tutan aləmə ağalıq etmək istəyirdi. Mir Cəlal. // Üstünlük, nüfuz. 2. köhn. Ağaya (bəyə, mülkədara) məxsus mülk, ev, su, meşə, heyvan və s. [Ayrım qızı:] İkimiz də cavan idik … bu çoban idi, mən də ağalığın inəklərini sağar, yağ-pendirini tutardım. A.Şaiq. Piri kişinin daxması ağalığın böyük meyvə bağının içində idi. S.S.Axundov.

    Azərbaycan dilinin izahlı lüğəti / ağalıq

ağalıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

ağalıq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 AĞALIQ – NÖKƏRÇİLİK Hər əli silah tutan aləmə ağalıq etmək istəyirdi (Mir Cəlal); Eh, nökərçilik də bir kişilik deyil, vallah, hamballıq bunun yanında bir xanlıqdır (Ə.Haqverdiyev).

    Azərbaycan dilinin antonimlər lüğəti / ağalıq

ağalıq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 AĞALIQ I is. Hökmranlıq etmək. Nə haqq ilə mənim evimdə ağalıq edirsən? (C.Cabbarlı). AĞALIQ II is. köhn. Ağalara məxsus mülk, ev, su, meşə, heyvan və s. İndi bunları ağalığa aparmaq lazımdır (S.S.Axundov).

    Azərbaycan dilinin omonimlər lüğəti / ağalıq

ağalıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. господство, владычество, барство; 2. барский, господский дом, двор, имение, усадьба

    Azərbaycanca-rusca lüğət / ağalıq
  • 2 I сущ. 1. господство, владычество 2. барство II прил. 1. господский 2. барский. Ağalıq iddiaları барские замашки; ağalıq etmək хозяйничать, господствовать

    Azərbaycanca-rusca lüğət / ağalıq

ağalıq sözünün inglis dilinə tərcüməsi

  • 1 i. supremacy; domination, rule; ağalıq etmək to dominate (over), to rule (over); to command (d.); ağalıq edən ruling; ağalıq edən sinif ruling class, the class in power; başqaları üzərində ağalıq etmək to have* supremacy over others; to gain supremacy over others; dünya ağalığı world domination

    Azərbaycanca-ingiliscə lüğət / ağalıq

ağalıq sözünün fransız dilinə tərcüməsi

  • 1 is. dominatuion f (~ etmə) ; suprématie f ; empire m ; dominat||eur, -rice (adj et n. m et f) ; ~ etmək dominer vi sur ; reigner vi sur ; prédominer vt ; ~ iddiası prétention f de domination (de suprématie) ; ağalığı bərpa etmək rétablir vt la domination (la suprématie) ; həddindənziyada ~ trop de domination

    Azərbaycanca-fransızca lüğət / ağalıq

ağalıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. агъавал; чӀехивал; ağalıq etmək агъавал авун, агъавалун; 2. куьгьн. агъадиз (бегдиз) махсус тир мулк, дарамат, там, уьруьш, гьайван ва мсб.

    Azərbaycanca-ləzgicə lüğəti / ağalıq

Oxşar sözlər

#ağalıq nədir? #ağalıq sözünün mənası #ağalıq nə deməkdir? #ağalıq sözünün izahı #ağalıq sözünün yazılışı #ağalıq necə yazılır? #ağalıq sözünün düzgün yazılışı #ağalıq leksik mənası #ağalıq sözünün sinonimi #ağalıq sözünün yaxın mənalı sözlər #ağalıq sözünün əks mənası #ağalıq sözünün etimologiyası #ağalıq sözünün orfoqrafiyası #ağalıq rusca #ağalıq inglisça #ağalıq fransızca #ağalıq sözünün istifadəsi #sözlük