* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. köhn. Yaxası düyməli, beli büzməli, ya büzməsiz üst paltar. [Tubu:] Bilmirəm, bu bir arxalıq nə olubdur ki, budur, beş gündür onu tikib qurtara bilmirsən. Ə.Haqverdiyev. Kişi arxalıq, çuxanı atıb, kostyum, qalstuk geymişdi, papağı çıxarıb fəs qoymuşdu. B.Talıblı. [Tahirzadə] sərin xəzri alnına toxunanda arxalığının yaxasını açıb, dərindən nəfəs aldı. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / arxalıq2 Yaxası düyməli, beli büzməli (və ya büzməsiz) üst paltar. (“Koroğlu” dastanının lüğəti) Baxdı ki, bu atlı əynində çuxa, ayağında başmaq, qanovuz arxalığın üstündən də belində tirmə şal olan enlikürək, qarnı yoğun bir kişidi. (“Durna teli”) (İ.A.,B.A.)
Azərbaycan dastanlarının leksikası / arxalıq1 Paltar növüdür və arxa (dal) sözündən əmələ gəlib. “Arxaya geyilən” (çiyinə salınan) mənasını verir. Sözün başqa mənasıda var və rus dilindəki “чересседельник” anlamına uyğun gəlir: təkatlı arabada atın sağ və sol tərəfində arabanın iki qolu olur. Bu qolları yuxarıda saxlamaq üçün atın belindən keçən qayışa bərkidirlər. Qayış atın belini yaralamasın deyə altına yəhərəbənzər bir şey qoyurlar, buna “arxalıq” deyirlər.
Azərbaycan dilinin etimologiya lüğəti / arxalıq2 сущ. архалук (старинная мужская одежда). İpək arxalıq шёлковый архалук
Azərbaycanca-rusca lüğət / arxalıq