* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. İki şey arasındakı boşluq, boş yer; iki yerin arası; ortalıq, orta, ara. Aralıqda qalan şeyləri götürün. Aralıqda gəzib işə mane olma. // Bir neçə otaq və sairə arasındakı açıq yer. Samovarı aralıqda qoy. Kömür yeşiyi aralıqdadır. // sif. İki və ya bir neçə şeyin arasında, ortasında olan. Aralıq malı arada yeyilər. – Əhməd aralıq peçini yandırdı. Mir Cəlal. 2. Dar dalan, dar küçə. Dalandar aralığı süpürdü. Bizim ev aralıqdadır. Qapı aralığa çıxır. // Sif. mənasında. Fayton aralıq küçələrdən keçib irəliləməyə başladı. S.Rəhman. 3. “Bu” sözü ilə bərabər: bu aralıq – bu zaman, bu vaxt, bu əsnada, bu dəmdə. Bu aralıq göy guruldamağa başladı. – Bu aralıq quşların civiltiləri hər şeydən əvvəl eşidilir. M.S.Ordubadi. Bu aralıq birdənbirə toyuğumu xatırlayıb, cəld hinin ağzına yüyürdüm. A.Şaiq. // “Bir” sözü ilə bərabər: bir aralıq – az zaman, bir müddət, bir anlığa, müvəqqəti olaraq. Bir aralıq sakitlik düşdü. Bir aralıq səsini kəsdi. 4. Yerl. halda: aralıqda – ortalıqda, ortada, arada. [Heydər bəy:] Ondan ötrü Səfər bəy məsləhət gördü ki, götürüm qaçım. Toy xərci aralıqda itsin. M.F.Axundzadə. …Yarım saat çəkmədi, aralıqda beş-on köynək cırıldı və Hürzad tərəf döyülmüş, söyülmüş, geri çəkilib evdə qapandılar. Çəmənzəminli. [Səfər bəy:] Əgər siz başlasanız birbirinin ziddinə getməyə, aralıqda ziyan çəkən mən olaram. B.Talıblı. ◊ Aralıq adamı – 1) araçı, vasitəçi, aradüzəldən; 2) toyda, məclisdə qonaqlara xidmət edən adam; 3) avara, veyil. Aralığa almaq – bax araya almaq (“ara”da). Salmanın bu hərəkətinə ciddi diqqət yetirən cavanlar onu aralığa aldılar. Ə.Vəliyev. Aralığa atmaq – bax araya atmaq (“ara”da). Aralığa gəlmək – ortaya çıxmaq. …Evlənmək məsələsinin nə qədər çətin olduğu yenə də aralığa gəldi. S.S.Axundov. Aralığa gətirmək – ortaya gətirmək, meydana atmaq. Bu inteligentlərin sözün gətirmə heç aralığa. M.Ə.Sabir. Aralığa söz qatmaq – kənar sözlərlə aldatmağa, fikri yayındırmağa çalışmaq. Aralığa tökmək – sirrin üstünü açmaq, ifşa etmək, açıb söyləmək. Aralıq qarışmaq – bax ara qarışmaq (“ara”da). Aralıq get-gedə qarışırdı. Hər gün şəhərdən gələn bir-birinə zidd xəbərlər kənddə vəziyyəti dəyişirdi. Mir Cəlal. Aralıq sözü – bax ara sözü (söhbəti) (“ara”da). Aralıq vurmaq – bax ara vurmaq (“ara”da). Baxma firibinə hərzəguların; Aralıq vurmaqdı işi buların. Q.Zakir. Aralıqda qalmaq – bax arada qalmaq (“ara”da).
Azərbaycan dilinin izahlı lüğəti / aralıq2 is. iqt. □ Aralıq məhsul - gələcəkdə emal olunacaq və ya bir neçə dəfə təkrar satılacaq məhsul /iş, xidmət/ nəzərdə tutulur. Aralıq məhsul il ərzində maddi məsrəflərə yönəldilən ümumi ictimai məhsulun bir hissəsidir. İctimai məhsulun qalan hissəsi isə son ictimai məhsulu əmələ gətirir.
Yeni sözlər və yeni mənalar lüğəti / aralıq1 Türklərdə ay adları belədir: ocaq, şubat, mart, nisan, mayıs, haziran, temmuz, ağustos, eylül, ekim, kasım, aralıq. XII ay yeni və köhnə ilin ayrıcı olduğundan aralıq adlanıb.
Azərbaycan dilinin etimologiya lüğəti / aralıq3 I сущ. 1. промежуток, интервал 2. середина 3. мед. промежность. Aralıq arteriyası артерия промежности II прил. промежуточный. Aralıq instansiyası промежуточная инстанция, aralıq horizontu промежуточный горизонт, aralıq vəziyyət промежуточное положение, aralıq fəza промежуточное пространство, aralıq məhsullar промежуточные продукты, aralıq dayaq промежуточная опора, aralıq yarımsistemlər астр. промежуточные подсистемы, aralıq ədəd мат. промежуточное число, aralıq stansiya ж.-д. промежуточная станция, aralıq postu промежуточный пост ◊ aralıq adamı посредник, aralıq atı козёл отпущения; aralıda qalmaq: 1. оставаться без присмотра, без попечения; 2. очутиться между двумя враждующими силами; 3. оказаться между небом и землёй; aralığa söz qatmaq (salmaq) менять тему разговора, начать другой разговор; уклоняться от прямого разговора; aralığa almaq kimi окружать, окружить кого
Azərbaycanca-rusca lüğət / aralıq1 I. i. interval, space, span; middle, midst; ~da qalmaq to be* neglected; to be* homeless / shelterless II. s. inter mediate, intervening; Aralıq dənizi Mediterranean Sea; ~ adamı bax ara düzəldən; ~ sözü hearsay, rumour; gossip, tittle-tattle; (qərəzli) piece of scandal; ~ stansiyası way station; aralığa söz atmaq to digress (from), to wander from the subject / from the point; O, aralığa qəflətən söz atdı Suddenly he / she dis gressed from his / her subject; aralığa almaq to surround (d.), to gather round (d.); Onlar müəllimi aralığa aldılar They gathered round the teacher
Azərbaycanca-ingiliscə lüğət / aralıq2 is. 1) intervalle m ; espace m ; 2) milieu m ; intérieur m ; entre-deux m ; 3) anat. périnée f ; ~ arteriyası artère f de périnée ; 4) adj intermédiaire ; ~ adamı intermédiaire m ; médiateur m ; arbitre m ; commissionnaire m ; ~ sözü bruits m pl ; rumeur f ; ~ atı bouc m émissaire ; aralığa söz atmaq changer de thème de conversation ; aralığa almaq entourer qn ◊ ~da qalmaq rester vi (ê) sans survieillance
Azərbaycanca-fransızca lüğət / aralıq1 сущ. 1. аралух; кьве затӀунин ара; юкь, ара; // прил. са шумуд затӀунин ва я касдин арадал алай (мес. мал); 2. дар кӀакӀ (тупик), дар куьче; ** aralıq adamı а) арачи, араяр туькӀуьрдайди; б) арачи (мехъерик, межлисда мугьманриз къуллугъ ийидай кас); в) авара, куьчебан; aralıqda qalmaq кил. ara (arada qalmaq); bu aralıq и арада, и чӀавуз, и вахтунда; bir aralıq са герен(да), тӀимил кьван вахтунда, са тӀимил, вахтуналди.
Azərbaycanca-ləzgicə lüğəti / aralıq