Alırzalar
Alırzalar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kənd inzibati ərazi dairəsində kənd.
== Tarixi ==
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.
== Toponimikası ==
Alırzalar kəndi Qaraxan çayının sahilində, Dəlidağın ətəyindədir. Deyilənə görə, kəndin əsasını Laçın r-nunun keçmiş Muncuqlu kəndinin sakini Hacı Alırza adlı şəxs qoymuşdur. Etnooykonimdir. 1988-ci ilədək Ermənistanın Ararat rayonunda eyniadlı kənd olmuşdur.
== Yaylaqlar ==
Usublu yaylağı yurdu, Təvərə qayanın boynu yurd.
== Bulaqlar ==
Duzlu bulaq.
== Məşhur yerlər ==
Duzlu bulağın düzü, Sənəm xanımın yurdu, Maloynayan barmaq, Qatarın guneyi, Qatarqaya.