* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Son, nəhayət; bir şeyin son nöqtəsi, qurtaracağı. Yolun axırı. İşin axırı. Qışın axırı. İclasın axırı. Mahnının axırı. İlin axırına az qalır. Şəhərin axırında yaşayıram. – [Mirzə Fətəli:] Hər bir qaranlığın axırı işıqdır. Ə.Haqverdiyev. // sif. Axırıncı, sonuncu. Axır sözün nədir? – Bu il nə cür olursa məktəbə getməyi qərara almışdım. Yayın axır ayından anamın qulağını doldurmağa başladım. M.İbrahimov. 2. Aqibət, nəticə, son. İşin axırı necə oldu? Bu uşağın axırı necə olacaq? – [Miraxur:] Heyif ki, sən də arvad felinə düşübsən. Gəl bu daşı ətəyindən tök! Axırı yoxdur. Çəmənzəminli. [Turac:] Kitabda yazılan sevgilərin axırı eyzən dava-şava olur. İ.Əfəndiyev. 3. Axırda, nəticədə, nəhayət(də) (bəzən “axırı” şəklində işlənir). Geyinmisən yaşıl üstdən alı sən; Axır bizi eşq oduna salısan. (Qoşma). Öldürdün axır, məndəki can qalmadı əsla. M.P.Vaqif. Ey gül, sənə əvvəldə xiridar mən oldum; Axır nəzərində hamıdan xar mən oldum. S.Ə.Şirvani. Axırı biçarə ananız sizə deyirdi: – Bala, ağlama, xortdan gələr səni aparar! C.Məmmədquluzadə. 4. məc. Ölüm, son nəfəs. Onun axırına az qalıb. – [Rus qızı:] Təəssüf ki, mən sənə qoşula bilməyəcəyəm. Hiss eləyirəm ki, axırımdır. C.Məmmədquluzadə. 5. bax axı. Bahari-zahirin axır nədir tamaşası; Həmişə dildə sənin solmayan baharın var. S.Ə.Şirvani. Axır nə səbəb söz deməyə qüdrətin olsun? M.Ə.Sabir. [Mirzə Məmmədəli:] A kişi, mən bilmirəm ədib nədi, axır ey! C.Məmmədquluzadə. [Kəndlilər:] Bəy, axır yağış yağmayır, nə etməli? Ə.Haqverdiyev. ◊ Axır çərşənbə – Novruz bayramı ərəfəsinə düşən sonuncu çərşənbə günü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər. M.İbrahimov. Axır ki – bax axırı ki (“axırı”da). Axır qoymaq – son qoymaq, nəhayət vermək. [Şamo:] Bu vurhavura bir axır qoymaq olacaqmı? S.Rəhimov. Axır nəfəs – ölüm. Etdim axır nəfəsimdə ləbi-cananə təmə; Ölürəm, eybi nədir, gər eləsəm canə təmə. S.Ə.Şirvani. [Səlimnaz xanım:] Bu saat hazır olur; çaysız hara gedirsiniz! …Saat üçəcən ac qalsan gündə, axır nəfəsin olar. N.Vəzirov. Axıra qalmaq – Bir şeyin sırasında sonuncu, ən axırdakı olmaq, ən axırda gəlmək. Axıra yetirmək (çatdırmaq) – qurtarmaq, tamamlamaq, başa çatdırmaq. Lağlağı … sözümü kəsib, qoymadı vərəqi axıra yetirəm; mən sakit oldum və o özü başladı oxumağa. C.Məmmədquluzadə. Axıra yetmək (çatmaq) – qurtarmaq, tamamlanmaq, başa çatmaq. Axırı bir yana çıxmaq – bir nəticə vermək, bir şeylə nəticələnmək. [Nəcəf bəy:] Gedib orada işləsin, bəlkə axırı bir yana çıxa. Ə.Haqverdiyev. Axırı xeyir olmaq – nəticəsi yaxşı olmaq, xoşbəxtliyə, ağ günə çıxmaq. Axırı xeyir olsun! – birisinə uğurlar, yaxşılıq diləmək üçün deyilir. Axırı olmaq – 1) bitmək, qurtarmaq; 2) gələcəyi olmaq, nəticəsi olmaq, sonu olmaq; 3) əldən düşmək, üzülmək, yorulmaq. Axırına daş atmaq, axırına çıxmaq – 1) məhv etmək, yox etmək, puç etmək. Bu qədər fitnə və feil tamam sənin işin imiş, Allah qoysa, sənin axırına çıxaram! M.F.Axundzadə; 2) qurtarmaq, hamısını işlətmək, ya xərcləmək (boş yerə, səmərəsiz). Axırını eləmək – öldürmək, işini bitirmək. [Şirin:] Hələ dur! Dur, yoxsa axırını elərəm… N.Vəzirov. Yoxsa mənim axırımı eləməyə gəlibsən? Ə.Haqverdiyev. Dünyanın axırı – qiyamət. [Feyzi:] Yəqin dünyanın axırıdır! Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / axır1 Bu söz ərəb mənşəlidir, axirət kəlməsi ilə eyni kökə malikdir, “son” deməkdir.
Azərbaycan dilinin etimologiya lüğəti / axır1 AXIR/AXUR I is. İçərisi yonulmuş, mala yem tökmək üçün nov. Naxıra gedərəm çoban olmaz, axıra gedərəm saman (C.Cabbarlı). AXIR II is. [ ər. ] Son, aqibət, nəticə. Ay arvad! Mənim axır sözümdü (C.Məmmədquluzadə). AXIR III ədat Nəhayət. Unutmuşam cəfaları, dərdləri; Axır gəlib sənə yetişdim, Əsli! (Ü.Hacıbəyov).
Azərbaycan dilinin omonimlər lüğəti / axır2 I сущ. 1. конец (предел, последняя грань чего-л.). Noyabrın axırı конец ноября, ilin axırı конец года, iş gününün axırı конец рабочего дня, axıra qədər до конца 2. исход, окончание. İşin axırı исход дела, axırını gözləmək ждать исхода 3. разг. смерть, кончина. Onun axırına az qalıb до его смерти остаётся немного, kimin axırı çatdı пришёл конец чей II прил. последний. Dekabr ayının axır günləri последние дни декабря, axır dəqiqələr последние минуты, axır zamanlar в последнее время, axır sözünü demək сказать последнее слово; nəyin axırına к концу чего; nəyin üstünə axırında в конце чего; axıra çatdırmaq, axıra yetirmək доканчивать, докончить; axıra qədər oynamaq играть до конца, доиграть; axıra qədər oturmaq сидеть до конца, досидеть; axıra qədər oxumaq читать до конца, дочитать; axıra qədər yazmaq писать до конца, дописать; axıra qədər içmək пить до дна, допить; axır çərşənbə последний вторник года по Хиджре (под праздник Весны, перед Новруз байрамом) ◊ axır nöqtəsinə çatmaq: 1. дойти до точки; 2. дойти до конца чего; axırına çıxmaq: 1. kimin добивать, добить кого, одержать полную победу над кем, над чем; 2. nəyin истратить, потратить что-л.; axıra yaxın под конец, в самом конце чего-л., к шапочному разбору; axıra kimi до конца, во веки веков, навсегда; axır borcunu vermək kimə отдать последний долг (проститься с умершим), провожать, проводить в последний путь; axırına daş atmaq nəyin полностью израсходовать, разбазарить; axırını itirmək погубить кого-л.; axırını eləmək kimin см. axırını itirmək; axırı olmaq: 1. nəyin иметь хороший конец; 2. kimin иметь хорошее будущее; axırı yoxdur kimin 1. не имеет будущего (о ком-л.) 2. не имеет перспективы (о чём-л.); axır ki: 1. наконец-таки, наконец-то; 2. словом; axır günlərini yaşamaq доживать последние дни; axır nəfəsində при последнем издыхании, перед смертью; axırı bir yana çıxmaq подавать надежды, выходить, выйти в люди; axırı xeyir olmaq кончиться добром, axırı pis olmaq кончить плохо (о ком-л.); axırın xeyir olsun всего доброго (пожелание удачи), дай бог успехов; axırı birdir один конец; axırına nöqtə qoymaq ставить точку, закончить; dünyanın axırı конец света: 1. край света 2. светопреставление
Azərbaycanca-rusca lüğət / axır1 I. i. 1. end, ending; close; axıra çatmaq to come* to an end; axıra yaxınlaşmaq to draw* to a close, to be* approaching completion; axırında at the end; əsrin axırında at the end / close of the century; günün axırında at the close of the day; Bunun axırı yoxdur There is no end to it; axırı itmək to become* / to grow* corrupted, to go* to the end; to become* unfor tunate; axırına çıxmaq / daş atmaq to spend* smth. in vain; to kill smb.; to waste (d.); pulun axırına çıxmaq to waste money in vain; Əvvəlin gəlincə axırın gəlsin at. söz. ≅ All’s well that ends well; 2. outcome, towards; günün axırına towards the evening; işin (məsələnin) axırı the outcome of the affair; 3. d.d. death; decease; Onun axırı çatıb He / She is dying, He / She is breathing his / her last II. s. last; axıranda at the last moment; axır günlərdə lately, of late, for some time past; axır damla qana qədər mübarizə aparmaq to fight* to the last drop of blood; yayın axır günləri the last days of summer; axır sözünü demək to say* / to tell* one’s last word; Axır ki gəldin! Here you are at last!
Azərbaycanca-ingiliscə lüğət / axır1 1) is. fin f ; terme m dernier ; ~ ki! à la bonne heure! ; əsrin ~ında à la fin du siècle ; günün ~ında à la fin de la journée ; 2) issue f ; achèvement m ; clôture f ; levée ; işin ~ı issue d’une affaire ; 3) dan. mort f ; décès m ; trépas m ; ~ sözünü demək dire son dernier mot
Azərbaycanca-fransızca lüğət / axır1 сущ. 1. эхир; эхир кьил, куьтягь жезвай чка; yolun axırı рекьин эхир; 2. эхир, гуьгъуьн кьил, кьулухъ пад, нетижа; 3. эхирда, нетижада; 4. кил. axı; ** axır ki кил. axırı (axırı ki); axır nəfəs эхир нефес, кьиникь; axıra qalmaq эхирда амукьун, лап эхирда хьун, виридалай эхирдай атун; axıra yetirmək (çatdırmaq) эхирдиз акъудун (агакьарун), куьтягьун, акьалтӀарун, кьилиз акъудун; axıra yetmək (çatmaq) эхирдиз акъатун, куьтягь хьун, кьилиз акъатун, акьалтӀун; axırı xeyir olmaq эхир хийирдиз хьун, нетижа хъсан хьун; axırı olmaq а) эхир хьун, куьтягь хьун, акьалтӀун; б) гележег хьун, нетижа хьун; в) галатун, ялтан хьун, агалхьун; axırını eləmək эхир авун, рекьин, кар тамамарун; dünyanın axırı дуьньядин эхир, эхирзаман, къиямат.
Azərbaycanca-ləzgicə lüğəti / axır(Bakı) içərisi yonulmuş bütöv daş (üzüm şirəsi çıxarmaq üçün). – Bı üzim iki axırdan artığ olmaz
Azərbaycan dilinin dialektoloji lüğəti.