* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Sürətlə axan su; sel; iti cərəyan, güclü axan su, selab. Yağışdan əmələ gələn axın yolları xarab etdi. // Cərəyan, suyun axıb getdiyi tərəf. Çayın axını ilə üzmək. – Sən ki son nəfəsinlə vətəni andın; Çayların axını dayandı bir an. S.Vurğun. // Axma. Lənkəran, Naxçıvan və Kür-Araz ovalıqlarından axan çaylar, onların axın şəraiti, dərələrinin xarakteri və s. birbirindən fərqlidir. M.Qaşqay. 2. Məftildə elektrik cərəyanının hərəkəti. 3. məc. Arası kəsilmədən hərəkət edən insan və s. kütləsi, izdiham. Canlı insan axını. Axının qabağını dayandırmaq. – Axının kənara atdığı Ayaz da fəryad qopardı. M.İbrahimov. Baxınız, qarşımı tutmuş bir axın; Güclüdən güclü, dənizdən daşqın. M.Müşfiq. □ Axına qoşulmaq – əksəriyyətə tabe olmaq. Şahnisə xanım çıxılmaz bir vəziyyətdə qalıb, nə “hə”, nə “yox” deyir, istər-istəməz axına qoşularaq deyilənlərə tabe olurdu. Çəmənzəminli. 4. məc. Gediş, cərəyan. …Həyatın təbii axını onu [Səriyyəni] bir kor kimi istədiyi səmtə sürükləyirdi. M.İbrahimov. 5. Hücum, basqın, həmlə. Düşmən qoşunlarının axını dayandırıldı. – Burada çox oynadı qılınclar, qınlar; Ordular, karvanlar, başsız axınlar. S.Vurğun. 6. məc. Qərarsızlıq, tez-tez dəyişmə. Zavodda işçi qüvvəsi axını çox böyükdür.
Azərbaycan dilinin izahlı lüğəti / axın2 ру приток en influx de Zufluß fr amenée es afluencia it affluenza
Günəş energetikası terminləri lüğəti / axın2 I сущ. 1. течение (движущаяся масса воды, воздуха и т.п.). Havanın axını течение воздуха, axın təbəqəsi слой течения 2. поток: 1) стремительно текущая масса воды, воздуха и т.д. гидротех. Axının mərkəz özəyi центральное ядро потока, axının sürəti скорость потока, axının gücü мощность потока 2) перен. непрерывное движение большого количества кого-л., чего-л. İnsan axını людской поток 3. сток. Axının həcmi объём стока 4. перен. наплыв, приток, Yeni qüvvələrin axını приток свежих сил 5. текучесть. İşçi qüvvəsinin axını текучесть рабочей силы II прил. поточный. Axın xətti поточная линия ◊ axına qarşı çıxmaq идти, плыть против течения; özünü axına qarşı qoymaq противопоставлять себя массе; axına qoşulmaq плыть по течению
Azərbaycanca-rusca lüğət / axın1 i. 1. (kütlə) flow, influx; hava ~ı air flow; influx of air; 2. stream, current; güclü axın strong current; iti axın rapid / swift current; axına qarşı getmək (həm müst., həm də məc.) to go* against the stream / current; axına qoşulmaq (həm müst., həm də məc.) to go* with the stream / current
Azərbaycanca-ingiliscə lüğət / axın1 is. flot m ; fleuve f ; cours m d’eau ; torrent m ; flux m ; ~ a qarşı çıxmaq remonter le courant ; aller vi (ê) contre le courant ; hava ~ı courant m atmosphérique ; ~ ilə getmək suivre le courant ; ~ a qoşulmaq descendre vi (ê) le courant ; işçi qüvvəsinin ~ı fluctuation f de personnel ; ~ xətti travail m à la chaîne
Azərbaycanca-fransızca lüğət / axın1 сущ. 1. зарбдиз авахьзавай яд; сел; // физвай яд; яд физвай пад; // авахьун; 2. симина электротокдин гьерекат; 3. ара датӀана гьерекат ийизвай инсанрин ва мсб. кӀватӀал, сел; axına qoşulmaq селдихъ галаз фин, чӀехи паюниз табий хьун; 4. пер. фин, финиф (мес. уьмуьр); 6. пер. къарарсузвал, фад-фад дегиш хьун.
Azərbaycanca-ləzgicə lüğəti / axın