* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Böyük çəkisi, vəzni olan (yüngül ziddi). Ağır yük. Ağır daş. Ağır çamadan. – Ağır sandıq seçmə parçalarla dolu idi. Mir Cəlal. Küçələr izdihamla çalxanır; Yükü ağır bir gəminin ləngəri kimi. R.Rza. // Sanballı. 2. Güclü, şiddətli, təsirli. Ağır yumruq. Ağır zərbə. 3. Çox çətin, böyük zəhmət, böyük səy tələb edən; çox zəhmətli; güc, zor. Ağır doğum. Ağır iş. Ağır məsələ. Ağır tələb. Ağır vəzifə. – Gəmi muzdurçuluğu filvaqe çox ağır sənətdir. S.M.Qənizadə. // məc. Əziyyətli, məşəqqətli, əzablı, məhrumiyyətlə dolu, kədərlə dolu. Ağır dövr. Ağır həyat. Ağır illər. – Bir səs gəlir ellərdən; Şirin-şirin dillərdən; Tanrı, balamı saxla; Ağır aylar, illərdən. (Layla). [Yolçu:] Biz qismətimizə düşən ağır yolu keçməsək, gələcək nəsillərimiz də o işığa tez gəlib qovuşmaz. Ə.Məmmədxanlı. 4. məc. Bərk, dərin. Ağır yuxu. – Dideyibəxtim oyanmaz, nə ağır uyğuludur. Füzuli. Pah atonnan, nə ağır (z.) yatdı bu oğlan, ölübə! M.Ə.Sabir. 5. məc. Dözülməz, təhəmmül edilməz. Ağır itki. Ağır xəbər. 6. məc. Sərt, çox ciddi, şiddətli, amansız. Ağır cəza. Ağır töhmət. // məc. Çox ciddi nəticələr verə bilən, yaxud böyük cəzaya səbəb ola bilən; çox böyük. Ağır günah. Ağır cinayət. Ağır ittiham. Ağır məsuliyyət. – Bu dəhşət, öhdəmə düşən tarixi bir məsuliyyətin nə dərəcədə ağır (z.) olması fikrindən doğurdu. M.S.Ordubadi. Tahirin gəlib çıxdığı bu son nəticə nə qədər ağır (z.) olsa da, o bunu etiraf etməyə məcbur idi. M.Hüseyn. // məc. Nəticəsi təhlükəli, qorxulu, çox ciddi. Ağır yara. Ağır xəstə. Ağır xəstəlik. – [Partizanlar] üç nəfər ağır yaralılarını da özləri ilə sürüyərək, Kür nəhrinin … qamışlıq sahillərinə çəkilmişdilər. H.Nəzərli. 7. Gərgin, çətin, narahatedici, darıxdırıcı, sərbəst olmayan. Hacı nəfəsini ağır (z.) alaraq tər basmış, dili ağzından bir qarış çıxmış: – Ay qardaşlar, dayanın, – deyə sürətlə gəlir. Ə.Haqverdiyev. 8. Yavaş, sürətsiz; yavaş-yavaş hərəkət edən, ağırtərpənən. Ağır (z.) tərpənmək. – [A.Şaiq] ağır addımlarla tribunaya qalxdı. S.S.Axundov. İçəri girdim. Ağır addımlarla balkona çıxdım. M.S.Ordubadi. // Yavaş ifa edilən (çalınan). Ağır hava. Havanı ağır (z.) çalmaq. – Eşitdiyimiz musiqi səslərinin bəziləri ağır və güclü (səqil), bəziləri isə nisbətən yüngül və zəif (xəfif) olur. Ə.Bədəlbəyli. Aşıqlar ağır hava çalırlar. Qadın ahəstə oynayır. Ə.Haqverdiyev. 9. məc. Ağırlıq təsiri bağışlayan (öz böyüklüyü, çoxluğu, sıxlığı, tutqunluğu, alçaqlığı, rənginin qəlizliyi, sürətinin yavaşlığı və s. ilə). Ağır buludlar. Ağır boyalar (rəssamlıqda). Ağır akkordlar (musiqidə). – Gördü bir anda bir ağır dəstə; Sanki minmiş adamlar üst-üstə. M.Ə.Sabir. Bəzən bu səfərdə ağır dumanlar; Gəlib quldur kimi kəsir yolunu. S.Vurğun. // məc. Çoxluq, böyüklük mənasında. Dağlarda gəzən mənəm; Əhdim var, bəzənmənəm; Ağır elin qızıyam; Qürbətdə gəzəmmənəm. (Bayatı). Kimsə qınamasın mən təkü tənha; Necə durum ağır el qabağında. Q.Zakir. Çox obadan, ağır eldən keçibdi; Coşqun dərya, daşqın seldən keçibdi. Aşıq Ələsgər. 10. məc. Yüngüllükdən, səlislikdən məhrum, başa düşülməsi çətin olan. Ağır üslub. Ağır ifadə. Ağır cümlə. 11. Qəliz, kəsafətli, pis iylənən, nəfəsi çətinləşdirən, darıxdırıcı, dözülməz. Ağır qoxu. Ağır hava. – Kərim bəy qapını açanda ağır və boğucu, isti hava onu vurdu. Mir Cəlal. 12. Çətin həzm edilən. Ağır xörək. 13. Xoşagetməz, pis, yolagetməz, qılıqsız; deyingən. Ağır xasiyyət. 14. məc. Təmkinli, vüqarlı, ciddi, heysiyyətini gözləyən. Ağır adam. – Ağır (z.) otur, batman gəl. (Məsəl). □ Ağır olmaq – ciddi olmaq, təmkinli olmaq. 15. Toxunan, qəlbi incidən, ürək sındıran, xatirə dəyən, xoşagetməz, acı. Ağır söz. – Onun evində nə yeməkdən, nə geyinməkdən korluq çəkəcəkdi. Ağır söz eşitməyəcək, ağır iş görməyəcəkdi. Mir Cəlal. 16. məc. dan. Hamilə, ikicanlı, boğaz. 17. Kök, yoğun, ətli-canlı. Ağır bədən. Ağır gövdə. Ağır cəmdək. 18. məc. Çox baha, bahalı, qiymətli. Çəkidə yüngül, dəyərdə ağır. – Təbrizə Rusiyadan ticarət malı gətirilməyəcəkdir. Gətirilsə də çox ağır qiymətə duracaqdır. M.S.Ordubadi. [Kərim bəy] qızlarının hər ikisini gənc ikən ərə vermiş, ağır cehiz ilə köçürmüşdü. Mir Cəlal. 19. məc. Cansıxıcı, faciəli, ələmli, kədərləndirici. Ağır hiss. Ağır duyğu. Ağır fikir. Ağır mənzərə. Ağır təəssürat. 20. hərb. Çox güclü təchizatı, döyüş üçün güclü vasitələri olan. Ağır toplar. Ağır bombardman təyyarələri. Ağır tanklar. – Toplar, ağır toplar verməyir aman; Qırılmış şüşələr çarparalardan. M.Rahim. 21. xüs. Bir sıra fiziki-kimyəvi, mineraloji terminlərin tərkibinə daxil olur. Ağır metallar (mis, qurğuşun, sink, qalay və s.). Ağır su (adi sudan daha çox molekulyar çəkisi olan su). Ağır yağlar (daş kömür qatranının emalından hasil edilən maddə). Ağır yanacaq (öz izafi çəkisinə görə suya yaxın olan duru yanacaq; məs.: ağ neft və s.). ◊ Ağır eşitmək – bir az karlığı olmaq. Ağır əl – 1) bərk ağrıdan, bərk zərbə vuran; 2) məc. şükümsüz, uğursuz. Ağır gəlmək – toxunmaq, könlünə dəymək, qəlbi qırılmaq. [Vaqif:] Ancaq Məlikməmməd xanı zindana saldırmağımız Fətəliyə, görünür, ağır gəlib. Çəmənzəminli. Ağca qarıya ərinin bu saymazlığı elə ağır gəldi ki, o, dözməyib yerindən qalxdı. Ə.Əbülhəsən. Ağır oturmaq – 1) baha oturmaq, baha başa gəlmək. Bu paltar mənə ağır oturdu; 2) pis nəticələnmək. Bu söhbət ona çox ağır oturdu; 3) özünü ciddi aparmaq. Ağır tərpənmək – ətalət göstərmək, gecikmək, yubanmaq, tələsməmək, vaxtı əldən vermək.
Azərbaycan dilinin izahlı lüğəti / ağır1 Mənbələrdə “yavaş”, “asta” mənalarını verən ağru (aquru) sözü var. Ağır-ağır hərəkət etmək ifadəsindəki ağır sözü buradan əmələ gəlib. Ağrı kəlməsi inkişaf prosesində ağır formasını kəsb edib. Ağruq sözü də olub və “yük” mənasında işlədilib. İkinci bir ağır sözü bununla bağlıdır. Üçüncü bir ağır sözü də var: “qiymətli, vəznli” deməkdir (“çəkidən yüngül, qiymətdən ağır” deyirik). Deməli, ağır kəlməsi “yavaş, yük və qiymətli” anlamlarını əks etdirən omonim sözüdür. Güman edilir ki, ağır və ağrımaq sözləri eyni kökdən əmələ gəlib. Ağır şey canlı varlığı ağrıdır; “müqəddəs”, “şərəfli” mənası da var, ən çox ağır ellər kimi işlədilir.
Azərbaycan dilinin etimologiya lüğəti / ağır14 1. AĞIR (çəkisi ağır olan) Ağır sandıq seçmə parçalarla dolu idi (Mir Cəlal); VƏZNLİ İlk məşq kiçik vəznli millərlə başlar, get-gedə ağır vəznli millərə keçirdilər (Çəmənzəminli); SANBALLI Gecəm belə keçdi, səhərim gəlsin! Dadıma sanballı sözlərim gəlsin! (M.Müşfiq). 2. AĞIR (yara haqqında) ..Ağır yaralanmış bir müsəlman süvarisi Gürcüstan milli xalq qvardiyasının xəstəxanasında müalicə edilməkdədir (M.Hüseyn); BƏRK O, bərk yaralanmışdı (M.Hüseyn). 3. ağır bax çətin; gərgin 2 4. ağır bax ağırtərpənən; yavaş 5. ağır bax ağırtəbiətli
Azərbaycan dilinin sinonimlər lüğəti / ağır1 AĞIR – YUMŞAQ Əhməd kişinin xasiyyəti çox ağırdır. Belə adama gərək özü kimi yumşaq və iddiasız arvad tapasan (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / ağır1 1. тяжелый, веский, увесистый; 2. трудный; 3. тяжкий, обременительный, тягостный; 4. душный, спертый (о воздухе); 5. медленный, медлительный, неповоротливый; 6. солидный, степенный, важный, высокомерный; 7. медленно, медлительно, неповоротливо; 8. солидно, степенно, важно, веско;
Azərbaycanca-rusca lüğət / ağır2 I прил. 1. тяжёлый: 1) имеющий большой вес. Ağır daş тяжёлый камень, ağır çuval тяжёлый мешок, ağır əlvan ərintilər тяжёлые цветные сплавы, ağır armatur тяжёлая арматура, ağır atletika тяжёлая атлетика, ağır çəkili pəhləvan борец тяжёлого веса 2) ощутимый по весу, имеющий вес и объём больше обычного. Ağır salxımlar тяжёлые гроздья, ağır palto тяжёлое пальто, хим. ağır su тяжёлая вода (вода, отличающаяся более высокой плотностью), ağır metallar тяжёлые металлы (металлы, имеющие удельный вес больше 5 - медь, свинец, цинк, олово и др.), ağır minerallar тяжёлые минералы, ağır nüvə тяжёлое ядро, ağır hidrogen тяжёлый водород; ağır buludlar тяжёлые тучи 3) грузный, массивный. Ağır bədən тяжёлое тело 4) обременительный, тяжкий, тягостный, трудный, затруднительный. Ağır vergilər тяжёлые поборы, ağır yük тяжёлое бремя, ağır qismət тяжёлая доля, ağır nəticələr тяжёлые последствия, ağır irs тяжёлое наследие, ağır iş тяжёлая работа, ağır vəziyyət тяжёлая обстановка, тяжёлое состояние, ağır gün тяжёлый день, ağır həyat тяжёлая жизнь, ağır illər тяжёлые годы 5) неприятный, неуживчивый. Ağır adam тяжёлый человек, ağır xasiyyət тяжёлый характер 6) мучительный, трудно переносимый. Ağır doğuş тяжёлые роды, ağır yuxu тяжёлый сон, ağır ayrılıq тяжёлая разлука, ağır nəfəs тяжёлое дыхание, ağır inilti тяжёлый стон, ağır dərd тяжёлое горе, ağır cinayət тяжёлое (тяжкое) преступление, ağır cəza тяжёлое наказание, ağır yara тяжёлая рана 7) тягостный, гнетущий, мрачный. Ağır hal тяжёлое состояние, ağır düşüncələr тяжёлые мысли, ağır zəhmət тяжёлый (тяжкий) труд, ağır fikirlər тяжёлые раздумья 8) мощный, сильный. Ağır tank тяжёлый танк, ağır zərbə тяжёлый удар, ağır sənaye тяжёлая индустрия 9) спёртый, душный. Ağır iy тяжёлый запах, ağır hava тяжёлый воздух 10) медленный. Ağır addımlar медленные шаги, ağır hərəkət медленное движение 2. степенный, солидный. Ağır adam степенный человек 3. тяжеловесный (с тяжёлым грузом). Ağır qatar ж.-д. тяжеловесный состав 4. глубокий. Ağır qış yuxusu глубокая зимняя спячка 5. обидный, оскорбительный, неприятный. Ağır söz оскорбительное слово, ağır cavab оскорбительный ответ II нареч. 1. тяжело. Ağır yaralanmışdır он тяжело ранен 2. медленно. Ağır hərəkət etmək медленно передвигаться, ağır danışmaq медленно говорить, ağır tərpənmək медленно двигаться 3. трудно. Ağır oxunur трудно читается, ağır həll olunur трудно решается ◊ ağır eşitmək плохо слышать; əli ağırdır тяжёлая рука у кого; ağır gəlmək kimə nə тяжело переживать что-л.; ağır oturmaq kimə 1. стоить дорого кому, обойтись дорого, дорого заплатить 2. кончить плохо; ağır oturub-durmaq держать себя степенно, вести себя солидно; ağır otur, batman gəl знай себе цену, знай как вести себя, будь серьёзнее; elə bil üstümdən ağır daş götürüldü как гора с плеч; ağır söz demək kimə наносить, нанести оскорбление кому; ağır cavab vermək отвечать, ответить грубо; ağır itki тяжёлая утрата; ağır yük olmaq kimə быть обузой для кого
Azərbaycanca-rusca lüğət / ağır1 I. s. 1. (çəkisi böyük) heavy; ağır yük heavy load; ağır çamadan heavy suitcase; 2. (ciddi) severe, heavy; ağır cəza severe punishment; ağır cərimə heavy / severe penalty; 3. (güclü) heavy, serious, grievous; ağır zərbə heavy / grievous blow; ağır yara grievous wound; 4. (çətin, yorucu) hard, difficult; ağır iş hard / difficult work; ağır tapşırıq (iş) laborious task / work; ağır problem difficult problem; ağır nəfəs heavy breathing; 5. (ciddi) seri ous, grave; ağır xəstəlik serious / painful illness; ağır vəziyyət grave / hard condition; Xəstə ağır vəziyyətdədir The patient’s condition is very serious, d.d. The patient is very bad; ağır cinayət grave crime; ağır məsuliyyət heavy responsibility; 6. (əziyyət verən) painful; (qəm gətirən) hard; ~ fikirlər painful / gloomy thoughts; ağır təəssürat painful / grim impression; ağır vaxtlar hard times; 7. (insan xarakteri) difficult; ağır adam a difficult man / person; 8. (üslub və s.) heavy, ponderous; ağır üslub heavy / ponderous style; 9. ( ağırlıq təsəvvürü yaradan) heavy, slow; close; ağır addımlar heavy / slow footsteps; ağır buludlar heavy clouds; ağır hava close air; ağır iy heavy smell; ağır xörək (çətin həzm olunan) heavy / indigestible food; ağır gün unlucky / heavy day; ağır günlər hard days; ağır sənaye heavy industry; ağır maşınqayırma heavy engineering; ağır artilleriya heavy artillery II. z. 1. heavily; ağır yüklənmiş heavily loaded; 2. (ciddi) seriously; severely; ağır xəstə olmaq to be* seriously ill; ağır yaralanmaq to be* severely / badly wounded; ağır nəfəs almaq to breathe heavily; Ağır otur batman gəl at. söz. ≅ Act tactfully, bear your self accordingly
Azərbaycanca-ingiliscə lüğət / ağır1 sif. 1) adj: lourd, -e ; difficile ; grave ; pesant, -e ; rude ; écrasant,-e ; draconien, -ne ; ~ vergilər les lourds impôts (les impôts draconiens) ; ~ vəziyyət la situation difficile ; ~ vəziyyətdə olan yer (ərazi) le territoire qui se trouve dans une situation difficile ; ~ vəziyyətə salmaq faire voir de dure ; ~ vəziyyətə öyrənmək être habitué, -e à la dure ; ~ eşitmək entendre dur,-e ; ~ zərbə un coup pénible ; ~ iy une odeur désagréable (violente) ; ~ iş une lourde besogne, un travail pénible ; ~ yaralanmış gravement bléssé, -e ; ~ yük une charge lourde ; ~ nəticələr des conséquences pesantes ; ~ sənaye industrie f lourde ; ~ söz parole f blessante (insultante, outrageante, injurieuse) ; ~ hadisə drame m ; ~ həyat une vie difficile (écrasante, dure, sans éclaircie)(işıq yolu görünməyən) ◊ ~ cavab vermək répondre posément (calmement) ; ~ cinayət crime m grave (lourd)
Azərbaycanca-fransızca lüğət / ağır1 прил. залан; ağır yük залан ппар; ağır iş залан кӀвалах; ** ağır eşitmək япарал залан хьун, залан ван хьун; ağır əl залан гъил а) кӀевиз ядай, ядамаз гзаф тӀардай (гъил); б) пер. няс гъил; ağır oturmaq залан ацукьун а) багьаз ацукьун, багьаз гъилиз атун; б) пис нетижа гун; в) жува жув дуьз тухун; ağır tərpənmək заландиз юзун, тади къачун тавун.
Azərbaycanca-ləzgicə lüğəti / ağır