ağırlaşmaq sözü azərbaycan dilində

ağırlaşmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ağırlaşmaq • 92.6471%
  • AĞIRLAŞMAQ • 4.4118%
  • Ağırlaşmaq • 2.9412%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

ağırlaşmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Daha ağır olmaq; yükü, çəkisi çoxalmaq. [Sadıq kişi] soyuqda oturduqca, özünə gəldikcə vücudu ağırlaşır, kürəkləri sancır. Mir Cəlal. 2. Daha çətin olmaq; çətinləşmək, gərginləşmək, mürəkkəbləşmək. İşi ağırlaşmaq. Vəzifəsi ağırlaşmaq. Vəziyyəti ağırlaşmışdır. – Obalar arana köçəndən sonra Gülyazın həyatı daha da ağırlaşdı. M.Hüseyn. // məc. Daha əziyyətli, daha məşəqqətli, daha əzablı olmaq, daha da pisləşmək, daha da dözülməz olmaq. Yaşayış gündən-günə ağırlaşırdı. 3. Pisləşmək, şiddətlənmək, bərkimək, artmaq, qorxulu bir vəziyyət almaq. Xasayın qızdırması artır, halı get-gedə ağırlaşırdı. Ə.Vəliyev. 4. Kəsifləşmək, dözülməz bir hala gəlmək, pisləşmək. Otağın havası ağırlaşmışdır. 5. məc. Qoxumağa, pis iy verməyə, xarab olmağa başlamaq, pozulmaq. Ət istidən ağırlaşdı. 6. məc. Tənbəlləşmək, atilləşmək; özündə bir ağırlıq hiss etmək, hərəkət edə bilməmək. Yeyəndən sonra adam ağırlaşır. 7. dan. Kökəlmək, ətlənmək, yoğunlaşmaq, tosqunlaşmaq. Vücudu gündən-günə ağırlaşır. 8. məc. dan. Hamilə olmaq, ikicanlı olmaq. 9. məc. Daha ciddi olmaq, təmkinli olmaq. Yaşa dolduqca ağırlaşmaq. 10. məc. Zəifləşmək, eşitmə qabiliyyəti azalmaq. Qulağı ağırlaşmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / ağırlaşmaq

ağırlaşmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

ağırlaşmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 AĞIRLAŞMAQ – YÜNGÜLLƏŞMƏK Soyuqda oturduqca, özünə gəldikcə vücudu ağırlaşır, kürəkləri sancır (Mir Cəlal); Amma elə ki, anam danışdı, elə bil mənim üstümdən dağ götürüldü. Yüngülləşdim və rahat oldum (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / ağırlaşmaq

ağırlaşmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. тяжелеть, отяжелеть, становиться тяжелым; 2. осложняться, осложниться, обостряться, обостриться, ухудшаться, ухудшиться, отяготеть; 3. портиться, тухнуть, начинать портиться, издавать неприятный запах (о продуктах питания); 4. становиться важным, серьезным, солидным; 5. отяжелеть (о последней стадии беременности);

    Azərbaycanca-rusca lüğət / ağırlaşmaq
  • 2 глаг. 1. тяжелеть, отяжелеть: 1) становиться, стать более тяжёлым, прибавлять, прибавить в весе 2) становиться, стать труднее 2. обостряться, обостриться 3. усложняться, усложниться 4. портиться, протухать. Ət ağırlaşır мясо портится 5. ухудшаться, ухудшиться. Xəstənin vəziyyəti ağırlaşır состояние здоровья больного ухудшается 6. осложняться, осложниться 7. становиться, стать важным, серьёзным (о человеке)

    Azərbaycanca-rusca lüğət / ağırlaşmaq

ağırlaşmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to grow* heavier; (çəkidə) to put* on weight; (kökəlmək) to grow* stout; gözləri ağırlaşmaq to become* heavier with sleep; 2. (mürəkkəbləşmək) to become* complicated, to become* worse and worse

    Azərbaycanca-ingiliscə lüğət / ağırlaşmaq

ağırlaşmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. alourdir (s’) ; aggraver (s’) ; devenir vi (ê) de plus en plus lourd, -e ; être pénible (dangereu//x, -se) ; compliquer (se) ; xəstənin vəziyyəti ağırlaşır l’état du malade s’aggrave

    Azərbaycanca-fransızca lüğət / ağırlaşmaq

ağırlaşmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. залан хьун; 2. пис хьун (мес. азарлудан гьал); // амадайни четин хьун (мес. яшайиш); 3. пер. ял акатун, чӀур хьун (мес. як); 4. рах. куьк хьун, як кьун, яцӀу хьун; 5. пер. тенпел хьун, кагьул хьун, хвархвас хьун; 6. пер. рах. кӀвачел (руфунал) залан хьун; 7. пер. зайиф хьун, пис ван атун, залан хьун (япарал).

    Azərbaycanca-ləzgicə lüğəti / ağırlaşmaq

Oxşar sözlər

#ağırlaşmaq nədir? #ağırlaşmaq sözünün mənası #ağırlaşmaq nə deməkdir? #ağırlaşmaq sözünün izahı #ağırlaşmaq sözünün yazılışı #ağırlaşmaq necə yazılır? #ağırlaşmaq sözünün düzgün yazılışı #ağırlaşmaq leksik mənası #ağırlaşmaq sözünün sinonimi #ağırlaşmaq sözünün yaxın mənalı sözlər #ağırlaşmaq sözünün əks mənası #ağırlaşmaq sözünün etimologiyası #ağırlaşmaq sözünün orfoqrafiyası #ağırlaşmaq rusca #ağırlaşmaq inglisça #ağırlaşmaq fransızca #ağırlaşmaq sözünün istifadəsi #sözlük