ağırlıq sözü azərbaycan dilində

ağırlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ağırlıq • 96.1101%
  • Ağırlıq • 3.4156%
  • AĞIRLIQ • 0.4744%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağırlıq qüvvəsi
Cazibə qüvvəsi, qravitasiya qüvvəsi və ya sadəcə cazibə (lat. gravitas—"ağırlıq") — kütləyə malik maddi obyektlərin bir-birini cəzb etməsini bildirən təbii fenomen və fizikada təbiətin dörd fundamental qüvvələrindən biridir (başqalar güclü, elektromaqnit, zəif qüvvələr olmaqla). Cazibənin qarşılıqlı təsiri cazibə sahəsi vasitasilə yayılır və zəif olduğundan elementar zərrəcik fizikasında nəzərə alınmır.Yerin cazibə qüvvəsi nəticəsində cisimlər Yer tərəfindən cəzb edilir. Bu qüvvə həm də Yerin və başqa planetlərin trayektoriyasını təyin edir və bununla astronomiyada böyük rol oynayır. Müasir fizika cazibəyə Ümumi Nisbilik Nəzəriyyəsi çərçivəsində yanaşır, yəni fəza-zamanın əyriliyi kimi. Nyutonun nəzəriyyəsi cazibəni qüvvə kimi hesab edir və Nyutonun Ümumdünya Cazibə Qanunu asan olduğundan bir çox hesablamalarda təqribi qiymətləri tapmaq üçün istifadə olunur. == Yaranmasına dair == Qədim hind müəllifləri sərbəst düşməni artıq cismin kütləsi ilə mütənasib olan və yerin mərkəzinə yönəlmiş qüvvə ilə izah etmişlər. Aristotel yeri bütün cismləri özünə cəlb edən cism kimi təsvir etmişdir. Fars astronomu Məhəmməd ibn Musa IX əsrdə fəza cismlərinin hərkətini casibə qüvvəsi ilə izah etmişdir. Əl-Biruni XI əsrdə hind dilində olan materialları ərəb dilinə çevirir.
Süni ağırlıq
Süni ağırlıq (kosmosda) — kosmik gəmi heyəti üçün Yerdəkinə yaxın həyat şəraitinin yaradılmasını təmin edən süni ağırlıq. Uzunmüddətli kosmik uçuşlar üçün böyük əhəmiyyətə malikdir. Qısamüddətli süni ağırlıq gəminin kütlə mərkəzinə təcil verən reaktiv mühərriklər vasitəsilə yaradılır; uzunmüddətli süni ağırlıq üçün kosmik gəmi (və ya onun tərkib hissələri) öz oxlarından birinin ətrafında fırladılır. Bir-birinə trosla birləşdirilmiş iki kosmik gəmidə süni ağırlıq yaratmaq üçün onlar ümumi kütlə mərkəzi ətrafında fırlandırılmalıdır. Bu halda birləşdiriçi tros uzunluğunun dəyişdirilməsi yolu ilə süni ağırlığı tənzim etmək olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.26 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 20.56
2003 ••• 2.36
2004 ••• 2.36
2005 •• 1.35
2006 •• 2.03
2007 ••• 2.11
2008 0.97
2009 ••••• 4.32
2010 •••••• 5.63
2011 ••• 3.00
2012 •••• 3.18
2013 ••••••• 6.27
2014 •••• 3.60
2015 ••• 3.06
2016 ••• 2.60
2017 ••• 2.28
2018 •• 1.95
2019 •••• 3.20
2020 ••• 2.12

ağırlıq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Ağır şeyin halı (yüngüllük ziddi). Yükün ağırlığı. Daşın ağırlığı. 2. Ağır şey, yük. Ağırlıq qaldırmaq. Ağırlıq qaldıran idmançı. – Qəssab bilmədi ki, bu xalqın nədən; Özü ağırlıqda qəm yükü vardır… B.Vahabzadə. 3. “Ağır”dan mücər. Cəzanın ağırlığı. Cinayətin ağırlığı. Həyatın ağırlığı. İtkinin ağırlığı. Vəziyyətin ağırlığı. Yaranın ağırlığı. Zərbənin ağırlığı. 4. məc. Dərd, qəm, ələm, iztirab. [Nina və Mahrunun] bir-birini qucaqlamasından o qədər xoş bir təsir aldım ki, bir anlıq bütün ağırlıqları unutdum. M.S.Ordubadi. [Balaş:] Gülüşcan, mən böyük ağırlıq içindəyəm, hər günüm bir cəhənnəm əzabıdır. C.Cabbarlı. Ürəkdə həvəs cuş edəndə gözdən axan yaşla ürəkdəki ağırlıq rəf olunur. S.M.Qənizadə. 5. Vüqar, təmkin, ciddilik. [Südabənin] tərpənişində bir ağırlıq, bütün vücudunda bir müvazinət gözə çarpırdı. M.İbrahimov. 6. Ağırlıq hissi, təzyiq hissi. Başımda bir ağırlıq hiss edirəm. – Vahid, mənə çoxdan bu can ağırlıq edirdi; Ey kaş, onu da yarə verib, yüngül olaydım. Ə.Vahid. 7. məc. Qayğı, əziyyət, zəhmət. Ağırlıq üstünə düşdü. ◊ Ağırlıq mərkəzi – bir şeyin məğzi, mahiyyəti, əsli, ən əsas cəhəti. Ağırlıq satmaq – naz eləmək, özünü ağır göstərməyə çalışmaq, təşəxxüs satmaq. Dindirərsən dinməz, ağırlıq satar. M.P.Vaqif.

    Azərbaycan dilinin izahlı lüğəti / ağırlıq

ağırlıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

ağırlıq sözünün antonimləri (əks mənalı sözlər)

ağırlıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. вес; 2. тяжесть, вескость; 3. тягость, бремя, забота; 4. груз, багаж; 5. медлительность, неповоротливость; 6. важность, степенность;

    Azərbaycanca-rusca lüğət / ağırlıq
  • 2 сущ. 1. тяжесть: 1) тяжёлый вес. Yükün ağırlığı altında под тяжестью груза 2) груз. Ağırlıq qaldırmaq поднять тяжесть, ağırlıq mərkəzi центр тяжести, ağırlıq qüvvəsi сила тяжести 3) физическое ощущение тяжести. Zərbənin ağırlığı тяжесть удара, cəzanın ağırlığı тяжесть наказания, itkinin ağırlığı тяжесть утраты, vəziyyətin ağırlığı тяжесть положения 4) тяжеловесность, грузность 2. трудность. Əsas ağırlıq основная трудность; yolun ağırlığı трудность дороги, məsələnin ağırlığı трудность задачи 3. бремя. Nəyin ağırlığı altında под бременем чего 4. важность, солидность, степенность 5. грузило. Tilova ağırlıq bağlamaq привязать к крючку грузило 6. диал. крупные и тяжёлые вещи, оставляемые в селе на время кочёвки ◊ öz ağırlığı qədər pul qoymaq nəyə дорого заплатить за что, дорого обходиться, обойтись кому, слишком дорого дать за что; ağırlığı üzərinə götürmək брать, взять заботы на себя, принимать, принять на себя труд, нести бремя чего

    Azərbaycanca-rusca lüğət / ağırlıq

ağırlıq sözünün inglis dilinə tərcüməsi

ağırlıq sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) poids m (çəki) ; 2) autorité f ; importance f ; solidité f (vüqar, təmkin, ciddilik) ; 3) fardeau m ; charge f ; souci m (qayğı. əziyyət, zəhmət) ; 4) importance f ; gravité f ; sérieux m (ciddiləşmə) ; 5) lenteur f ; lourdeur f ; gaucherie f (ağırlıq hissi) ; 6) grossesse f (hamiləlik) ; ~dan azad olmaq accoucher de. . . ; ~ mərkəzi centre m de gravité ; vəziyyətin ağırlığı la gravité de la situation ; zərbənin ağırlığı force f du coup

    Azərbaycanca-fransızca lüğət / ağırlıq

ağırlıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. заланвал; daşın ağırlığı къванцин заланвал; 2. залан затӀ, ппар; ağırlıq qaldırmaq заланвал хкажун; 3. пер. дерт, гъам, азаб; четинвал, къайгъу, азият, зегьмет; ** ağırlıq satmaq наз авун (гун), вич залан тухуз алахъун, дамах къачун.

    Azərbaycanca-ləzgicə lüğəti / ağırlıq

"ağırlıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağırlıq nədir? #ağırlıq sözünün mənası #ağırlıq nə deməkdir? #ağırlıq sözünün izahı #ağırlıq sözünün yazılışı #ağırlıq necə yazılır? #ağırlıq sözünün düzgün yazılışı #ağırlıq leksik mənası #ağırlıq sözünün sinonimi #ağırlıq sözünün yaxın mənalı sözlər #ağırlıq sözünün əks mənası #ağırlıq sözünün etimologiyası #ağırlıq sözünün orfoqrafiyası #ağırlıq rusca #ağırlıq inglisça #ağırlıq fransızca #ağırlıq sözünün istifadəsi #sözlük