ayrılıq sözü azərbaycan dilində

ayrılıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ayrılıq • 57.7465%
  • Ayrılıq • 40.8451%
  • AYRILIQ • 1.4085%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ayrılıq
Ayrılıq — azərbaycanlı bəstəkar və tarzən Əli Səliminin ərdəbilli şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi mahnı. Mahnı ilk dəfə bəstəkarın həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə Tehran Radiosunda səsləndirilib. == Yaranması == Mahnının bəstəkarı Əli Səlimi 1922-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Onun valideynləri Ərdəbil şəhərindən Bakıya köçmüşdülər. Əli Səlimi tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində bitirmişdir. XX əsrin 30-cu illərinin əvvəlində Əhməd Bakıxanov bu istedadlı şagirdinin yolunu Azərbaycanın orkestr və ansambllarına açdı. Siyasi repressiyaların tüğyan etdiyi 30-cu illərdə Əli Səliminin ailəsi İrana qayıdır. Əvvəlcə Mazandarana, sonra Ərdəbilə, oradan da Tehrana köçürlər. Əli şəhərdəki tanınmış sənət adamları ilə əlaqələr qurur və istedadlı tarzən kimi tanınır və sevilir. Əli Səlimi müsahibəsində "Ayrılıq" mahnısının necə yaranması ilə bağlı belə deyib: "Mən uzun zaman idi bir çox azərbaycanlının həyatına ağrı və kədər gətirən ayrılıq mövzusunda bir mahnı bəstələmək üçün uyğun sözlər axtarırdım.
Ayrılıq imiş
Ayrılıq imiş tammetrajlı bədii filmi rejissorlar Ağaəli Əliyev və Faiq Kərimoğlu tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. İ. F. A şirkətinin istehsalıdır. Film Orxan Hüseyn adlı əyalətdən gələn və məşhurlaşan müğənninin həyatından bəhs edir. Əsas rolları İzzət Bağırov,Natəvan Həbibi və Mehriban Xanlarova ifa edirlər. == Məzmun == Orxan Hüseyn (İzzət Bağırov) adlı müğənninin həyatından bəhs edən filmdə baş qəhrəman əyalətdən gələn bir oğlandır. Yaxşı insanların dəstəyi ilə o, bir xanım bəstəkarla tanış olur. Südabə (Mehriban Xanlarova) adlı bu xanım həm də konsert təşkilatçısıdır. Orxana hədsiz simpatiyası olan Südabə, istəmədən ona vurulur və hər şey də bundan sonra başlanır. Orxan isə Nərmin (Natəvan Həbibi) adlı bir qızla tanış olur və onun məhəbbətini qazanır. Süjet xətti Orxanı dəlicəsinə sevən Südabənin tapançadan açdığı güllə ilə yekunlaşır.
Ayrılıq (film, 1995)
Ayrılıq qısametrajlı bədii filmi rejissor Elçin Cahangirli tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Əlfi Qasımovun "Qağayı fəryadı" povestinin motivləri əsasında çəkilib. Film vaxtilə bir-birini sevən iki gəncin taleyindən bəhs edir. Əsas rolları Nailə Əliyeva və Elçin Cahangirli ifa edirlər. == Məzmun == Film vaxtilə bir-birini sevən iki gəncin taleyindən bəhs edir. Onlar illər sonra bir toy mərasimində qarşılaşırlar. Vaxtilə bir-birilərini sevən bu gənclər baş verən bəzi hadisələr səbəbindən ayrılırlar. İllər sonra bu təsadüfi görüş hər ikisinin sevgi xatirələrini canlandırır. Ancaq necə deyərlər: Ötən günə gün çatmaz, calasan da günü günə...
Aman, ayrılıq (film, 1989)
Aman, ayrılıq qısametrajlı sənədli filmi rejissor Tofiq Mütəllimov tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən bəhs edir. == Məzmun == Film Cənubi Azərbaycanda doğulub böyümüş məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən, Bakıda və Lənkəranda konsertlər verməsindən, tamaşaçılarla görüşlərindən bəhs edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Azər Əbilov Rejissor: Tofiq Mütəllimov Operator: Nizami Abbas, Rəfael Salamzadə == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Ayrılıq imiş (film, 2008)
Ayrılıq imiş tammetrajlı bədii filmi rejissorlar Ağaəli Əliyev və Faiq Kərimoğlu tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. İ. F. A şirkətinin istehsalıdır. Film Orxan Hüseyn adlı əyalətdən gələn və məşhurlaşan müğənninin həyatından bəhs edir. Əsas rolları İzzət Bağırov,Natəvan Həbibi və Mehriban Xanlarova ifa edirlər. == Məzmun == Orxan Hüseyn (İzzət Bağırov) adlı müğənninin həyatından bəhs edən filmdə baş qəhrəman əyalətdən gələn bir oğlandır. Yaxşı insanların dəstəyi ilə o, bir xanım bəstəkarla tanış olur. Südabə (Mehriban Xanlarova) adlı bu xanım həm də konsert təşkilatçısıdır. Orxana hədsiz simpatiyası olan Südabə, istəmədən ona vurulur və hər şey də bundan sonra başlanır. Orxan isə Nərmin (Natəvan Həbibi) adlı bir qızla tanış olur və onun məhəbbətini qazanır. Süjet xətti Orxanı dəlicəsinə sevən Südabənin tapançadan açdığı güllə ilə yekunlaşır.
Ayrılıq bir dənizmiş... (film, 2002)
Ayrılıq bir dənizmiş... qısametrajlı sənədli televiziya filmi 2002-ci ildə Azərbaycan televiziyasında istehsal edilmişdir. Film bəstəkar, Azərbaycanın xalq artisti, bir çox məşhur mahnının müəllifi, çox sayda Azərbaycan filminin musiqilərinin bəstəkarı Emin Sabitoğlunun xatirəsinə həsr olunmuşdur. == Məzmunu == Film bəstəkar, Azərbaycanın xalq artisti, bir çox məşhur mahnının müəllifi, çox sayda Azərbaycan filminin musiqilərinin bəstəkarı Emin Sabitoğlunun xatirəsinə həsr olunmuşdur.
Ayrılıqdan o yana... (film, 2013)
Ayrılıqdan o yana... qısametrajlı sənədli televiziya filmi 2013-cü ildə Azərbaycan televiziyasında istehsal edilmişdir. Film bəstəkar, Azərbaycanın xalq artisti, yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyən görkəmli sənətkar Elza İbrahimovanın həyat və yaradıcılığından bəhs edir. == Məzmun == Film bəstəkar, Azərbaycanın xalq artisti, yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyən görkəmli sənətkar Elza İbrahimovanın həyat və yaradıcılığından bəhs edir.

ayrılıq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Başqalıq, müxtəliflik, birbirinə bənzəməzlik; fərq, uyğunsuzluq. Fikir ayrılığı. Üsul ayrılığı. Bunların arasında heç bir ayrılıq yoxdur. 2. Yaxın adamlarından, sevgilisindən, dostundan uzaqda keçən həyat; hicran, fəraq, firqət. Ayrılığa dözməmək. – Əğyar aramıza saldı ayrılıq; Getdi canan yüz naz ilə, gəlmədi. Aşıq Dilqəm. Zimistan oldu, gənə gəldi bahar; Ayrılıq eylədi məni intizar. Aşıq Pəri. Mən ki doymamışdım heç vüsalından; Mənə zülm elədi yaman ayrılıq. N.Rəfibəyli. // Ayrılma. [Cəmil bəy:] Ayrılıq zamanı yaxınlaşınca birdən-birə gözlərim yaşardı. H.Cavid.

    Azərbaycan dilinin izahlı lüğəti / ayrılıq

ayrılıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 başqalıq — müxtəliflik

    Azərbaycan dilinin sinonimlər lüğəti / ayrılıq
  • 2 AYRILIQ, HİCRAN Nə hicran, nə ayrılıq, nə iztirab; Yox, bunun adı yoxdur! (Ə.Kürçaylı); FƏRAQ (kl.əd.) [Gövhərtac:] İllərcə fəraqını çəkməkdən canım dərdə düşdü (Ə.Haqverdiyev); FİRQƏT (kl.əd.) Yıxılmış şəhri xaraba dönmüş; Firqətin damu tək əzaba dönmüş (M.P.Vaqif); HİCR (kl.əd.) Sənsiz ömrüm bənzəyər bir zavallı yetimə; Dedim ki, son qoyarsan hicrimə, həsrətimə (M.Rahim).

    Azərbaycan dilinin sinonimlər lüğəti / ayrılıq

ayrılıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. разлука; 2. различие, разница, расхождение; 3. обособленность, изолированность;

    Azərbaycanca-rusca lüğət / ayrılıq
  • 2 сущ. 1. разлука. Ayrılıq günləri дни разлуки, ayrılıqdan sonra после разлуки 2. одиночество. Ayrılığa dözmək терпеть одиночество 3. различие, разность, разница, расхождение. Metodların ayrılığı разность методов, onların arasındakı ayrılıq разница между ними 4. обособленность, изолированность 5. особенность

    Azərbaycanca-rusca lüğət / ayrılıq

ayrılıq sözünün inglis dilinə tərcüməsi

ayrılıq sözünün fransız dilinə tərcüməsi

ayrılıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. ччаравал, масакӀавал, жуьреба-жуьревал, сад-садаз ухшар туширвал; фаркь, тафаватвал (мес. фикиррин ва мс.); 2. ччара хьун; // къакъатнаваз хьун, гьижран (мукьвабурувай, кӀанидавай, дустунивай къакъатна фейи уьмуьр).

    Azərbaycanca-ləzgicə lüğəti / ayrılıq

"ayrılıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ayrılıq nədir? #ayrılıq sözünün mənası #ayrılıq nə deməkdir? #ayrılıq sözünün izahı #ayrılıq sözünün yazılışı #ayrılıq necə yazılır? #ayrılıq sözünün düzgün yazılışı #ayrılıq leksik mənası #ayrılıq sözünün sinonimi #ayrılıq sözünün yaxın mənalı sözlər #ayrılıq sözünün əks mənası #ayrılıq sözünün etimologiyası #ayrılıq sözünün orfoqrafiyası #ayrılıq rusca #ayrılıq inglisça #ayrılıq fransızca #ayrılıq sözünün istifadəsi #sözlük