Ayrıldıq ki, qovuşaq (film, 2013)
"Ayrıldıq ki, qovuşaq" — 2013-cü ildə Azərbaycanda Azad Azərbaycan TV-nin "Vətənim yaradıcılıq birliyi" tərəfindən istehsal olunmuş qısametrajlı sənədli televiziya filmi..
== Məzmun ==
Film Azərbaycan SSR xalq yazıçısı Süleyman Rəhimov və onun iki övladı Şamo Rəhimov və Şamo Arifin həyatından bəhs edir.
== Təqdimatı ==
Filmin təqdimat mərasimi 2013-cü ilin iyun ayında Bakı şəhərində olmuşdur.
== Filmin üzərində işləyənlər ==
Rejissor: Emil Babayev
Ssenari müəllifi: Günay Novruz
Operator: Nəsimi Babayev, Şahin Mustafayev
Prodüser: Rinat Qurbanoğlu
== Texniki göstəriciləri ==
Filmin xronometrajı 44 dəqiqədir.