ayğır sözü azərbaycan dilində

ayğır

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ayğır • 80.0000%
  • Ayğır • 17.1429%
  • AYĞIR • 2.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ayğır
Ayğır — yetkin erkək at. Cinsi yetişkənliyinə bir il-ilyarımlıqda çatır, lakin döllük məqsədilə 3 yaşından istifadə olunur. Bir mövsüm ərzində hər ayğıra əl üsulu ilə cütləşdirmədə 35–40, ilxıda cütləşdirmədə 20–25, süni mayalandırmada 500-dək madyan ayrıla bilər. Cavan ayğıra cütləşmək üçün birinci il normanın yarısı qədər, ikinci ildən isə tam norma ilə madyan ayrılır. Yaxşı yemlənən və düzgün istifadə olunan ayğırı 16–18 il cütləşdirmək olar. Döl götürmək üçün, adətən, cins ayğırlardan istifadə edilir. Damazlığa yaramayan ayğır 2–3 illikdə axtalanıb işlək at kimi istifadə olunur.
Ayğırbatkan (Əbyəlil)
Ayğırbatkan kəndi (başq. Айғырбатҡан) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Aksar kənd sovetliyinə daxil olan kənd. Adının mənası başqırd dilindən tərcümədə Ayğır batan mənasını verir. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ayğırbatkan kənd ərazisin milli tərkibi: başqırdlar — 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 5 km., kənd sovetliyindən (Askar): 5 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitoqorsk): 52 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Ayğırgöl
Ayğırgöl — İrəvan quberniyasmda Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu rayonunda kənd. == Tarixi == Ayğırgöl kəndi Üçkilsə (Eçmiədzin) — Sərdarabad (Oktemberyan) yolunun üstündə, Ayğırgölün yanında yerləşir. Kəndin adı Ayğırgölün adından götürülmüşdür. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Aknaliç qoyulmuşdur. Ayğırgöl kəndi Ermənistanda yeganə yezidi məbədinin yerləşdiyi məntəqədir. Kuba mere divane kimi tanınan məbəd 2019-cu ilin sentyabrında açılmışdır. Bu, dünyanın ən böyük yezidi məbədi hesab edilir. 25 metr hündürlüyü olan məbəd Rusiyada yaşayan yezidi biznesmen Mirzə Sloyan tərəfindən maliyyələşdirilmişdir.
Ayğırqum
Ayğırqum (qaz. Айғырқұм) — qumluqlardan ibarət olan, Şərqi Qazaxıstan vilayəti ərazisində yerləşən səhra. İrtış çayının vadisindən Zaycan gölü sahillərinə qədər uzanır. Uzunluğu 35–40 km, eni 12– 15 km təşkil edir. Dördüncü dövr buzlaşması dövründə təməli formalaşmışdır. Bitki örtüyünün əsasını yovşan və digər kol bitkiləri təşkil edir. İqlimi kontinentaldır. Soyuq qışa (—34—40°С) və quru, isti yaya (orta temperatur 24°С, malsimal tenperatur 40—42°С) malikdir. İllik yağıntının miqdarı 200 mm təşkil edir. Yağıntı əsasən yağış halında düşür.
Ayğırçəmən-i Süfla (Bostanabad)
Ayğırçəmən-i Süfla (fars. ايقرچمن سفلي‎) və ya Aşağı Ayğırçəmən — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (9 ailə).
Ayğırçəmən-i Ülya (Bostanabad)
Ayğırçəmən-i Ülya (fars. ايقرچمن عليا‎) və ya Yuxarı Ayğırçəmən — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (18 ailə).

ayğır sözünün leksik mənası və izahı

  • 1 Döllük erkək at. (“Koroğlu” dastanının lüğəti) Koroğlunun ipə-sapa yatmayan, qoruq-qaytaq bilməyən ayğırları ilxı ilə göy ota buraxılmışdı. (“Düratın itməyi”) * Dürat ola, çöl ola, xam dəli ayğırlar ola. (“Düratın itməyi”)

    Azərbaycan dastanlarının leksikası / ayğır

ayğır sözünün etimologiyası

  • 1 Bəzi heyvanların (ən çox atın) erkəyinə deyirlər. Bir ehtimala görə, bu söz hay­qırmaq, qışqırmaq sözlərinin modeli üzrə ay (səs) sözündən əmələ gəlib. Ayğır kəlməsinin mənası “qışqırmaq” deməkdir. Erkək at olan və döl üçün bəslə­nən ayğırın necə kişnəməsi yaxşı məlumdur. İkinci ehtimala görə, söz ayğır (azğır, adğır, ağyır) formasında olub (həqiqətən, mənbələrdə bu, mövcuddur) və ağ (yuxarı) sözü ilə bağlıdır: “yuxarı, üstünə sıçrayan” deməkdir. Hətta xoruz yerinə, toyuq ayğırı birləşməsindən istifadə edilən vaxtlar olub. İkinci mülahizə daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ayğır

ayğır sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 AYĞIR – MADYAN Ayğır başını qaldırıb ilxıya gələn qatıra diqqətlə baxdı (S.Rəhimov); İki madyana yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdi (“Koroğlu”).

    Azərbaycan dilinin antonimlər lüğəti / ayğır

ayğır sözünün rus dilinə tərcüməsi

  • 1 1. жеребец-производитель; 2. перен. имеющий животную страсть к женскому полу, невоздержанный;

    Azərbaycanca-rusca lüğət / ayğır
  • 2 сущ. жеребец: 1. жеребец-производитель 2. перен. разг. мужчина, проявляющий грубую животную страсть, чувственное влечение к женскому полу

    Azərbaycanca-rusca lüğət / ayğır

ayğır sözünün inglis dilinə tərcüməsi

ayğır sözünün fransız dilinə tərcüməsi

"ayğır" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ayğır nədir? #ayğır sözünün mənası #ayğır nə deməkdir? #ayğır sözünün izahı #ayğır sözünün yazılışı #ayğır necə yazılır? #ayğır sözünün düzgün yazılışı #ayğır leksik mənası #ayğır sözünün sinonimi #ayğır sözünün yaxın mənalı sözlər #ayğır sözünün əks mənası #ayğır sözünün etimologiyası #ayğır sözünün orfoqrafiyası #ayğır rusca #ayğır inglisça #ayğır fransızca #ayğır sözünün istifadəsi #sözlük