* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 20.56 |
2003 | •••••••••••••• | 14.17 |
2004 | •••••••••••••••• | 16.17 |
2005 | •••••••••••••••••• | 17.54 |
2006 | •••••••••••••••• | 16.44 |
2007 | •••••••••• | 9.73 |
2008 | •••••••••••• | 12.18 |
2009 | ••••••••••••••• | 14.72 |
2010 | •••••••••••••••• | 16.07 |
2011 | ••••••••••• | 10.38 |
2012 | •••••••• | 7.57 |
2013 | ••••••••••••• | 12.69 |
2014 | •••••••• | 7.72 |
2015 | •••• | 3.74 |
2016 | ••••• | 4.16 |
2017 | •••••• | 5.69 |
2018 | ••••• | 4.34 |
2019 | ••••• | 4.73 |
2020 | •••••• | 5.57 |
1 sif. 1. Bir şeyin sırasında sonuncu, ən axırdakı; ən axırda olan (gələn). Axırıncı tamaşa. Axırıncı dərs. Küçədə axırıncı bina. Axırıncı qurtum. Axırıncı dəfə. Axırıncı iclas. Axırıncı aşırım. Həftənin axırıncı günü. – …Günün axırıncı şəfəqi uca ağacların başını qızıl rəngində etmişdi və nazik yel yavaş-yavaş əsib yarpaqları tərpədirdi. N.Nərimanov. Axırıncı sözləri eşidəndən sonra Mahmud … arxayın ola biləcəyini yəqin etdi. Ə.Əbülhəsən. // İs. mənasında. Axırıncı kimdir? Axırıncı mənəm. Axırıncı da getdi. 2. Ailədə hamıdan kiçiyi. Ailədə axırıncı uşaq. Axırıncı oğul. Axırıncı övlad. 3. Qəti, son, qurtaracaq. Axırıncı qiymət. Mən hələ axırıncı sözümü söyləməmişəm. Bu mənim axırıncı qərarımdır. 4. Ən yeni, ən təzə, yenicə meydana çıxmış, son. Axırıncı moda. Texnikanın axırıncı nailiyyəti. Elmin axırıncı sözü. 5. Ən pis, ən əhəmiyyətsiz. Axırıncı yerdə durmamaq üçün gecə-gündüz çalışmaq lazımdır. // Daha az əhəmiyyəti olan. Axırıncı rolları ifa etmək.
Azərbaycan dilinin izahlı lüğəti / axırıncı3 AXIRINCI O, axırıncı dəfə qarını danlayıb evindən qovmuşdu (S.Rəhimov); SONUNCU Mən sonuncu dəfə bu küçə ilə nə vaxt getmişəm? – yadıma gəlmir... (Elçin); AXIRDAKI, XATƏM (ən sonuncu).
Azərbaycan dilinin sinonimlər lüğəti / axırıncı2 прил. 1. последний: 1) конечный. Axırıncı zəng последний звонок, axırıncı imtahan последний экзамен, axırıncı dəqiqə последняя минута, axırıncı dəfə (в) последний раз, axırıncı kurs последний курс, axırıncı görüş последняя встреча, axırıncı kimdir? кто последний?: 2) завершающий. Təhsilin axırıncı ili последний год учёбы, axırıncı cild последний том 3) крайний. Axırıncı möhlət последний срок 4) окончательный. Axırıncı variant последний (окончательный) вариант 5) последний, оставшийся. Axırıncı pulunu xərcləmək израсходовать последние деньги 6) самый новый. Axırıncı moda последняя мода 2. заключительный. Axırıncı söz заключительное слово, axırıncı hissə заключительная часть ◊ axırıncı vasitəyə əl atmaq использовать последний шанс, разыгрывать, разыграть последний козырь; axırıncı qəpiyinə qədər xərcləmək ставить, поставить ребром последнюю копейку; axırıncı yeri tutmaq занимать, занять последнее место; axırıncı (son) mənzilə yola salmaq провожать, проводить в последний путь; axırıncı söz nədə последнее слово в чём. Elmdə axırıncı söz последнее слово в науке; axırıncı tikəsini əlindən vermək kimə давать последний кусок к ому-л., axırıncı tikəsini əlindən almaq kimin отнять последний кусок у кого; axırıncı tikəsini bölmək kimlə делиться последним куском с кем
Azərbaycanca-rusca lüğət / axırıncı1 s. 1. last; axırıncı cəhd the last effort; axırıncı dəfə the last time; axırıncı dəqiqədə at the last moment; axırıncı söz the last word; Bu mənim axırıncı sözümdür It’s my last word; 2. final; axırıncı fəsil the final chapter; axırıncı nəticələr final results; Bu vuruş axırıncı idi This battle was final; 3. the latest; axırıncı dəb / moda the latest fashion
Azərbaycanca-ingiliscə lüğət / axırıncı1 sif. derni//er,-ère ; final,-e ; ultime ; suprême ; extrême ; ~ cəhd le derrnier effort ; ~ dəfə la dernière fois ; ~ dəqiqədə le moment ultime ; ~ söz le dernier mot ; ~ nəticələr les derniers résultats
Azərbaycanca-fransızca lüğət / axırıncı