* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Heyvanlara yem tökmək üçün taxtadan, daşdan və s.-dən qayırılan divara yapışıq qab, qutu. [Əmioğlu:] Budaq baba, … atı axura çək, rahat et, sonra uşaqlarınız ilə otağa buyurun, bizə qonaq olun. S.S.Axundov. Firidun söhbəti kəsib, yenə axurun üstündə oturdu. M.İbrahimov. Nadir axura arpa, saman töküb tövlənin o biri başında olan səkinin üstünə çıxdı. B.Talıblı. 2. məh. İçində üzümü əzib, suyunu çıxarmaq üçün içərisi yonulub dərinləşdirilmiş tava daşı. Baba isə üzümləri dərib gətirər, daş axura töküb, şalvarını dizinədək çırmalayır … və şirə yığırdı. H.Sarabski.
Azərbaycan dilinin izahlı lüğəti / axur2 Heyvanlara yem tökmək üçün taxta, daş, və s.-dən düzəlmiş qab, qutu. (“Koroğlu” dastanının lüğəti) Sən tövlədə hər day üçün qırx gözlü bir axur qayıracaqsan. (“Alı kişi”) * Qoç Koroğlu qonar olsa yəhərə, Yağı düşmənləri salar qəhərə, Axurda arpasın qoymaz səhərə, Dara düşsəm, mənə kömək Qıratım. (“Koroğlunun İstanbul səfəri”) * Mirzə oğluna tapşırdı ki, dayça üçün yerin altında bir tövlə tiksin. Rövşən atasının dediyinə əməl etdi. Tövlədə iki axur, axurların arasında da bir hovuz tikdi. Hovuzu su ilə doldurub axurlara da çoxlu arpa, saman tökdü. (Paris nüsxəsi, 1-ci məclis)
Azərbaycan dastanlarının leksikası / axur1 Axır kimi də işlədilir, farsca “tövlə” deməkdir, bizdə mənası dəyişib.
Azərbaycan dilinin etimologiya lüğəti / axur2 I сущ. кормушка, стойло, ясли. Avtomatik axur автокормушка II прил. стойловый. Mal-qaranın axur şəraitində saxlanılması стойловое содержание скота, axur rejimi стойловый режим, axur dövrü стойловый период
Azərbaycanca-rusca lüğət / axur1 сущ. 1. тӀун, ахур; 2. нугъ. вичин къене цпицӀар шупӀна яд (меже) хкудун патал къен акъудна деринарнавай чебрекьандин къван.
Azərbaycanca-ləzgicə lüğəti / axur