Axura sözü azərbaycan dilində

Axura

Yazılış

  • Axura • 82.7957%
  • axura • 15.0538%
  • AXURA • 2.1505%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Axura
Axura — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Dərələyəz silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Keçmiş adı Yeni Axura olmuşdur. Axura adlı yaşayış məntəqəsinin adı ilk dəfə VII əsrə aid mənbədə çəkilir. 1840-cı il iyunun 20-də güclü zəlzələ nəticəsində Ağrı dağının ətəyində yerləşən Axura kəndi dağılmış, kəndin əhalisi indiki əraziyə köçərək Yeni Axura kəndinin əsasını qoymuşdur. Sonralar oykonimin birinci komponenti düşmüş, kənd Axura adlandırılmışdır. == Əhalisi == Əhalisi 1571 nəfərdir. === Tanınmış şəxlər === Muxtar İmanov — AMEA Folklor İnstitutunun direktoru Məhəmməd İsmayılov — iş adamı.
Axura nekropolları
Axura nekropolları — Şərur rayonunda Axura kəndinin şərq qurtaracağında dəmir dövrünün sonuna aid arxeoloji abidə. == I Ахurа nеkrоpоlu == Nеkrоpоl Ахurа kəndinin şərq qurtаrаcığındа "Yuхаrı bulаq", "Tеymurun bаğı" аdlаnаn sаhənin yахınlığındа yеrləşir. Ахurаçаyın sаğ sаhilində yеrləşdiyindən nеkrоpоlun bir hissəsini sеl sulаrı yuyub dаğıtmışdır. Sаlаmаt qаlmış hissənin sаhəsi 150 х 100 mеtrdir. Bаşdаşılаrı nəhəng dаşlаrdаn ibаrət оlub kоnusvаri fоrmаlıdır. Tədricən kiçilmiş hissədə diаmеtri 20 х 25 sm оlаn dеşik аçılmışdır. Görünür, dаşlаrа bu hissədən ip bаğlаnmış və sürümə üsulu ilə qəbirstаnlığа gətirilmişdir. Nеkrоpоldа iki tоrpаq qəbir tədqiq еdilmişdir. Qəbirlərin dərinliyi 1,5 mеtr, uzunluğu isə 1,85 m-dir. Оnlаrın hər ikisində kişi sklеti аşkаr оlunmuşdur.
Axura çayı
Axuraçay — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda çay. == Haqqında == Axura çayı Şərqi Arpaçayın sol qoludur. Mənbəyini Keçəltəpə dağından, 2460 metr yüksəklikdən alır. Qabaqlıçay da adlanır. Üzərində Axura körpüsü vardır. Mənbələrdə axur/akur/akuru sözləri "əhatə olunmuş, bəndə salınmış; sakit, səssiz, yavaş, sərbəst" mənalarını ifadə edir. Çayın ikinci adı da həmin mənaya uyğun gəlir.
Axura (Dərəlyəz mahalı)
AKURİ (AXURA) — İrəvan xanlığının Dərələyəz mahalında kənd adı. == Tarixi == Böyük Ağrı dağının yamacında yerləşən Axura kəndi 1840-cı ildə zəlzələdən dağılmışdır. (M. F. Axundovun "Müsyö Jordan və Dərviş Məstəlişah" komediyasında cadugər Məstəlişah Şəhrəbanu xanıma deyir: "Əcinnələrə, ifritələrə hökm etdim ki, tamam Naxçıvan, Şərur mahallarının dağlarını qaldırıb yer ilə yeksan etsinlər ki, zərbindən Aqri dağının bir tərəfi də qopub tökülüb Akur kəndini batırdı". M. F. Axundov. Əsərləri. I cild, s.68). Kəndin sağ qalmış əhalisi köçüb haqqında danışdığımız kəndi yaratmışdır. Ona görə kənd Yeni Axura adlanmışdır. İlk dəfə Urartu mənbələrində (er.əv. VIII əsr) Akuriayni kimidir.
Axura Qaradağ Ocağı
Axura Qaradağ Ocağı — Şərur rayonundakı ziyarətgah == Haqqında == Ocağın mərkəzində nəhəng prizmatik-konusvarı formalı qara daş var.; daşın ətrafında kiçik ölçülü bir neçə daş düzülmüşdür. Əfsanəyə görə, qara daş göydən zühur etmiş ana, ətrafındakı daşlar isə onun övladlarıdır. Odur ki,ocağa yalnız qadınlar və uşaqlar gedə bilər. Arzu və niyyətinin həyata keçməsini istəyən şəxslər ocağa nəzir deyir, arzularına çatdıqda ortaya nəzir aparırlar. Axtarışlar nəticəsində ocağın həyətindən XIII əsr- XIV əsrlərə aid saxsı qab qırıqları aşkar edilmişdir. Görünür, ocaq da həmin dövrə aiddir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Kültəpə yaşayış yeri (Axura, Şərur)
Kültəpə yaşayış yeri — Şərur rayonunda, Qоşatəpədən 2 km şərqdə, Axuraçayın sağ sahilindəki təpəliklər üzərində antik dövrə aid yaşayış yeri. Sahəsi 7-8 ha. 2x2 ölçüdə 1,5 m dərinlikdə aparılmış qazıntılardan divarqalığı aşkara çıxarılmışdır. Qazıntı sahəsindən 20-25 sm qalınlığında kül təbəqəsi, оsteоlоji və bitki qalıqları aşkar edilmişdir. Qazıntı sahəsinin kül təbəqəsi ilə örtülməsi yaşayış yerinin yandırıldığından xəbər verir.Tikinti materialı kimi yonulmuş təbii qaya parçalarından istifadə edilmişdir. Döşəməsi isə qalın gil təbəqəsi ilə örtülmüşdür.
Axuraçay
Axuraçay — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda çay. == Haqqında == Axura çayı Şərqi Arpaçayın sol qoludur. Mənbəyini Keçəltəpə dağından, 2460 metr yüksəklikdən alır. Qabaqlıçay da adlanır. Üzərində Axura körpüsü vardır. Mənbələrdə axur/akur/akuru sözləri "əhatə olunmuş, bəndə salınmış; sakit, səssiz, yavaş, sərbəst" mənalarını ifadə edir. Çayın ikinci adı da həmin mənaya uyğun gəlir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.18 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.57
2007 ••• 0.21
2009 ••••••••••••• 0.96
2010 •••••• 0.45
2013 •• 0.15
2014 ••••••• 0.51

Oxşar sözlər

#axura nədir? #axura sözünün mənası #axura nə deməkdir? #axura sözünün izahı #axura sözünün yazılışı #axura necə yazılır? #axura sözünün düzgün yazılışı #axura leksik mənası #axura sözünün sinonimi #axura sözünün yaxın mənalı sözlər #axura sözünün əks mənası #axura sözünün etimologiyası #axura sözünün orfoqrafiyası #axura rusca #axura inglisça #axura fransızca #axura sözünün istifadəsi #sözlük