Alaria alata
Alaria alata (lat. Alaria alata) — chromista aləminin yastı qurdlar tipinin trematodlar sinfinin diplostomida dəstəsinin diplostomatidae fəsiləsinin alaria cinsinə aid heyvan növü.
== Növün xarakterik morfoloji əlamətləri ==
Bədənin uzunluğu 2,2 – 6,0 mm, maksimal eni 1,26 – 1,66 mm-dir. Ağız sormacının diametri 0,054 – 0,160 mm-dir. Ağız sormacının yanlarında qulağabənzər iki çıxıntı yerləşir. Farinksin uzunluğu 0,110 – 0,150 mm-dir. Bağırsaq farinksin bilavasitə ardınca başlanır. Qarın sormacının diametri 0,086 – 0,149 mm olub, baş hissədən 0,34 – 0,70 mm məsafədə yerləşir. Udlağın uzunluğu 0,110 – 0,150 mm, eni 0,086 – 0,100 mm-dir. Qida borusu yoxdur.