Alaxançallı
Alaxançallı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qaraqullar kənd inzibati ərazi dairəsində kənd.
Yaşayış məntəqəsi XIX əsrin ortalarında yaranmışdır. Tədqiqatçıların bir hissəsi toponimi ayrımların alaxançallı nəslinin adı ilə, digər hissəsi isə "xəncər gəzdirən Alı" yozumu ilə bağlayırlar. Bu oykonim 1917-ci ildə Alıxançalı şəklində qeydə alınmışdır. Oykonimin düzgün variantı da elə budur. Kəndin adı Alıxan (antr., alıxanlı nəslinin banisi), çal (bozqır, geniş düzən, meşəsiz sahə) və -ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "Alıxana və ya alıxanlı nəslinə aid düzənlik yer" deməkdir.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Gəncəçayın sahilində, Qoşqar dağının ətəyində yerləşir.
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kənddə Alaxançallı kənd kitabxana filialı, Alaxançallı kənd klubu fəaliyyət göstərir.