* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Camaat, kütlə, böyük dəstə, izdiham, çoxlu miqdarda adam. Çinardan tökülən sarı yarpaqlar, yavaş-yavaş irəliləyən bir cənazə alayının ayaqları altında … xışıltı ilə səslənirdi. H.Nəzərli. Zeynal matəm alayını təqib edənlərə məxsus məyus addımlarla sahil boyu ilə evə qayıdırdı. S.Hüseyn. 2. Diviziya tərkibinə daxil olan müstəqil qoşun vahidi; polk. On altıncı Minqrel alayının bir rotası və yüz nəfər kazak Bakıya gətirilmişdir. M.S.Ordubadi. Topçular alayı gəlir arxadan; Fırlanır dolaşıq təkər səsləri. S.Vurğun. Diviziyanın alayları, hər alayın bölükləri kənd aralarında, meşəliklərdə, dağda-daşda yerləşmişdi. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / alay3 Böyük dəstə, kütlə, izdiham. (“Koroğlu” dastanının lüğəti) Dəlilər yeriyir, alaylar bükür, Düşmanlar əlindən dad, həzər çəkir, Quşlar qanad salır, şahlar tük tökür, Bir de, qoç Koroğlu, nədən məlulsan? (“Eyvazın Çənlibelə gətirilməyi”)
Azərbaycan dastanlarının leksikası / alay2 1. ALAY Diviziyanın alayları, hər alayın bölgüləri kənd aralarında, meşəlikdə, dağda-daşda yerləşmişdi (S.Rəhimov); POLK (köhn.) Firudunu polk qərargahının qarşısında saxlamışdılar (Mir Cəlal). 2. alay bax camaat
Azərbaycan dilinin sinonimlər lüğəti / alay2 I сущ. полк: 1. войсковая единица. Alay komandiri командир полка, alay bayrağı знамя полка, nişançı alayı стрелковый полк 2. перен. группа, масса, множество людей II прил. полковой. Alay topçu batareyası батарея полковой артиллерии
Azərbaycanca-rusca lüğət / alay1 i. regiment hərbi-hava ~ı air regiment; (İngiltərədə) group (in air forces)
Azərbaycanca-ingiliscə lüğət / alay1 is. 1) régiment m ; 2) régimentaire adj ; ~ bayrağı drapeau m du régiment ; ~ komandiri commendant m du régiment ; ~a qəbul etmək enrégimenter vt ; atıcı ~ı régiment d’infanterie (de tirailleurs) ; tank ~ı régiment de chars ; təyyarə ~ı groupe m aérien ; xaricilərdən ibarət ~ (xarici Legion ~ı) régiment d’étrangers ; régiment de la Légion étrangère
Azərbaycanca-fransızca lüğət / alay