alay-bulay sözü azərbaycan dilində

alay-bulay

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • alay-bulay • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alay
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Alay silsiləsi
Alay silsiləsi — Qırğızıstanın cənubunda və qismən Tacikistanda dağ silsiləsi. Hündürlüyü 5,539 metrədək, uzunluğu 400 kilometrdir. Cənubdan Fərqanə vadisini əhatə edir. Qumlu-gilli və metamorfik şistlərdən, kristallik süxurlardan ibarətdir. Yal hissələrində qar və buzlaqlar var. Dağətəyi sahəsində yarımsəhra bitkiləri yayılmışdır. Yamacları ağot və şırımlı topal bitkilərindən ibarət quru çöllərdir, daha yüksəyə qalxdıqca çəmən-çöl bitkiləri və ardıc meşələri, 3,000–3,100 metr yüksəklikdə alp çəmənlikləri ilə əvəz olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Корженевский Н. Л. Ледники северного склона Алайского хребта. — Труды САГУ. Новая серия. Выпуск LXIV. Географические науки: Книга 6.
Azov (alay)
"Azov" xüsusi təyinatlılar dəstəsi (ukr. Окремий загін спеціального призначення «Азов») — Ukrayna Milli Qvardiyasının Şərq Əməliyyat-Ərazi Birliyinin 3057 saylı hərbi hissəsinin tərkibində olan bölmə.Bölmə 2014-cü ilin may ayında Mariupolda könüllülərdən, ilkin olaraq Ukrayna Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Patrul Xidmətinin batalyonu kimi yaradılıb. 2014-cü ilin sentyabrında alaya çevrilib. 2014-cü ilin noyabrında Ukrayna Milli Qvardiyasının tərkibinə daxil olub. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra alay Mariupolun mühasirəsi zamanı şəhərin müdafiəsindəki roluna görə yenidən diqqət çəkdi. == Yaradılma tarixi == 2014-cü il aprelin 13-də Ukraynanın daxili işlər naziri Arsen Avakov Ukrayna Daxili İşlər Nazirliyinin patrul xidmətinin “mülki birləşmələr əsasında” xüsusi bölmələrinin yaradılması barədə qərar qəbul edildiyini açıqladı.Batalyonun keçmiş rəhbərlərindən biri Yaroslav Qonçarın sözlərinə görə, Azov batalyonu mayın 4-də Mariupol şəhər şurasının deputatı Aleksandr Yaroşenko, Avromaydan fəalı Yaroslav Qonçar, Ukraynanın xalq deputatı Oleq Lyaşkonun, Sosialist Milli Assambleyasının mətbuat katibi İqor Mosiyçuk və siyasətçi Dmitri Korçinskinin iştirak etdiyi toplantıda fəaliyyətə başlayıb. İclasda iki qrupun - Avromaydan fəalları və Mosiyçukun "qara adamlar"ının (ultramillətçilər) birləşdirilməsi qərara alındı. Batalyonun tərkibində Kiyev ultrasları da var idi.Avakovun himayəsi batalyona qurulandan altı ay sonra öz sayını artırmağa və alay statusu almağa imkan verdi. Kadr hazırlığı Zaporojye vilayətinin Berdyansk şəhərində baş tutdu. 2014-cü ilin məlumatına görə, bu yaşayış məntəqəsi bölmənin əsasını təşkil etmişdir..
Cavan Alay
Səmədov Alay Məmməd oğlu - el şairi. == Həyatı == Səmədov Alay Məmməd oğlu 1942-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Şerlərində xalq ədəbiyyatı ənənələri üstünlük təşkil edib. Lirik duyğular, məhəbbət, Vətən və xalqa bağlılıq mənəvi ucalıq el şairinin yaradıcılığının əsas mövzusu olub. O, aşıq şeirinin, demək olar, bütün janrlarında dillər əzbəri olan şeirlər yazıb. Hələ sağlığında onun yaradıcılıq örnəkləri aşıqların repertuarında özünəməxsus yer tutub. Uzun müddət yerli dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışmış Cavan Alayın şəxsiyyəti və yaradıcılığı hər zaman yaradıcı insanlar, onu tanıyanlar, iş yoldaşları və oxucuları üçün əziz olub. == Kitabları == "Mənim də qəlbimin bir arzusu var" == Haqqında yazılanlar == “Tovuzlu Alayı tanı” adlı kitab.
Xay-alay
Xay-alay — üç tərəfi divarla örtülü bir sahədə kauçukdan hazırlanmış sərt bir topu divara vurma və tutmağa əsaslanan oyun. İspaniyada Pelota Vasca adlanır. Bask (Basklar İspaniyanın şimalı və Fransanın cənub qərbindəki bölgədə yaşayan bir xalqdır) mənşəli olan oyun 1900-cü ildə Kubada oynanmağa başladıqdan sonra Qərb Yarımkürəsində xay-alay olaraq adlandırılmışdır. Ənənəvi olaraq ən yaxşı xay-alay oyunçuları Bask Ölkəsindən çıxmışdır. Hal-hazırda İspaniya, Fransa, Kuba, Meksika və Filippinin bəzi bölgələrində geniş şəkildə oynanmaqdadır.
Alay Bəhramov
Alay Bəhramov (11 dekabr 1966, Masallı) — Keçmiş azərbaycanlı futbolçu. Futbol üzrə Azərbaycan Liqasının 1997–98 və 2001–02 mövsümunun bombardiri. Azərbaycan çempionatları tarixində eyni komandada ən çox qol vuran oyunçular sıralamasında, "Viləş" klubunun heyətində vurduğu 93 qolla, siyahıda futbolçu Nazim Əliyevlə birlikdə 3–4-cü yerləri böluşdurur. == Karyerası == Karyerasına Lənkəranın "Xəzər" komandasında başlayıb. 1989-cu ildə futbol üzrə SSRİ çempionaının ikinci dvizionun 9-cu qrupunda yarışan "Xəzər"in heyətində 32 oyunda meydana çıxaraq 2 qol vurur.1990-cı ildə Masallının "Viləş" komandasına keçir. "Viləş"in heyəində 11 il çıxış edir. Bu müddətdə 250-dən çox oyunda meydana çıxır və 112 qol vurur. 1997–98 mövsümundə Azərbaycan Çempionatının bombardiri olur. 2001-ci ilin yayında "Şəmkir" klubuna keçir. "Şəmkir"də bir mövsüm oynayaraq 23 oyunda meydana çıxır və 15 qol vuraraq Azərbaycan çempionatının 2001–02 mövsümunun bombardiri olur.
123-cü alay
123 saylı zərbə-həmlə alayı — Qarabağ müharibəsi vaxtı mövcud olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tabeçiliyində zərbə həmlə alayı. Surətin dəstəsi və yaxud Surət Hüseynov dəstəsi adı ilə tanınıb. == Yaranması == == Döyüş yolu == == Batalyonları == Birinci batalyon — Yevlaxın Qaramanlı kənd Əfqanıstan müharibəsi veteranlarının rotası əsasında qurulub. Batalyon komandiri Xosrov Əhmədov, daha sonra isə "Azərbaycan Bayrağı" ordenli Dostəli Hacıyev olub. İkinci batalyon — Borsunluda yerləşmiş İkinci batalyon Azərbaycan Xalq Cəbhəsinin Yevlax rayon şöbəsinin üzvlərindən təşkil olunub. Komandirləri Kobra Murad ləqəbli Murad Qurbanov və Komandir ləqəbli Nağıyev Yusif olub. Üçüncü batalyon — Bakı, Xaçmaz, Quba, Neftçala, Salyan, Balakən və digər rayonlardan gəlmiş, yüksək döyüş hazırlıqlı könüllülərin əsasında yaradılmış batalyonun komandiri kadr zabit kapitan Hümbət Əliyev olub. Dördüncü batalyon — "Gəncə batalyonu" adı ilə tanınan Dördüncü batalyon Azərbaycan Xalq Cəbhəsinin Gəncə şöbəsinin üzvlərindən təşkil olunub. Batalyon komandiri Mehman Ələkbərov olub. Tank batalyonu — OMON-un çevik zirehli dəstəsinin ekipajları əsasında qurulmuş batalyonun ilk komandiri Nazim Bayramov, daha sonra isə Altay Bayramov olub.
366-cı motoatıcı alay
366-cı motoatıcı alay — keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən hərbi birləşməsi == Alayın tarixi == Alayın tarixi Kolçayın admiralının qoşunlarıyla döyüşlərdə iştirak etmiş Türkistan cəbhəsinin 3-cü Türkistan süvari diviziyasından öz başlanğıcını götürür. 3-cü süvari diviziyası Vətəndaş müharibəsinin qurtaran mərhələsində iştirak edirdi. 3-cü süvari diviziyası 4 avqust 1921-ci ildə Türkistan cəbhəsinin komandanlığının № 144/581-inin əmrinə əsasən buraxılıb. Onun bazasında 7-ci və 8-ci ayrı süvari briqadaları yaradılmışdılar. 7-ci ayrı süvari briqadası 30-cu illərə qədər Türkmən SSR-ında basmaçılarla döyüş əməliyyatlarında iştirak edirdi. 1931-ci ildə 7-ci ayrı süvari briqadası 8-ci dağ-süvari diviziyasına yenidən təşkil edilmişdi (dəyişilmişdi) və yerini Özbək SSR-də (112-ci dağlıq-süvari alayı) Fərqanə (diviziyanın əsas hissələri) və Namanqana dəyişdirilmişdi. 1936-cı ilin iyulunda 8-ci dağ-süvari diviziyası numerasiyanı dəyişdi və 21-ci dağ-süvari diviziyası oldu. İkinci Dünya müharibəsindən sonra birləşmənin tam adı belə oldu: 14-cü qvardiya süvari Mozır Qırmızı Bayraqlı, Suvorovun ordenləri diviziyası. SSRİ-in Silahlı Qüvvələri Baş qərargahının 13 oktyabr 1945-ci il № Orq/1/600 Təlimatıyla bu diviziya 31-ci qvardiya mexanikləşdirilmiş diviziyasına yenidən təşkil edilmişdir. Korpusun süvari diviziyaları əsasında növbəti numerasiyayla mexanikləşdirilmiş alaylar yaradılmışdır: 98-ci qvardiya mexanikləşdirilmiş alayı 99-cu qvardiya mexanikləşdirilmiş alayı 100-cü qvardiya mexanikləşdirilmiş alayı1945-ci ilin oktyabrında diviziya Zaqafqaziya hərbi dairəsinin 40-cı Ordusunun tərkibinə Azərbaycan SSR-ına yerini dəyişdirilmişdi.
Nazim İsmayılov (alay komandiri)
Nazim Ağakişi oğlu İsmayılov (30 oktyabr 1959, Bakı – 31 dekabr 1992, Güllücə, Ağdam rayonu) — Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman döyüşçü. == Həyatı == Nazim İsmayılov 30 oktyabr 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Sabunçu rayon 80 nömrəli orta məktəbi bitirmiş, Azərbaycan Dövlət Neft Akademiyasının Neft qaz-mədən fakültəsinə qəbul olunmuşdur. 1978-1980-ci illərdə Vladimirov vilayətinin Kovrov şəhərindəki tank hissəsində hərbi xidmət keçmişdir. Nümunəvi xidmətinə görə valideynlərinin ünvanına dəfələrlə təşəkkür məktubları gəlmişdir. Hərbi xidmətini başa vurduqdan sonra ali təhsilini davam etdirmişdir. 1985-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirərək Sabunçu rayonundakı "Balaxanıneft"(o zaman "Leninneft") Neft-Qaz Çıxarma İdarəsində mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 8 il idarənin 6-cı mədənində sahə rəisi işləmişdir. İşlədiyi kollektivdə böyük hörmət sahibi idi. Neft sənayesi sahəsində peşəkar mütəxəssis kimi yetişmiş gənc Nazimə üç xarici ölkədən iş təklifi gəlmişdi.

alay-bulay sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#alay-bulay nədir? #alay-bulay sözünün mənası #alay-bulay nə deməkdir? #alay-bulay sözünün izahı #alay-bulay sözünün yazılışı #alay-bulay necə yazılır? #alay-bulay sözünün düzgün yazılışı #alay-bulay leksik mənası #alay-bulay sözünün sinonimi #alay-bulay sözünün yaxın mənalı sözlər #alay-bulay sözünün əks mənası #alay-bulay sözünün etimologiyası #alay-bulay sözünün orfoqrafiyası #alay-bulay rusca #alay-bulay inglisça #alay-bulay fransızca #alay-bulay sözünün istifadəsi #sözlük