* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Rəngbərəng xallardan, zolaqlardan ibarət, cürbəcür rənglərə boyanmış, müxtəlif rəngli. Ala-bula pişik. Alabula tula. – Ağaclar ala-bula rəng alırdı. M.Hüseyn. Bu gün Kosa təmizlik işində irəliyə gedib dəsmalı ilə mürəkkəb qablarını, yoğun qırmızı karandaşları və ala-bula qələmləri təmizləyirdi. S.Rəhimov. □ Alabula çalmaq – rəngləri düzgün olmamaq, müxtəlif rənglərdə görünmək. Gözləri alabula çalmaq – 1) şeylərin rənglərini seçə bilməmək; 2) məstlik və ya üzgünlük halında laqeyd surətdə o yan-bu yana baxmaq.
Azərbaycan dilinin izahlı lüğəti / ala-bula2 ALA-BULA (müxtəlif rənglərdən ibarət olan) Ağaclar ala-bula rəng alırdı (M.Hüseyn); ALA Fısıllıqdan fışıldayıb çıxan ala ilan Dədə Qorqudun ayağına yanaşdı, başını qaldırıb onu çalmaq istədi (Anar); ALACA [Dilbər:] ..gündə 3-4 manat faytona verəndə özünü itirir, elə bil mən də onun üçün çit-alaca geyəcəkdim (C.Cabbarlı); ALA-BƏZƏK Bir dəfə bağda ala-bəzək bir qurdu yarpağa büküb gətirdim (S.S.Axundov); ƏBLƏĞ Fəxrəddin: Əbləğ at meydanda topla bərabər fırlanırdı (M.S.Ordubadi).
Azərbaycan dilinin sinonimlər lüğəti / ala-bula2 прил. 1. полосатый, пёстрый, цветистый, разноцветный. Ala-bula köynək полосатая рубашка; ala-bulaya çalmaq иметь пёстрый вид, пестреть
Azərbaycanca-rusca lüğət / ala-bula1 прил. ала-була, яру-цӀару, жуьреба-жуьре рангарин, жуьреба-жуьре рангарикай, халарикай, маргъварикай ибарат тир (мес. кац); ** gözləri ala-bula çalmaq пер. вилерин гъед фин а) вилери цӀарапӀар авун, рангар дуьз кьатӀуз тахьун; б) местдаказ ва я юргъундаказ инихъ-анихъ килигун.
Azərbaycanca-ləzgicə lüğəti / ala-bula